Qırğızıstan gerbi
Qırğızıstan gerbi | |
---|---|
qırğ. Кыргыз герби | |
Detallar | |
Təsis edilib | 14 yanvar 1994 |
Şüar | Qırğız Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Qırğızıstan Respublikasının dövlət gerbi (qırğ. Кыргыз Республикасынын Мамлекеттик герби) — Qırğızıstan Respublikasının dövlət rəmzi. 14 yanvar 1994-cü ildə Qırğızıstan parlamenti tərəfindən təsdiq edilmişdir.[1]
Təsviri
[redaktə | mənbəni redaktə et]Qırğızıstan gerbinin aşağı hissəsində mavi dairə, ön planda ağ şahin, mavi göl, yuxarı hissəsində təpəsi ağ, yamacları isə mavi rəngdə verilmiş Qırğız ala dağları, o cümlədən günəş və ondan saçılan qızıl rəngli şüalar təsvir olunmuşdur. Gerbin yuxarı hissəsində ağ rəngdə "Qırğız", aşağında isə "Respublikası" yazılmışdır. Gerbin yan tərəflərində pambıq sapları və qızıl rəngdə buğda sünbülləri var.[1]
Semantik təsviri
[redaktə | mənbəni redaktə et]Qırğızıstan Respublikasının dövlət gerbinin mərkəzi qırğız xalqının zehniyyətinin, təbiətinin, mədəniyyətinin və təsərrüfatının xüsusiyyətlərini şərti simvol dilində ifadə edən bir dairədən ibarətdir.[2]
Gerbin ön planında, mavi dairənin alt hissəsində, geniş qanadlı bir ağ şahin şəkli mövcuddur. Düşüncələrin saflığı və nəcibliyinin rəmzi olan "Ağ Şumkar" quşu qırğız əfsanələrində və xalq dastanlarında oxunur. Qırğızıstan Respublikasının dövlət gerbindəki bu quşun təsviri qırğız xalqının həyat tərzi, ənənəvi mədəniyyətini təmsil edir və İssık-Kuldan Qırğız ala dağlarının qarlı zirvələrinə qədər uzanan Qırğızıstan torpağının qorunmasını simvollaşdırır. Dairənin içərisində, Qırğızıstan Respublikasının Dövlət gerbinin yuxarı hissəsindəki dağların arxasında, doğan günəş və onun şüaları təsvir edilmişdir.[2]
Müəlliflər
[redaktə | mənbəni redaktə et]Rəsmi olaraq Qırğızıstan Respublikasının dövlət gerbinin müəllifləri Aseyin Abdrayev və Sadırbek Dubanayevdir.[1] Buna baxmayaraq, Abdrayev gerbin tək müəllifi olduğunu və Dubanayevin yalnız orijinal gerbi korladığını iddia etmişdir.[3]
Texniki spesifikasiyalar
[redaktə | mənbəni redaktə et]Qırğızıstan Respublikasının dövlət gerbinin yenidən istifadə edilən surəti ölçüsündən asılı olmayaraq, Qırğızıstan Respublikası Prezidentinin iqamətgahında saxlanılan Qırğızıstan Respublikası dövlət gerbinin standartının rəngli və ya ağ-qara təsvirinə tam uyğun olmalıdır. Qırğızıstan Respublikasının dövlət gerbinin rəngləri Qırğızıstan Respublikasının dövlət gerbinin texniki göstəricilərində göstərilən rənglərə uyğun olmalıdır.[4]
Цвет | PANTONE | CMYK | RGB | HEX |
---|---|---|---|---|
Göy | PANTONE 2945 C | 100 - 53 - 2 - 16 | 0 - 102 - 161 | #0066a1 |
Sarı (qızıl) | PANTONE 123 C | 0 - 29 - 100 - 0 | 253 - 188 - 45 | #fdbc2d |
Boz | PANTONE Cool Gray 5 C | 0 - 0 - 0 - 28 | 195 - 195 - 195 | #c3c3c3 |
Mavi | PANTONE 2995 C | 100 - 0 - 0 - 0 | 0 - 175 - 239 | #00afef |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
31 avqust 1991-ci ildən 3 yanvar 1994-cü ilə qədər Sovet İttifaqı və müstəqil Qırğızıstan Respublikası dövründə istifadə edilən Qırğızıstan gerbi.
-
Orijinal versiya 1994-cü ildən 2016-cı ilədək dəyişdirilənə qədər istifadə edilmişdir.
-
Qırğızıstan Dövlət Sərhəd Mühafizə Xidmətinin gerbi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Государственные символы » Кыргызстан » Официальный сайт президента Киргизской Республики". www.president.kg (rus). Qırğızıstan Respublikası Prezidenti. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
- ↑ 1 2 3 "Государственная символика :: ГРС ППКР". grs.gov.kg (rus). 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.
- ↑ Verdiyeva, Əzizə. "«Дубанаев – не автор герба!», — Асеин Абдраев" (rus). K-News. 30 dekabr 2013. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.
- ↑ "Государственная символика :: ГРС ППКР". grs.gov.kg (rus). 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.