Qərbi Antarktida
Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir.[1]
Yerləşmə
[redaktə | mənbəni redaktə et]Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.
Qərbi Antarktidanın böyük hissəsi Qərbi Antarktika buz təbəqəsi (waise) olaraq adlandırılan bir buz təbəqəsiylə örtülüdür. Son illərdə kütləsində azalma əlamətləri görsənir.[2] Şərqi Antarktidanın əksinə, Qərbi Antarktida qlobal istiləşmənin bəzi təsirləri özünü göstərmişdir.[3]
Merilandiya Antarktida Tundrası
[redaktə | mənbəni redaktə et]Antarktidanın bəzi hissələri buzla örtülü deyil. Bunlar Antarktida vahaları olaraq adlandırılmaqdadır. Qərbi Antarktidada da Antarktida yarımadasının sahilində Merilandiya Antarktida Tundrası olaraq bilinən belə bir bioloji müxtəliflik sahəsi var.[4] Bu sahə Antarktidadakı ən isti iqlimə malikdir və yay aylarında havanın hələ çox soyuq və böyümə mövsümünün çox qısa olmasına baxmayaraq şibyə və yosunlarla örtülü qarsız qayalardan ibarətdir.
Həmçinin baxın
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Coğrafi Adlar Bilgi Sistemi (USGS)" Arxivləşdirilib 2019-09-08 at the Wayback Machine. West Antarctica. (ingiliscə) 8 Mart 2014.
- ↑ "Antarctic ice sheet is an 'awakened giant'". New Scientist. (İngiliscə) 2 Fevral 2005.
- ↑ "Western Antarctica warming confirmed" Arxivləşdirilib 2013-03-04 at the Wayback Machine 23 dekabr, 2012 USA Today (ingiliscə)
- ↑ World Wildlife Fund (2001). "Marielandia Antarctic tundra". WildWorld Ekoloji bilgiləri. National Geographic Society. (ingiliscə) 8 Mart 2014.