Qara Şahin
Qara Şahin | |
---|---|
ing. Black Hawk | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | qəbilə lideri[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür.
1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
1833-cü ildə həbsdən azad edilmişdir. Beş il müddətində, Qara Şahini hindular da daxil olmaqla, heç kim görməmişdir. 1838-ci ildə Des Moines yaxınlığında cəsədi tapılmışdır.