Qenpey müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qenpey müharibəsi
Tayra–Minamoto münaqişəsi
Tarix 1180-1185
Yeri
Nəticəsi Minamotonun qələbəsi; Kamakura şoqunluğunun qurulması
Münaqişə tərəfləri

Minamoto klanı (Yoritomo)

Tayra klanı

Minamoto klanı (Yoşinaka)

Komandan(lar)

Minamoto no Yoritomo
Minamoto no Yoşitsune

Tayra no Munemori Edam edilib
Tayra no Şiqehira Edam edilib
Tayra no Tomomori 

Minamoto no Yoşinaka 
İmay Kanehira 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qenpey müharibəsi (源平合戦, Qenpey kassen?) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın TayraMinamoto klanları arasında davam etmiş həlledici müharibə.[1] Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi.[1]

Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur.[1] Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur.[1]

Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi.[1] İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər.[1] Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər.[1]

İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir.[1] Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür.[1] Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır.[1] Yoşimitsu öldürülmüş, lakin Kiyomori oğullarının yaşamasına icazə verərək onları sürgün etmişdir.[1]

Dan-no-ura döyüşü.

İmperatorluq ailəsi Tayra klanını devirmək hərəkətə keçsə də, Şahzadə MoçihitoMinamoto no Yorimasanın başçılıq etdiyi üsyan Kiyomori tərəfindən yatırılmışdır.[1] Dövrün vacib buddist məbədlərindən olan Todayci məbədi üsyanı dəstəklədiyi üçün Tayra klanı tərəfindən yandırılmışdır.[1] Yoşitomonun oğlu Minamoto no Yoritomo Tayraya qarşı döyüşmək üçün Yaponiyanın şərqində qoşun yığmağa başlamışdır.[1] Kamakurada hərbi qərargah qurmuş və 200 min döyüşçü toplamışdır.[1] Yoritomo 1180-ci ildə Fuciqava döyüşündə qalib gəlmiş və 3 il boyunca Yaponiyanın şərqində hakimiyyətini möhkəmləndirməyə davam etmişdir.[1]

Yoritomo vassallar sisteminin (qokenin) yaradaraq Yaponiyada feodalizmin bünövrəsini qoymuşdur.[1] 1183-cü ildə qohumu Minamoto no Yoşinaka Kiotonu özbaşına ələ keçirmək istəsə də, Yoritomo ona güvənməmiş və 1184-cü ildə göndərdiyi qoşunla Kiotoda onu məğlub etmişdir.[1] 1184-cü ildə Yoritomonun qardaşı Minamoto no Yoşitsune Minamoto qüvvələrinə başçılıq edərək Şikoku adasında yerləşən Yaşimaya gəlmiş, növbəti il Yaşimada Tayra klanını məğlub etmişdir.[1] Daha sonra qərbə doğru irəliləyən Minamoto ordusu Şimonoseki boğazında Tayra ordusu ilə qarşılaşmışdır.[1] Klanlar arasındakı həlledici döyüş olan Dan-no-ura döyüşündə Minamoto donanması Tayra donanmasını məğlub etmiş və 25 aprel 1885-ci ildə müharibə Minamotonun qələbəsi ilə başa çatmışdır.[1]

Minamoto klanı Tayra klanının bir çox liderini öldürmüş və İmperator Antokunu suda boğdurmuşdur.[1] Yoritomo bütün Yaponiyada hakimiyyətini bərqərar edərək 1192-ci ildə Kamakura şoqunluğunun əsasını qoymuşdur.[1]

  • Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. 340. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 9 may 2022.