Qolağası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qolağası (Baş kapitan), Osmanlı ordusunda kapitan ilə mayor arasındakı rütbə.

1826-cı ildə ləğv edilmiş Yeniçəri Ocağının yerində qurulan Asakiri Mənsurəyi Məhəmmədiyyə ordusunda, bir alay 8 sağ, 8 sol olmaqla 16 qola bölündü. Qol komandirlərinə (sağ və sol) qolağası rütbəsi verildi. 1828-ci ildəki ikinci tənzimləmədə alaylar üç bölüyə və üç batalyona ayrılanda, qolağası da batalyon komandirinin — mayorun müavini oldu. Qolağası dərəcə nişanı uniformanın qollarına tikilmiş üç zolaq olaraq təyin olundu. Sol qolağasının zolaqlarının altdakı ikisi sarı, yuxarıdakı ağ; Sağ qolağasının nişanı isə iki sarı arasında bir zolaq təyin olundu. Sağ qolağası sol qolağasından daha yüksək bir rütbə sayılırdı. Buna görə, o, kapitan rütbəsindən sonra sol qolağalığına, sonra isə sağ qolağalığına keçirdilirdi. 1862-ci ildə orduda rütbələr yenidən müəyyən edilərkən, qolağası rütbəsinin də kapitan və mayor arasındakı yeganə rütbə olması nəzərdə tutuldu. Türkiyə Respublikası dövründə bu rütbənin adı birinci kapitan oldu.