Qolem
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qolem (ivr. גולם, goilem) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır.
Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. גולם, goilem). Əsas məqsədi yaradıcısını qorumaqdır.
İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı. Alnına emet (ivr. אמת, doğruluq) sözü yazıldı. Yəhudi xalqını qorudu və zaman keçdikcə gücləndi. Lakin şənbə günləri qolemin işləməsi qadağa idi, işləsə, alnından e hərfi silinər və met (ivr. מת, ölüm) sözü qalırdı və qolem hərəkətsiz bir formada dururdu. Bir şənbə günü e hərfini silməyi unutdular və qolem idarədən çıxıb hər şeyi dağıtmağa və insanlara zərər verməyə başladı. Beləliklə, alnındakı bütün hərfləri sildilər və qolem parçalara ayrılıb dağıldı. Parçalarını Praqdakı Altneu sinaqoqunun altındakı gizli bir otağa möhürlədiklərini əhvalat edirlər.
Xüsusiyyətlə fantastik mövzulu kitab və videooyunlarda qolemlərə tez-tez rast gəlinir. Əsasən, sehr və tilsimlərlə verilən əmrləri yerinə gətirməsi üçün canlandırılır. Verilən əmri yerinə gətirənə qədər və ya müəyyən bir zaman boyu qalır və sonra yox olur. Torpaq, qaya, ağac, atəş, dəmir, qan kimi müxtəlif növləri var. Qolem hansı maddədən düzəlibsə, o adla adlandırılır (qaya qolemi, dəmir qolemi və s.) və onun xüsusiyyətlərinə sahib olur.
Videooyunlarda qolem
[redaktə | mənbəni redaktə et]Minecraft
[redaktə | mənbəni redaktə et]Minecraft videooyununda qolem adlı varlıqlar mövcuddur və əfsanələrdə olduğu kimi onu yaradana, sahibinə itaət edib onu qoruyur. Oyunda dəmir qolemi mövcuddur: dəmir blokları üst-üstə qoyulub insan forması verilir və baş yerinə balqabaq qoyulur. Dəmir qolemi nadir hal da olsa, sərbəst halda tapıla bilir. Bu qolemlər kəndlərin ətrafında olur və kəndliləri qoruyur. Bəzən bu qolemlər lalə gülünü dərib kəndlilərə də verir. Burda da dəmir qolemi ağır-ağır yeriyir və əlavə olaraq, minecraft-dakı dəmir qolemi yüksəklikdən düşəndə zədə görmür. Qar qolemləri də vardır ki, onlar daha zəif olur, sürətlə qaçır və sahibini düşmənlərə qar topu ataraq qoruyur. Qolemdən çox qardan adama bənzəsə də, oyun da ona "qar qolemi" adı verilib. Qar qolemi gəzdiyi yerlərə qar cığırı çəkir. Oyunun orijinalında yalnızca dəmir və qar qolemləri mövcuddur, amma müxtəlif modlarla birlikdə yeni qolemlər də əlavə etmək mümkündür.
-
Minecraft oyununda qar qolemi
-
Minecraft oyununda dəmir qolemi
Clash of Clans
[redaktə | mənbəni redaktə et]Clash of Clans videooyununda da qolem adlı varlıqlar vardır ki, bunlar oyunda hücumçu əsgər kimi işlədilir. Qolem çox yavaş hərəkət edir, canı çoxdur. Bütün müdafiə binaları qolemə fokuslanır və digər əsgərlər rahat-rahat hücum edilən yeri dağıdır. Bu qolemin başlıca xüsusiyyətidir. Qolem öldükdə onun parçaları qolemit adlanan iki kiçik qolemcik yaradır. Bu qolemlərin hamısı qayadandır. Qolemin səviyyəsi artdıqca canı və vuruş gücü artır, görünüşü dəyişir.
-
Clash of Clans oyununda bütün səviyyələrdə qolemlərin görünüşü