48°08′45″ şm. e. 38°38′05″ ş. u.HGYO

Qrabove (Donetsk vilayəti)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qrabove
Bayraq Gerb
Bayraq Gerb
48°08′45″ şm. e. 38°38′05″ ş. u.HGYO
Ölkə  Ukrayna
Region Donetsk vilayəti
Tarixi və coğrafiyası
Əsası qoyulub 1787
Sahəsi
  • 8,56 km²
Mərkəzin hündürlüyü 190 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.000 nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 6255
Poçt indeksi 86234
Digər
w1.c1.rada.gov.ua/pls/z7…
Xəritəni göstər/gizlə
Qrabove xəritədə
Qrabove
Qrabove
Qrabove xəritədə
Qrabove
Qrabove
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır[1].

Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır.

2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255.

Kənd haqqında ilk məlumat XV əsrə addir.[2] Qrabove slobodası (Aleksevka və ya Troiskaya) Miusa çayı kənarında, yüksəkliyin zirvəsində yerləşirdi. Çaydan sağ tərəfdə quru dərə - Qrabove balkası yerləşirdi. Məhs kənd sonradan öz adını bu dərədən almış. Yaşayış məntəqəsinin əsası gizir Vasili İvanoviç İlovayski tərəfindən qoyulmuş və məqsəd poruçik Aleksey və yasavul Nikolay İlovayın uşaqları üçün nəzərdə tutulmuşdur.[3]

1918-ci ildə sloboda Don Ordusu vilayətinə aid olundu. 1918-ci ilin fevralında Qrabove kəndində sovet hakimiyyəti quruldu[2].

17 iyul 2014-cü ildə Petropavlovka və Qrabove kənləri arasında yerləşən əraziyə Malaysia Airlinesə məxsus Boeing 777 təyyarəsinin qalıqları düşmüşdür. Məhs Malayziya Hava Yolları reys 17 bu ərazidə vurulmuş və parçalanmışdır. Nəticədə 298 nəfər həlak olmuşdur[4].

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Çar Rusiyası zamanı Qrabove kəndində bir tağlı, daşdan inşa olunmuş, dam örtüyü taxta olan Müqəddəs Troisa kilsəsi var idi. Kilsənin inşasına 2 iyun 1801-ci ildə başlanılmış və inşası 16 may 1803-cü ildə bitmişdir. Kilsə zəngi ağac dirəklər üzərindədir. 1899-cu ildə kilsədə genişləndirmə işləri aparılmışdır. Müasir dövrdə kilsənin ancaq divarları qalıb.[3][5]

  1. "Кабмин назвал города Донбасса, подконтрольные сепаратистам". korrespondent.net. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
  2. 1 2 "История городов и сел Украинской ССР: Донецкая область. — Ин.-т истории АН УССР-К.: Глав.ред. Украинской Сов. Энциклопедии. стр. 745". 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  3. 1 2 "Слободы Грабовой Троицкая церковь". 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  4. "Malaysia Airlines обнародовали данные по погибшим: 189 из 298 - нидерландцы" (rus). Украинская правда. 18 июля 2014. 2014-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
  5. "Свято-Троицкая церковь". 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.