QuackShot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
QuackShot
Loqonun şəkli
Hazırlayan Sega
Yayımlayan Sega
Anons tarixi QuackShot 1991
Buraxılış tarixləri 19 dekabr 1991
Janrlar Action-adventure
Texniki məlumat
Platformalar Sega Genesis
Sega Saturn
Oyun rejimi birnəfərli oyun
İdarəetmə oyun pultu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QuackShot (ing. QuackShot: Starring Donald Duck, yap. アイ ラブ ドナルドダック グルジア王の秘宝 - I Love Donald Duck: Guruzia Ou no Hihou - Ai Rabu Donarudo Dakku Gurujia Ō no Hihō?) - Sega oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. Bu oyunda Donald Dakın sərgüzəştlərindən danışılır.

Kapital bankı olan maqnat Donald Dak (və ya Ördək Donald) kitabxanada dayısı Skrucun yazdığı "Garuzia kralının xəzinə xəritəsi" adlı səhifəyə rast gəlir. Donald düşünür ki, yalnız bu onun varlanmasına gətirib çıxara bilər. Bu səbəbdən Donald macəralara qatılır. Amma bu zaman "Böyüg Pis Pit" (ing. Big Bad Pete) onu izləməyə başlayır. Pit onun xəzinəsini ələ geçirmək niyyətindədir. Donald xəritədən istifadə edərək müxtəlif macəralarla qarşılaşır. Transilvaniyada Drakula üzərində qələbə çaldıqdan sonra tam xəritəni tapır. Bu xəritədə Hindistanda Maxaraca, Misir, Vikinqlərin kabusları və nəhayət, Cənub Qütbü göstərilmişdir. Vikinqlərə çatdıqdan sonra qızılları göstərən xəritəni tapır. Burada göstərilir ki, xəritəni suya atan zaman Ördəkin qızılının yeri göstəriləcəkdir. Bu müddətdə Donald Pitə qalib gəlir. Qızıl ətrafında gəzən kabuslar üzərində qələbə çaldıqdan sonra qızıl yerinə çatır. Bura çatan zaman Donald heykəli görərək təəccüblənir. Amma bu zaman təyyarə ilə Hyu, Dyu və Lui heykəli sındırırlar. Heykəlin daxilində qızıllar yerləşir. Artıq Donald qızılları tapmışdır. Donald evə qayıdan zaman zinət əşyasını Deyziyə (ing. Daisy) verir və onlar gün doğanadək təyyarə ilə səyahət edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]