Rauf Orbay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rauf Orbay
türk. Hüseyin Rauf Orbay
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1881(1881-07-27)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1964(1964-07-16) (82 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, hərbi qulluqçu
Dini sünni islam
Hərbi xidmət
Qoşun növü Osmanlı Donanması
Döyüşlər
Rütbəsi polkovnik

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn Rauf Orbay (27 iyul 1881, Konstantinopol16 iyul 1964, İstanbul), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsindəTürkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır.

Həmidiyə hərəkatı

[redaktə | mənbəni redaktə et]

I. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.