Reyxsver
Reichswehr | |
---|---|
Reichswehr | |
Növü | Silahlı Qüvvələr |
Yaranma tarixi | 1919-1935 |
Ölkə |
Veymar Respublikası (1919-1933) Üçüncü Reyx (1933-1935) |
Daxildir |
Reyxşiir Reichsmarine |
Tərkibi | 115.000 (1921) |
Qərargah | Berlin |
Komandanlıq | |
Məşhur komandirləri |
Hans von Seeckt Werner von Fritsch |
Vikianbarda əlaqəli mediafayllar |
Reyxsver (alm. Reichswehr: Reich "dövlət, imperiya" + Wehr "müdafiə") — Almaniyanın 1919-cu ildən 1935-ci ilə qədər mövcud olan və Versal sülh müqaviləsinin icazə verdiyi qədər hüquqlara malik olan silahlı qüvvələri idi.
Versal müqaviləsinə görə, Almaniya ordusu 100.000 nəfər əsgər və 15000 dəniz qüvvəsi ilə məhdudlaşdırıldı və ağır silahlardan (tanklar, bombardmançılar, ağır artilleriya və s.) məhrum edildi. Çünki Birinci Dünya müharibəsində məğlub olan Almaniyanın imzaladığı Versal müqaviləsinin müddəalarına uyğun olaraq təşkil edildi və buna görə də dövrün sadə alman xalqı və həddindən artıq millətçiləri, xüsusən Adolf Hitler tərəfindən rüsvayçılıq simvolu olaraq qəbul edildi.
1935-ci ildə Adolf Hitlerin əmri ilə Reichswehr gizli bir genişlənmə və inkişaf layihəsinə başladı və Birinci Dünya müharibəsinin sonunda imzalanan Versal müqaviləsini ləğv edərək Wehrmacht olaraq dünyaya yeni Alman silahlı qüvvələrinin adını elan etdi.
Reyxswehr iki budağa bölünürdü:
Reichsheer (Quru Qoşunları)
- 7 piyada diviziyası
- 3 süvari diviziyası (Tanklar və təyyarələr qadağandır + Yalnız ölkə sərhədləri daxilində təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malik idi)
Reichsmarine (Donanma)
Yalnız məhdud sayda qayıq. (Heç bir sualtı qayığa icazə verilmədi.
Almaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |