Rondel (poeziya)
Naviqasiyaya keç
Axtarışa keç
Rondel (fr. rondel) — XIV əsr fransız lirik poeziyasında yaranan, sonradan ingilis və rumın ədəbiyyatında da istifadə edilən şeir növü.
Rondel rondo mətn-musiqi formasının bir növü olub 3 bənddə birləşdirilmiş 13 və ya 14 sətirdən ibarət şeirdir. İki dörd sətirlik bəndi müşayiət edən bir beşlik (13 sətir) və ya altılıq (14 sətir) bənddən ibarətdir.
Birinci bəndin ilk iki sətri nəqarətdir və ikinci və üçüncü bəndlərin son iki sətrində təkrarlanır. Bəzən üçüncü bəndin sonuncu sətrində birinci bəndin yalnız birinci sətri təkrarlanır.
Məsələn, A və B nəqarətdir və bu halda rondelin qafiyələnmə sxemi belədir: ABba abAB abbaA(B)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rondel of Merciless Beauty — Cefri Çoserə aid rondel