Sırğa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi.

Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası.[1]

Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir.[2]

Türk kişilərin sırğa taxması

[redaktə | mənbəni redaktə et]

Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar. İlk Səlcuq hökmdarları əsirlik rəmzi kimi qulağa həlqə taxmaq üsulunu bilirdilər. İkincisi, Xarəzmşahın bu həlqələrin mahiyyətini anlamayaraq öyrənməyə ehtiyacı olduğu göstərir ki, Xarəzmşahlar dövründə – heç olmasa hökmdarların, şahzadələrin, əyanların və sərkərdələrin qulaqlarına belə şəkildə həlqə taxma adətləri mövcud olmamışdır.

Sonrakı dövrlərdə, Qızıl Orda hökmdarı Berke Xanın qulağında qiymətli almazlar olduğu haqqında bir qeydə təsadüf edilir.

Qaraqoyunlu hökmdarı Qara Yusif də qiymətli sırğalar taxardı, hətta vəfat etməsiylə bağlı ordusu Şahrux ordusu qarşısında məğlub olduğu zaman türkmənlər o qiymətli sırğaları ələ keçirmək üçün Yusifin qulaqlarını kəsmişdilər.

Ağqoyunlu hökmdarı Uzun Həsənin ordusundakı türkmənlərin də sırğalar və ya həlqələr taxdıqlarını Nəşrinin aydın ifadəsi çatdırır. Babur sülaləsinin sırğa taxdıqları, o dövrlərə aid miniatürlərdən də görünməkdədir Qazaxlarda köləni (qulu) eşiyə buraxıb qulağını biz ilə deşmək adəti varmış.

Türklər arasında qulağa həlqə, yaxud sırğa taxma adəti islamiyyətdən əvvəlki dövrlərdə də olmuşdur. Səlcuq imperatorluğu zamanında, türklər əsirlik əlaməti – nişanı olaraq qulağa həlqə taxıldığı haqqındakı İran ənənəsini çox yaxşı bilirdilər. Çingizin nəslində, teymurlularda, Qaraqoyunlularda və Ağqoyunlularda hökmdarların qiymətli sırğalar, halqalar taxmaları adətinin varlığı türklərdəki bu adətin qədim İranlılarda və İsrail oğullarında olduğu kimi "əsirlik və tabelik" timsalı olmadığını qəti surətdə göstərir. QaraqoyunlulardaAğqoyunlularda yalnız hökmdarların deyil, ordunu təşkil edən türkmənlərin də qulaqlarına həlqələr taxmaları, bu adətin bilavasitə türkmənlərdə çox yayılmış olduğunu anladır. Qəbilə ənənələrinə çox bağlı olan bu türkmənlərdə də qulaqlara həlqə taxma heç bir vəchlə əsirlik və tabelik timsalı olaraq göstərilə bilməz.

Kitabi Dədə Qorqud boylarında hadisələrin cərəyan etdiyi coğrafi mühit QaraqoyunlularınAğqoyunluların fəaliyyət və hakimiyyəti sahəsinə təsadüf etdiyi kimi, bu rəvayətlərin Oğuzların Bayındır boyu ilə, yəni Ağqoyunlu hökmdarlarının mənsub olduğu bölgə ilə əlaqəsi də məlumdur. Belə görünür ki, Kitabi Dədə Qordudda Oğuz boyları haqqında verilən bəzi məlumatın Qaraqoyunlular və Ağqoyunlular dövrünə aid tarixi mənbələrlə uyğun gəlməsi çox təbiidir. Kitabi Dədə Qorqud oğuznamələrində bəhs olunan "Altup küpəli Oğuz bəyləri"nin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ordularında da olması haqqında tarixi məlumatlar, bu həqiqəti bir daha təsdiqləmiş olur.[3][4]

Dərvişlər sağ qulaqlarında həlqəvari sırğa taxıblar.[5]

Kazaklarda sırğa taxmaq adəti

[redaktə | mənbəni redaktə et]

Kazaklarda sırğa taxmaq adəti hərbi həyatla bağlı idi. Kişi sol qulağında sırğa taxırdısa, bu, anasının yeganə oğlu olduğu anlamına gəlirdi. Sağ qulağında sırğa nəslin son kişisi demək idi. Hər iki qulaqda sırğa valideynlərin yeganə övladı mənasını daşıyırdı. Bu əlamətlər onları hərbi vəzifələrindən azad etmirdi: hamı kimi onlar da hərbi yürüşlərə və döyüşlərə gedirdilər. Ancaq yazılmamış qanunlara görə, onları qorumağa və sığortalamağa çalışırdılar.[6]

Qədim dövrlərdə sırğa taxmış hökmdarlar

[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə sırğa taxan məşhurlar

[redaktə | mənbəni redaktə et]
  1. "E. Sevortyan və başqaları - Türk dillərinin etimoloji sözlüyü, VII cild; "L", "M", "N", "P", "S" hərfləri, səh. 445-447. М.: Восточная литература РАН; 2003". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  2. "E. Sevortyan və başqaları - Türk dillərinin etimoloji sözlüyü, VII cild; "L", "M", "N", "P", "S" hərfləri, səh. 287-288. М.: Восточная литература РАН; 2003". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  3. "Kitabi Dədə Qorqud ensiklopediyasında "Altun küpə"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  4. Fuat Köprülüzade. Altun küpeli Oğuz beyleri, "Azerbaycan Yurt Bilgisi" dergisi, İst., 1934.
  5. Azərbaycan Teatr Ensiklopediyası — Dərvişlik [ölü keçid]
  6. "Кольца и серьги у казаков". 2013-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]