Sabir Şəfiyev
Sabir Şəfiyev | |
---|---|
1965 – 18 iyun 1970 | |
Sonrakı | Yunis Rzayev |
yanvar 1965 – noyabr 1965 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1930 (94 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | professor |
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev (28 aprel 1930, Şuşa, DQMV) — SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısı, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Şuşada anadan olmuşdur. (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər.
Ailə vəziyyəti ilə əlaqədar S. Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946–1947-ci tədris ilində Şamaxı şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur.
1951–1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlamışdır.
S. Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955–1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir.
1960–1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965–1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir.
Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir. "Əmək fəaliyyətinə görə", "V. İ. Leninin anadan olmasının 100 illiyi", "Əmək veteranı" medalları və üç dəfə Azərbaycan və Naxçıvan MSSR Ali Sovetinin, SSRİ "Bilik" cəmiyyətinin, ÜİLKGİ MK-nın "Komsomolda fəal işinə görə" döş nişanı ilə, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Qızıl" medalı ilə, dəfələrlə ÜİLKGİ MK-nın, Az. LGİ MK-nın, SSRİ və Respublika Maarif Nazirliyinin, Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanları ilə təltif olunur.
1961-ci ildə keçmiş V. İ. Lenin adına APİ-nin Pedaqogika kafedrası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. Apardığı elmi tədqiqatların nəticələri 1965-ci ildə müdafiə etdiyi "Şagirdlərin ideya-siyasi tərbiyəsində komsomol işi" adlı dissertasiyada öz əksini tapmış, elmlər namizədi dərəcəsi almışdır.
1970-ci ilin oktyabrından 1972-ci ilin mayına qədər V. İ. Lenin adına APİ-də müəllim, baş müəllim və sonra 1979-cu ilin noyabrına qədər dosent vəzifəsində işləmişdir.
1979-cu ilin noyabrında M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Pedaqogika kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1988-ci ildə professor elmi adına layiq görülmüşdür. Sabir Şəfiyev 1995-ci ildən Rusiya Beynəlxalq Pedaqogika və Sosiologiya Akademiyasının həqiqi üzvü seçilmişdir.
27 monoqrafiya və kitabçanın, 49 metodik vəsaitin, proqramın, 41 jurnal və 100-dən çox qəzet məqaləsinin müəllifidir. Bunların ümumi həcmi 90 çap vərəqi təşkil edir.
S. Şəfiyev SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısıdır. 1972–1983-cü illərdə SSRİ Maarif Nazirliyinin nəzdində tələbələrin elmi işlər üzrə şurasının, ADRU-nun nəzdində olan, 1999-cu ildən ETPEİ — də (indiki Təhsil Problemləri İnstitutu) fəaliyyət göstərən pedaqogika üzrə müdafiə şurasının, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin, 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Şəfiyevlər, "Soy" dərgisi, 1 (1), Bakı, 2003.
- "Təmənnasız və xeyirxah insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 66.
- 28 apreldə doğulanlar
- 1930-cu ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- Şuşada doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Şəfiyevlər
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin birinci katibləri
- Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları
- Ağsu Rayon Xalq Deputatları Sovetinin deputatları
- Şamaxı Rayon Xalq Deputatları Sovetinin deputatları
- Naxçıvan Şəhər Xalq Deputatları Sovetinin deputatları