Sadə ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir.
Sadə ədədlər cədvəlinin tərtibi tarixi
[redaktə | mənbəni redaktə et]Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər".
Sadə ədədlər
[redaktə | mənbəni redaktə et]Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir. 2- dən başqa bütün cüt ədədlər mürəkkəb ədəddir.
Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur. 21, 27, 33, 39 və digər ədədlər mürəkkəb ədədlərdir.
Böyük ədədlər arasında sadə ədədi tapmaq üçün böyük sayda hesablama əməliyyatı həyata keçirmək lazımdır. Belə ki, sadə ədədlərin ədədlər sırasından ayrılmasında qanunauyğunluq indiyədək məlum deyil.[1]
İlk 500 sadə ədəd
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nəhəng sadə ədəd kəşfi". 2009-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-21.