Sansara

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sansara – və ya samsara (ing. round of rebirthkeçid, yenidəndoğum ardıcıllığı ) hərfi mənada "sonsuz, əbədi dərbədərlik". Bu anlayışla canlı varlığın gah yüksəklərə qalxdığı, gah da uçuruma düşdüyü ruhi dünya başa düşülür. Bu, sonsuz davam edən doğulma, qocalma, əzab və ölüm proseslərinin simvolik göstərilməsidir. Sansara Hinduizm, Buddizm, Sikxizm kimi dxarmik dinlərin əsas anlayışlarından biridir.

İnsanların əhəmiyyətli hissəsi ruhların köçməsinə inanır. Onlar o ideyanı bölüşdürür ki, həyat – sadə təbiətdə maddələr mübadiləsindən, mövcudatdan daha yüksək səviyyədə təkrarlanan yenidəndoğulma zənciridir. Hindistanda bu dövranı Sansara Çarxı adlandırdılar və onu insandan başqa heç bir digər canlının qıra bilməyəcəyi tilsimli dövr kimi təsəvvür etməyə başladılar. İnsan isə yalnız öz ağlı-dərrakəsi ilə bu dövrü qıra və maddi dünyanın qoyduğu bütün məhdudiyyətlər torundan azad ola bilər.

Sansara – hər saniyədə dəyişən beş məcmunun kombinasiyasının bölünməz zənciridir və bu fasiləsiz dəyişiklik zənciri sonsuz uzun müddət ərzində baş verir. Budda deyirdi ki, birinci momenti - zəncirin başlanğıcını görmək mümkün deyil. Bir həyat sansara zəncirinin cüzi bir hissəsidir. Əzabla bağlı həqiqəti bütöv miqyasda dərk etmək üçün təkcə bu kiçicik fraqmenti deyil, sansaranın daha böyük hissəsini görmək lazımdır.

Fəlsəfi məktəblərdə Sansara qeyri-əlverişli vəziyyət hesab edilir və insanın daima ondan çıxmağa can atması tələb edilir.