Sarpet xardalı
Sarpet xardalı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Sarpet xardalı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Brassica argyi H.Lév.
- Brassica arvensis var. juncea (L.) Kuntze
- Brassica besseriana Andrz. ex Trautv.
- Brassica cernua (Thunb.) Matsum.
- Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl.
- Brassica cernua var. chirimenna Makino
- Brassica chenopodiifolia Sennen & Pau [Invalid]
- Brassica integrifolia (H.West) Rupr.
- Brassica integrifolia var. timoriana (DC.) O.E.Schulz
- Brassica japonica (Thunb.) Siebold ex Miq.
- Brassica juncea var. aspera (Prain) O.E.Schulz
- Brassica juncea var. chinensis (L.) N.Busch
- Brassica juncea var. crassicaulis Chen & Yang
- Brassica juncea var. crispifolia L.H.Bailey
- Brassica juncea var. elata (Prain) O.E.Schulz
- Brassica juncea var. foliosa L.H.Bailey
- Brassica juncea var. gemmifera Lee & Lin
- Brassica juncea var. gracilis Tsen & S.H.Lee
- Brassica juncea subsp. integrifolia (West) Thell.
- Brassica juncea var. integrifolia (Stokes) Sinskaya
- Brassica juncea var. involutus Yang & Chen
- Brassica juncea var. japonica (Thunb.) L.H.Bailey
- Brassica juncea subsp. juncea
- Brassica juncea var. juncea
- Brassica juncea var. laevis (Prain) O.E.Schulz
- Brassica juncea var. linearifolia Y.Z. Sun
- Brassica juncea var. longidens L.H.Bailey
- Brassica juncea var. longipes Tsen & S.H.Lee
- Brassica juncea var. longipetiolatus Yang & Chen
- Brassica juncea var. megarrhiza Tsen & S.H.Lee
- Brassica juncea var. multiceps Tsen & S.H.Lee
- Brassica juncea var. multisecta L.H.Bailey
- Brassica juncea var. napiformis (Pailleux & Bois) Kitam.
- Brassica juncea subsp. napiformis (Paillieux & Bois) Gladis
- Brassica juncea var. oleifera Prain
- Brassica juncea subsp. rugosa (Roxb.) Prain
- Brassica juncea var. rugosa (Roxb.) Kitam.
- Brassica juncea var. strumata Tsen & S.H.Lee
- Brassica juncea var. subintegrifolia Sinskaya
- Brassica juncea var. tsatsai Z.I.Mao
- Brassica juncea subsp. tsatsai (Z.M.Mao) Gladis
- Brassica juncea var. tumida Tsen & S.H.Lee
- Brassica lanceolata (DC.) Lange
- Brassica napiformis (Pailleux & Bois) L.H.Bailey
- Brassica napiformis var. multisecta A.I.Baranov
- Brassica richeri Lange
- Brassica rugosa (Roxb.) Prain
- Brassica rugosa (Roxb.) L.H. Bailey
- Brassica taquetii H.Lév.
- Brassica willdenovii Boiss.
- Crucifera juncea E.H.L.Krause
- Raphanus junceus (L.) Crantz
- Sinabraca juncea (L.) G.H.Loos
- Sinapis abyssinica A. Braun
- Sinapis cernua Thunb.
- Sinapis chinensis L.
- Sinapis chinensis var. integrifolia Stokes
- Sinapis cuneifolia Roxb.
- Sinapis integrifolia H.West
- Sinapis japonica Thunb.
- Sinapis juncea L.
- Sinapis juncea var. napiformis Pailleux & Bois
- Sinapis lanceolata DC.
- Sinapis patens Roxb.
- Sinapis ramosa Roxb. ex Fleming, Henry
- Sinapis ramosa Roxb.
- Sinapis rugosa Roxb.
- Sinapis timoriana DC.[1]
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Becərilən göy xardal formalarının toxumlarında 30-47% yarımquruyan yağ (yod ədədi 92-119), 25%- ə qədər zülal, 1,7%-ə qədər efir yağı vardır. Soyuq üsulla sıxılmış xardal yağı yaxşı dada malikdir və qida kimi istifadə olunur. Ondan çörək, peçenye, qənnadı, konserv və marqarin yağları sənayesində istifadə olunur. İsti üsulla sıxılmış xardal yığında siniqrin (efir yağı) qlükozidi olur ki, bu da ona kəskin iy və xoşagəlməyən dad verir. Belə yağlar texniki məqsədlər üçün istifadə olunur.
Xardal toxumlarının kəskin yandırıcı dada və ətirli iyə malik olması onların tərkibində olan siniqrin qlikozidindən asılıdır. Siniqrin qlikozidi xardal toxumlarının əsas təsiredici maddəsi hesab olunur. Bu qlikozid toxumlarda olan mirozin fermentinin təsirindən parçalandıqda efirli xardal yağına, kalium-hidrosulfata və qlükozaya ayrılır. Efirli xardal yağı açıq- sarı rəngli mayedir, çox kəskin yandırıcı dada və iyə malikdir. Xardal toxumlarında 25-47%-ə qədər piyli yağ da vardır. Bu yağdan ancaq yeyinti sənayesində istifadə olunur. Xardal toxumlarından elmi təbabətdə xardal yaxması (Charta sınapina) və xardal spirti (Spiritus sinapis) şəklində revmatizmdə və soyuqdəymədə xaricə sürtmə dərmanı kimi istifadə edilir. Xardal yaxması piyli yağdan azad edilmiş xardal toxumu tozundan hazırlanır.
Ondan sabun bişirmədə, toxuculuqda və digər sənaye sahələrində istifadə edilir. Xardaldan alınan efir yağları ətriyyat sənayesində istifadə edilir. Xardal jmıxı sürfə xardalı hazırlanmasında və tibdə işlədilir. Onun tərkibində zərərli maddə olan siniqrin və sanalbin olduğundan heyvanlara xüsusi işlənmədən sonra verilə bilər.
Göy xardal yaxşı bal verən bitkidir. Rusiyanın Şimal-Qərb rayonlarında ondan yaşıl gübrə kimi də istifadə edilir.Xardal toxumlarının işlənməsindən sonra əldə olunan məhsulun 90%-i xeyirli hesab olunur. 100 kq orta kondisiyalı xardal toxumun-dan 23-24 kq yeməli xardal yağı, xardal efiri almaq üçün 5 kq yağ, 50 kq xardal ovuntusu (poroşoku) almaq üçün jmıx, 15 kq heyvan yemi üçün jmıx, 7,5 kq yanacaq üçün qabıq (şeluxa) əldə olunur. Xardal yağı presləmə (sıxma) və ya ayırma (ekstrasiya) yolu ilə alınır.Soyuq sıxma üsulu ilə alınan xardal yağı daha keyfiyyətli hesab edilir. İsti sıxma üsulunda yağın tərkibinə 0,1-1,7%-ə qədər xardal efiri yağı və siniqrin qlükozidi qarışır ki, bu da kəskin iyli və xoşagəlməyən dada malikdir. Mütəxəssislərin fikrinə görə ərzaqlıq xardal yağının tərkibində olein və linol turşuları 80%-dən aşağı, linolen 4%-dən, palmitin və stearin turşuları 5-15%-dən artıq olmamalı, eruk və eykozen turşuları isə olmamalıdır.
Tarixi, yayılması və məhsuldarlığı
[redaktə | mənbəni redaktə et]Göy xardalın vətəni şərqi Çin hesab edilir. Bu bitki məhz burada yabanı formalardan seçilməklə mədəni hala salınmışdır. Göy xardal Çindən Hindistana keçmiş və Hindistan göy xardal becərən ilkin mərkəzlərdən birinə çevrilmişdir. Ona görə də bəzi müəlliflər göy xardalın vətəninin Hindistan olduğunu güman edirlər. Burada ona alaq bitkisi kimi də rast gəlinir. Bəziləri isə onun vətəninin orta Asiya olduğunu qeyd edirlər. Xardal Çində, Hindistanda, Misirdə və ön Asiya ölkələrində qədimdən becərilir.
Hindistanda göy xardal və ya Sarept xardalı "cənnət xardalı" adı ilə məşhurdur. Xardal və turpəng (Sarzon) bizim eradan əvvəl 3-2 minilliklərdən becərilir. Bu növlərin toxumları tibdə və dini mərasimlərdə istifadə edilirdi. Səpin üçün “cənnət xardalının” iki forması istifadə olunur. Onlardan biri hündürboylu gecyetişən, ikincisi isə alçaqboylu tezyetişəndir. Hazırda göy xardal Hindistanla yanaşı Çində, Misirdə və başqa ölkələrdə də becərilir. Göy xardalın mədəni hala keçirilməsi yaxın vaxtlarda baş vermişdir. Rusiya ərazisinə xardal XVIII əsrin əvvəllərində Asyadan keçmiş və onu ilk dəfə aşağı Volqaboyunda Sarept şəhəri yaxınlığında mədəni hala keçirmişlər. Bu bitki öz rus adını (Sarept xardalı adını) Volqaboyunda becərilməyə başladığı Sarept kəndinin adından götürmüşdür. Burada Rusiyada ilk dəfə xardal zavodu yaradılmışdır. 1765-ci ildə Sarept şəhərə çevrilmişdir. Buraya II Yekaterina tərəfindən Almaniyadan mütəxəssislər dəvət olunub yerləşdirilmişdir. Hazırda Volqoqrad vilayətinin rayonlarından biridir. Sarept xardalı dünyada ən yaxşı xardal hesab edilir.
Hazırda Rusiya ərazisində göy xardal bitkisi kələmkimilər (xaç-çiçəklilər) fəsiləsinə daxil olan yağlı bitki kimi geniş yayılmışdır. Onun əkin sahələri, günəbaxan, soya və yağlı kətandan sonra 4-cü yeri tutur. Rusiyada göy xardalın əkin sahəsi 270 min hektara yaxındır. Onun əkinləri əsasən Volqaboyunda Volqoqrad və Saratov vilayətlərində, kiçik sahələrdə isə qərbi Sibirdə, Qazaxıstanda, şimali Qafqazda, Qara dəniz sahillərində və Qırğızıstanda və b. yerlərdə becərilir. Hektardan orta toxum məhsuldarlığı 0,8-1,5 tondur. Yüksək aqrotexniki şəraitdə hektardan 1,5-2,0 ton toxum verə bilir. İsveçdə süni (mutant) yolla çox qiymətli xardal formaları əldə olunmuşdur. Hindistanın Bihar, Utar-Pradeş, qərbi Benqal ştatlarında və bir çox başqa yerlərdə adi tarla bitkisi hesab olunur. Göy xardal təmiz halda və ya nut, noxud və arpa ilə qarışıq səpilir. Qarışıq səpin-lərdə səpin norması 9 kq/ha təmiz halda səpildikdə isə 18 kq/ha- qədər götürülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sarpet xardalı:''The Plant List saytında takson barədə məlumat. (ing.)