Sencinkun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sencinkun üzlüyü.

Sencinkun (kyucitay: 戰陣訓; şincitay: 戦陣訓?, azərb. "Döyüş meydanı göstərişləri"‎) – 8 yanvar 1941-ci ildə Hideki Toconun adından əsgərlər üçün buraxılmış hərbi məcəllə. İkinci dünya müharibəsi illərində istifadə olunmuşdur.[1]

1937-ci ildə başlayan Çin-yapon müharibəsindən sonra Yaponiya ordusunda hərbi nizam-intizamı qorumaq üçün Əsgərlər və Dənizçilər üçün İmperiya Fərmanı (1882) ilə yanaşı yeni məcəllə nəşr etmək qərarı verilmişdi.[1] Məcəllə Ordu Qərargahının Təhsil Administrasiyasının başçısı Hitoşi İmamura tərəfindən tərtib olunmuşdur.[1] Eyci Yoşikava kimi yazıçılar tərtibata kömək etmişdir.[1]

Məcəllə Yaponiya imperiyası, ordu, hərbi qaydalar, döyüş hazırlığı, qələbəyə inam, şinto ilahlarına ehtiram, valideynlərə hörmət, məsuliyyət hissi, həyatölümə münasibət və s.[1] kimi mövzulardan bəhs edən göstərişlər seriyasıdır.[1] Yaponiyanın milli siyasəti olan Kokutay məcəllənin əsas konsepsiyasıdır.[1] Sencinkunun əsas məqsədi əsgərlərə əmrlərə tabe olmamağı, geri çəkilməyi ("Bir əsgər həyatı bahasına olsa belə heç vaxt döyüş meydanını düşmənə buraxmamalıdır") və təslim olmağı ("Bir əsgər əsirlikdə olmağın utancı ilə yaşamamalıdır") qadağan etmək idi.[1]

Xidmətdə olan bütün əsgərlərə Sencinkun nüsxələri verilmişdi.[1] Komandirlər göstərişləri əsgərlər qarşısında oxuyurdular.[1] Müharibənin gedişində Yaponiyanın vəziyyəti pisləşdikcə geri çəkilmək və təslim olmaq qadağaları daha da ciddiləşmişdir.[1] Müharibənin son dövrlərində Müttəfiqlərin işğalına hazırlaşmaq üçün Sencinkun nüsxələri mülki şəxslərə də paylanılmışdır.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 65. ISBN 0-87011-627-4. İstifadə tarixi: 4 yanvar 2023.