67°00′00″ c. e. 160°00′00″ ş. u.HGYO

Somov dənizi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Somov dənizi
rus. Море Сомовa
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 1,150,000 km²
Dərin yeri 3,000 m
Yerləşməsi
67°00′00″ c. e. 160°00′00″ ş. u.HGYO
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Somov dənizi xəritədə
Somov dənizi
Somov dənizi

Somov dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Ross dənizi ilə Dürvil dənizi arasında yerləşir. Qərbdə dərinliyi 3.000 metrdir.

Sahəsi 1.150.000 km² təşkil edir. Orta temperatur yayda 0,1 C, qışda -8 (-10) C-dir. Sahilə yaxın Ballen adası yerləşir. Sahilində antarktik stansiyası olan Leninqradskaya fəaliyyət göstərir. Dəniz Sovet Antartik ekspedisiyasının rəhbəri olan Mixail Somovun şərəfinə adlandırılmışdır.

Dəniz bütünlüklə cənub qütb en dairəsinin daxilində yerləşir. Bu səbəbdən ilin böyük qismi buzla örtülü olur. Bir necə ay ərzində buzlar kövrəlir və aysberlər əmələ gəlir. Sahilində havanın temeratur 1-3 s-dən aşağı olur. Şimal hissələrdə isə 1-2 dərəcə yüksək olur. Sahilinə küləklər saat istiqamətində əsir. Burada bir sıra balıq və plankton növləri vardır. Xüsusi məhz bu dənizə məxsus plankton növü ilə seçilir.