Su bitkiləri
Naviqasiyaya keç
Axtarışa keç
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır[1]. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət. Bakı: 2008
- ↑ "Salvinia üzən: növün yayılması və təsviri". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- Kisəli su bitkiləri Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine