Sud Aviation Caravelle
Naviqasiyaya keç
Axtarışa keç
Sud Aviation Caravelle | |
---|---|
Hazırlayan | Sud Aviasiya |
İstehsalçı | Sud Aviasiya |
İlk uçuş | 27 may 1955[1] |
İstismara verilmə tarixi | 1959 |
İstimarının bitmə tarixi | 2005 |
İstismarçılar | |
Buraxılış sayı | 282 |
Vikianbarda əlaqəli mediafayllar |
Sud Aviation Caravelle — Sud Aviasiya tərəfindən istehsal olunan Fransa mənşəli regional reaktiv sərnişin təyyarəsidir. Təyyarə ilk uçuşunu 27 may 1955-ci ildə etdi və 26 aprel 1959-cu ildə xidmətə başladı. Caravelle, qısa və orta həcmli bazar üçün hazırlanmış ilk reaktiv təyyarədir.
Sərnişin xidmətlərinə başladıqdan bir neçə il sonra, Caravelle Avropanın ən uğurlu ilk nəsil reaktiv sərnişin təyyarələrindən biri oldu. Təyyarə Avropadakı operatorlara əhəmiyyətli satışlar etdi və hətta United Airlines şirkətinin 20 Caravelle sifarişi ilə ABŞ bazarına çıxmağı bacardı.
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Ekipajı: 3
- Sərnişin tutumu: 80
- Uzunluq: 32.01 m
- Qanad uzunluğu: 34.3 m
- Hündürlük: 8.72 m
- Qanad sahəsi: 146.7 m²
- Boş çəki: 22,200 kg
- Maksimum uçuş çəkisi: 46,000 kg
- Motor: 2 × Rolls-Royce Avon Mk.527 turbojet
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Donald D. The Encyclopedia of Civil Aircraft (ing.). Thunder Bay Press, 1999. P. 12. ISBN 978-1-57145-183-5