Sumqayıt
Respublika tabeli şəhər | |
Sumqayıt | |
---|---|
Sumqayıt | |
40°35′30″ şm. e. 49°38′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Abşeron-Xızı iqtisadi rayonu |
Daxili bölgüsü | mikrorayonlar, qəsəbələr, məhəllələr , yaşayış massivləri |
İcra başçısı | Zakir Fərəcov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1938 |
İlk məlumat | 1580 |
Yaşayış məntəqəsi statuslu | 1949 |
Sahəsi | 181 km² |
Mərkəzin hündürlüyü | 26 m |
İqlimi | subtropik |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 426 000[1] nəfər (2023) |
Sıxlığı | 3837 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar, ləzgilər, talışlar,[2] ruslar, türklər, tatarlar, yəhudilər və s. |
Etnoxronim | sumqayıtlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 18[3] |
Poçt indeksi | AZ 5000 |
Nəqliyyat kodu | 50[4] |
Digər | |
sumqayit-ih.gov.az (az.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və sayı 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir.
Toponimi
[redaktə | mənbəni redaktə et]"Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya var.
"Sum qayıt" əfsanəsi
[redaktə | mənbəni redaktə et]Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
— Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir, lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
— Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!
Tayfa adı ilə
[redaktə | mənbəni redaktə et]Sumqayıt adı Rəşidəddin Fəzlullahın "Cami ət-təvarix" əsərində türk tayfaları arasında qeyd edilir. Həmin əsərdə Çingiz xan zamanında türk tayfalarının adları çəkilərkən Kunkqay və ya Sunkqayt (Khunkqait) tayfasının adı Qarait (Kirait), Cirkin, Sakait (Sakaut), Tumavut, İlbat, Nayman (Naiman), Yiti-i Tokluq, Tanqut və Unkut tayfaları arasında qeyd edilir.[5] Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə türk əsilli tayfaların adları və haqlarında təsvir bölməsində yazır:
Monqollar dövründən sonra bu adı təqdim edən, hazırda monqol adlandırılan ancaq əslində adları monqol olmayan tayfalardan biri Saqait[K 1] tayfasıdır.[7] …Tayciyut tayfası ilə Çingiz xan arasında çəkişmə və nifaq olduğu zaman bu tayfa Çingiz xanın tərəfini saxladı və onun qoşununa qatıldı: tarixdə onların da təsviri verilib, Ancaq nə o zaman, nə də indi bu tayfadan kimsə məlum deyil ki, möhtərəm və şöhrətli olsun.[6]
Türkiyə tarixçisi Ramazan Şeşen də, həmin əsərə istinad edərək Kunqayt tayfasının adını ayrı bir türk tayfası olaraq qeyd edir.[8] Böyük ehtimal bu ad iki tayfa adını ifadə edirdi. Kun və Qayi tayfaları Çingiz xandan əvvəl indiki Monqolustan ərazilərində məskunlaşmışdılar. Çin mənbələri onlar haqqında məlumat verir.[9] XI əsrin ortasında Kun və Kay (Qay/Qayi) tayfaları Kidanların hücumu qarşısında yurdlarını tərk edib Kimək adlanan İrtış ətrafında yaşayan türklərin ölkəsinə gəldilər. Bəzi Kun və Qay tayfası isə Sırdərya ətrafında məskunlaşan oğuz yurdlarını ələ keçirdilər. Alman şərqşünas Cozef Marquart onlardan Qay tayfasını Osmanlıların ulu babaları hesab edib.[10] A. Z. V. Toqana görə, həmin qay qəbiləsi türk olub, qayıların çincə mənbələrdə keçən adıdır.[11]
Qazax tarixçi Sergey Axincanov "Qıpçaqlar" adlı əsərində "Qay", "Kun" tayfalarının etnik mənsubiyyəti haqqında geniş araşdırma apararaq onların Qıpçaqların ulu babaları olduğunu ortaya çıxardıb.[12] Türkmən əsilli sovet tarixçisi Sergey Aqacanov da "Oğuzlar" haqqındakı əsərində, Kun və Qay tayfalarının XI əsrdə Monqolustan və Şərqi Çindəki yurdlarını tərk edərək qərb istiqamətində hərəkət etdiklərini və Orta Asiyada yeni bir xalqlar köçünə səbəb olduqlarını qeyd edir.[13] Hər iki tayfanın köçü haqqında tarixi məlumatları toplayan Əkbər N. Nəcəf "Qaraxanlılar" adlı əsərində, bu tayfaların adlarının ərəbcə, qrabarca mənbələrdə çəkildiyini, Biruninin qay, kun tayalarını türk olaraq göstərdiyini vurğulayıb.[14]
Qayı və kunların birlikdə hərəkət etdikləri, daha sonra Xarəzmşahların və Monqol imperiyasın tərkibində yer aldıqları, 1230-cu ildə artıq Azərbaycanda bu adda məskunlaşmaların olduğu qeyd edilir.[15][16] Adın monqolca yazılışına diqqət etdiyimizdə Sumqayıt adının orijinal yazılışı Kun-qayt olub, bu da Kun və Qay və ya Qayıt tayfalarının birliyini ifadə edirdi. Böyük ehtimal Sumqayıt adı həmin tayfa birləşməsinin adını əks etdirirdi.
Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər" adlı kitabında yazır:
Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır …[17]
Sumqayıt çay
[redaktə | mənbəni redaktə et]Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.[18]
Tarixi
[redaktə | mənbəni redaktə et]
Şəhər Partiya Komitəsinin I Katibləri
Kamran Hüseynov 1953-1958
Zülfü Hacıyev 1958-
Nadir Balakişiyev 1962-1971
Sabit Abbasəliyev 1971-1974
Kamran Bağırov 1971-1978
Həsən Həsənov 1978-1979
Cahangir Müslümzadə 1985-1988
Şəhər İcra Hakimləri
Eldar İsmayılov 1991-1992
Yusif Sevdimalıyev 1992-1993
Şakir Abuşov 1993-2000
Təvəkkül Məmmədov 2000-2003
Vaqif Əliyev 2003-2011
Eldar Əzizov 2011-2015
Zakir Fərəcov 2015-indiyə kimi
Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.
Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,
"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."[19]
Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi.[20] Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.[21] 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
- 1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
- 1939–1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
- 1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
- 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanır.
- 1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
- 1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
- 1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
- 1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
- 1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
- 1957–1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
- 1960-cı il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
- 1961–1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
- 1970–1980-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
- 1988-ci il — Sumqayıtda ermənilər tərəfindən törədilən təxribat xarakterli qırğınlar.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Sumqayıt inzibati rayonu Xəzər dənizi şimal-qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5–20 m/san təşkil edir. Şəhər ərazisindən Sumqayıt çayı axır. Çay əsasən suyunu dənizə çatdıra bilmir. Buna səbəb yarımsəhra və qumluq zonasında suyun süzülməsi (İnfiltirizasiya) hadisəsidir. Çay əsasən yağış suları az miqdarda qar və yeraltı suları ilə qidalanır . Ən böyük qolu Qozlu çayıdır. Çayın mənbəyi Dübrar dağıdır. Havanın ən aşağı tempuraturu −13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust təşkil edir. Havanın illik orta tempraturu +14 °C təşkil edir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Yağıntılar əsasən payız-qış-yaz aylarında düşür. Yay ayları quraq keçir. İl ərzində 247 mm yağıntı düşür. Ərazidə şimal (Xəzri) çox, cənub küləyi (Gilavar) isə az müşahidə edilir. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. Ərazidə çöl heyvanları: tülkü, çaqqal, dovşan, canavar, ördək, göyərcin, sığırçın vardır.
Rəmzləri
[redaktə | mənbəni redaktə et]Şəhərin simvolu
[redaktə | mənbəni redaktə et]Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində qağayı qanadları olan abidə şəhərin simvoludur. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, qağayı dənizkənarı şəhər olması ilə yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski) (1920–2000).
Sumqayıtın gerbi
[redaktə | mənbəni redaktə et]Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.[22][23]
Əhali
[redaktə | mənbəni redaktə et]AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan məlumatına əsasən Sumqayıt şəhər ərazi dairəsinin əhalisi 325.237 nəfərdir.[24] Onlardan 290.5 min nəfəri Sumqayıt şəhərində, 21.6 min nəfəri Hacı Zeynalabdin qəsəbəsində, 13.1 min nəfəri isə Corat qəsəbəsində yaşayır.[25]
Sumqayıt inzibati ərazi vahidliyi | 1939[26] | 1959[27] | 1970[28] | 1979[29] | 1989[30] | 1999[31] | 2009[32] | 2013[25] |
---|---|---|---|---|---|---|---|---|
Sumqayıt şəhəri | 6.353 (+1.499)[1] | 51.485 | 124.490 | 190.112 | 231.104 | 283.184 | 276.061 | 290.5 |
Ceyranbatan | — | 701[2] | — | — | — | — | — | — |
Corat | 1.777 | 2.451 | 4.291 | 6.206 | 7.809 | — | 12.711 | 13.1 |
Hacı Zeynalabdin | - | 5.389 | 8.634 | 8.634 | 16.371 | — | 20.674 | 21.6 |
Ümumi | 9.629 | 60.026 | 135.540 | 204.952 | 255.284 | 283.184 | 309.446 | 325.237 |
- 1939-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Sumqayıt şəhər tipli qəsəbəsindən ayrıca göstərilən 1.499 nəfər əhali "Kənd" əhalisi kimi qeyd olunmuşdur.
- 1959-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Ceyranbatan şəhər tipli qəsəbəsi Sumqayıt Şəhər Sovetliyinə tabe olub.
- Sumqayıt inzibati ərazi vahidliyi əhali sayının illər üzrə diaqramı
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]Etnik qrup |
1939-cu il[33][34] | 1959-cu il[35] | 1970-ci il[36] | 1979-cu il[37] | 1999-cu il[38] | 2009-cu il[39] | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
azərbaycanlı | 4 185 | 43.46% | 25 393 | 42.30% | 75 396 | 55.63% | 141 616 | 68.85% | 271 119 | 95.74% | 302 461 | 97.74% |
ləzgi | 69 | 0.72% | 891 | 1.48% | 3 124 | 2.30% | 5 340 | 2.60% | 4 402 | 1.55% | 3 488 | 1.13% |
rus | 4 275 | 44.40% | 20 753 | 34.57% | 35 055 | 25.86% | 37 089 | 18.03% | 4 667 | 1.65% | 2 143 | 0.69% |
talış | 2 | 0.02% | 2 | 0.01% | … | … | … | … | 535 | 0.19% | 475 | 0.15% |
türk | 2 | 0.02% | … | … | … | … | … | … | 105 | 0.04% | 179 | 0.06% |
tatar | 204 | 2.12% | … | … | 1 265 | 0.93% | 1 417 | 0.69% | 796 | 0.28% | 116 | 0.04% |
tat | … | … | 33 | 0.05% | 103 | 0.08% | 90 | 0.04% | … | … | 96 | 0.03% |
ukraynalı | 359 | 3.73% | … | … | 3 019 | 2.23% | 2 529 | 1.23% | 833 | 0.29% | 94 | 0.03% |
yəhudi | 19 | 0.23% | 722 | 1.20% | 1 307 | 0.96% | 1 239 | 0.60% | 135 | 0.05% | 60 | 0.02% |
gürcü | 19 | 0.23% | 104 | 0.17% | 294 | 0.22% | 166 | 0.08% | 46 | 0.02% | 29 | 0.01% |
avar | 1 | 0.01% | 11 | 0.02% | 37 | 0.03% | 40 | 0.02% | … | … | 27 | 0.01% |
qrızlı | … | … | … | … | … | … | … | … | … | … | 14 | 0.01% |
kürd | … | … | … | … | 7 | 0.01% | 10 | 0.01% | … | … | 9 | 0.01% |
erməni | 201 | 2.09% | 6 984 | 11.63% | 13 268 | 9.79% | 13 818 | 6.72% | 21 | 0.01% | 8 | 0.01% |
saxur | … | … | … | … | 2 | 0.01% | 5 | 0.01% | … | … | 8 | 0.01% |
udin | … | … | … | … | 14 | 0.01% | 36 | 0.02% | … | … | … | … |
digər | 293 | 3.04% | 5 133 | 8.55% | 2 649 | 1.95% | 2 299 | 1.12% | 525 | 0.19% | 239 | 0.08% |
cəmi | 9 629 | 100% | 60 026 | 100% | 135 540 | 100% | 205 694 | 100% | 283 184 | 100% | 309 446 | 100% |
Ekoloji vəziyyət
[redaktə | mənbəni redaktə et]Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Sumqayıt Alüminium Zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir "payı" bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında "Kimyasənaye" İstehsal Birliyinin də çox böyük "əməyi" var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 iyul 2001-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri "Sintezkauçuk" birliyində "EP-300", "Üzvisintez" birliyində "Polimer-120" və başqa müəssisələr tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həm də bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxımdan "İnşaatçılar" və "Kimyatikinti" yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.
Təhsil
[redaktə | mənbəni redaktə et]1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, həmin dövrdə bu məktəblər Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.
Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.
Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.
Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.
Bu kateqoriyadan olan, həmçinin aztəminatlı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.
Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.
Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.
İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.
Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun "Addım-addım" proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in "Yuva" humanitar təşkilatının iştirakı ilə "Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası" proqramına qoşulmuşdur.
Ali təhsil müəssisələri
[redaktə | mənbəni redaktə et]Səhiyyə
[redaktə | mənbəni redaktə et]Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.
Xəstəxanalar
- 1 saylı xəstəxana (Təyinatı: Müalicə profilaktika işi; Tutumu: 460 çarpayı)
- 2 saylı xəstəxana (Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım; Tutumu: 400 çarpayılıqdır)
- 3 saylı xəstəxana (4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları)
- Bərpa xəstəxanası (Tutumu: 190 çarpayı; o cümlədən, Terapiya şöbəsi: 60 çarpayı, Nevrologiya: 60 çarpayı, Cərrahiyyə: 40 çarpayı, Kardiologiya: 30 çarpayı. Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir.)
- Akademik U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana (Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət; Xəstə tutumu: 120 çarpayı)
- Uşaq xəstəxanası (Təyinatı: Çox profilli uşaq xəstəxanası; Xəstə tutumu: 320 çarpayılıq)
Mədəniyyət və incəsənət
[redaktə | mənbəni redaktə et]Şəhər Mədəniyyət və Turizm İdarəsi
[redaktə | mənbəni redaktə et]1950-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıt Tarix Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.
Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – "Gənclik", "Veteran", "Poeziya", 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C. Cabbarlı adına mədəniyyət evi, N. Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, "Energetik" mədəniyyət evi, "İnşaatçılar" mədəniyyət evi, "28 may" mədəniyyət evi, "Dostluq" mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.
Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar:
- Klublar
- "Gənclik"
- "Veteran"
- "Poeziya"
- 4 saylı şəhər klubu
- 5 saylı şəhər klubu
- 6 saylı şəhər klubu
- Sumqayıt Şəhər Əli Kərim adına "Poeziya" klubu
- Mədəniyyət evləri
- Cəfər Cabbarlı adına mədəniyyət evi
- Nəriman Nərimanov adına mədəniyyət evi
- Mərkəzi Şəhər Mədəniyyət evi
- "Energetik" mədəniyyət evi
- "İnşaatçılar" mədəniyyət evi
- "28 may" mədəniyyət evi
- "Dostluq" mədəniyyət evi
- Corat mədəniyyət evi
Musiqi və incəsənət məktəbləri
[redaktə | mənbəni redaktə et]- Qara Qarayev adına Uşaq Musiqi Məktəbi
- Bülbül adına Uşaq İncəsənət Məktəbi
- Səid Rüstəmov adına Musiqi Məktəbi
- Əhməd Bakıxanov adına İncəsənət Məktəbi
- Fikrət Əmirov adına Musiqi Məktəbi
İdman
[redaktə | mənbəni redaktə et]Sumqayıt hər zaman perspektivli idmançılara malik olmuşdur. Şəhərdə bir sıra idman klubları mövcud olmuş və olmaqdadır. Bu klubların adları belədir: "Xəzər", "İnşaatçı", "Kimyaçı", "Sumqayıt", "Polad", "Kainat", "Vosxod", "Metallurq", "Gənclərbirliyi", "Gənclik-95", "Standard" və başqaları
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Avtomobil yolları və magistrallar
[redaktə | mənbəni redaktə et]İctimai nəqliyyat
[redaktə | mənbəni redaktə et]Sumqayıtda 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi tramvay fəaliyyət göstərmişdir. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.
Dəmiryolu vağzalı
[redaktə | mənbəni redaktə et]Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.
2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin "Stadler Rail Group" şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Sumqayıtın yaranma tarixi ilə bağlı 2009-cu ildə ANS televiziyasında "60 yaşında cavan" adlı sənədli film hazırlanaraq efirə verilmişdir. Filmin müəllifi ANS TV-nin əməkdaşı Namiq Hüseynov dur.
Tanınmış sakinləri
[redaktə | mənbəni redaktə et]Şəhərin tanınmış sakinlərdən şahmatçı Şəhriyar Məmmədyarov, müğənni Ədalət Şükürov, futbolçu Nazim Süleymanov, balaban ifaçısı Əlixan Səmədov, aktrisa Dilarə Əliyeva, karateçi Rafael Ağayev, paraolimpiyaçı İlham Zəkiyev və digərlərini qeyd etmək olar.
-
Gündüz Abdullayev, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş hərbçisi
-
Nazim Süleymanov, Azərbaycan futbolçusu və məşqçisi
-
Aleksandr İliçevski, İsrail yazıçısı
-
Kərim Sərdarov, Azərbaycan cüdo paraolimpiyaçısı
-
Fuad Aslanov, Azərbaycan boksçusu və boks referisi
-
Samir Abbasov, Azərbaycan futbolçusu və məşqçisi
-
İlham Zəkiyev, Azərbaycan cüdo paraolimpiyaçısı
-
Zaur Həşimov, Azərbaycan futbolçusu
-
Murad Arif, Azərbaycan müğənnisi
-
Zeynəb Məmmədyarova, Azərbaycan şahmatçısı
-
Rafael Ağayev, Azərbaycan karateçisi
-
Şəhriyar Məmmədyarov, Azərbaycan şahmatçısı
-
Türkan Məmmədyarova, Azərbaycan şahmatçısı
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]Sıra | Ölkə | Şəhər | Tarix | ||
---|---|---|---|---|---|
1 | Gürcüstan | Rustavi | 1952 | ||
2 | Rumıniya | Piteşti | 1971 | ||
3 | Ukrayna | Çerkasi | 1972 | ||
4 | Almaniya | Lüdviqshafen | 1978[40] | ||
5 | Çin | Çyu Cou | 2001[41] | ||
6 | İtaliya | Bari | 2004[42] | ||
7 | Türkiyə | Ceyhan | 2005[43] | ||
8 | Avstriya | Linz | 2009[44] | ||
9 | Belarusiya | Mogilyov | 2009[45] | ||
10 | Qazaxıstan | Aktau | 2009[46] | ||
11 | Rusiya | Nevinnomıssk | 2011[47] | ||
12 | Türkiyə | Samsun | 2012[48][49] | ||
13 | İtaliya | Genuya | 2013[50] |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Şərhlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Son 20 ildə Sumqayıtda əhalinin sayı 30 faiz artıb". 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
- ↑ Calvin F. Tiessen. POSITIVE ORIENTATION TOWARDS THE VERNACULAR AMONG THE TALYSH OF SUMGAYIT (PDF). The Graduate Faculty of the University of North Dakota. 2003. səh. 17. 2016-04-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ "Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ Rəşidəddin Fəzlullah, Cami ət-təvarix, Moskva-Leninqrad 1957, c. I, s. 249–351.
- ↑ 1 2 I. Сборникь Лѣтописей. Исторiя Монголовь. Сочиненie Рашидь–Эддина. Введенie: О турецкихь и монгольскихь племенахь. Переводь сь персидскаго, сь введенiем и примѣчанiями И. П. Березина. — Стр. 93. // Записки Императорскаго Археологическаго общества. Томь XIV. Санкт–Петербургь: Типография Императорской Академiи Наукь, 1858.
- ↑ I. Сборникь Лѣтописей. Исторiя Монголовь. Сочиненie Рашидь–Эддина. Введенie: О турецкихь и монгольскихь племенахь. Переводь сь персидскаго, сь введенiем и примѣчанiями И. П. Березина. — Стр. 7–8. // Записки Императорскаго Археологическаго общества. Томь XIV. Санкт–Петербургь: Типография Императорской Академiи Наукь, 1858.
- ↑ Şeşen Ramazan, İslam Coğrafyacılarına Göre Türkler ve Türk Ülkeleri, Ankara 2001, s. 155.
- ↑ Eberhard Wolfram, "Kaylar Kabilesi Hakkında sinoloji Mülahızalar", TTK Belleten Dergisi, cilt VIII, sayı 32, Yıl 1944, Birinci Teşrin, s. 567 və d.
- ↑ Marquart J., Bang W, Osttürkische Dialektstudien (Abhandt. der. K. Gesellsch. der Wiss. zu Göttingen, Berlin 1914, s. 25–238.
- ↑ Togan A. Z. V., "Die Vorfahren der Osmann in Mittel-asien", ZDMG, band 95, Heft 3, Leipzig 1941, s. 367–373.
- ↑ Ahincanov Sergey M., Türk Halklarının Katalizör Boyu Kıpçaklar, Türkçeye çeviren Kurşat Yıldırım, İstanbul: Selenge Yayınları, 2009, s. 111–117.
- ↑ Ağacanov S. Q., Oğuzlar, Türkçeye çevirenler Ekber N. Necef, Ahmet Annaberdiyev, İstanbul: Selenge Yayınları, 2003, s. 231–232.
- ↑ Necef E. N., Karahanlılar, İstanbul: Selenge Yayınları, s. 381–384.
- ↑ Togan A. Z. V., "Die Vorfahren der Osmann in Mittel-asien", ZDMG, band 95, Heft 3, Leipzig 1941, s. 370.
- ↑ Köprülü F., Osmanlı`nın Etnik Kökleri, İstanbul: Kaynak Yayınları 1999, s. 39 və d.
- ↑ Новѣйшiя географическiя и историческiя известiя о Кавказѣ, Собранныя и пополненныя Семёномь Броневскимь. Часть Вторая. Москва: Вь Типографiи С. Селивановскаго, 1823, стр. 394.
- ↑ Обозрение российских владений за Кавказом — 4-cü cild s. 12
- ↑ 1877-ci ildə çıxan ingilis qəzetindən Sumqayıtdan Tiflisə yaxşı yol mövcuddur — FOTOFAKT Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. xeberle.com, 04.01.2016 (az.)
- ↑ "Tarixdən səhifələr" məqaləsi, "İnşaatçı" qəzeti, 13.08.1988, № 94 (4353), səh. 2–3.
- ↑ "Alman əsirlərinin Sumqayıt qəbiristanlığı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23.
- ↑ Sumqayıtın gerbi təsdiq edildi. Arxivləşdirilib 2011-10-08 at the Wayback Machine (az.)
- ↑ Azərbaycanın Sumqayıt şəhərinin gerbi qəbul edilib. Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine: Sumqayıt ş.ə.d. Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
- ↑ "Всесоюзная перепись населения 1939 года.Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР" (ru). www.demoscope.ru. Archived from the original on 4 February 2017. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (rus.)
- ↑ "Всесоюзная перепись населения 1959 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу" (ru). www.demoscope.ru. Archived from the original on 4 February 2017. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (rus.)
- ↑ "Всесоюзная перепись населения 1970 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу" (ru). www.demoscope.ru. Archived from the original on 12 July 2012. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (rus.)
- ↑ "Всесоюзная перепись населения 1979 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу" (ru). www.demoscope.ru. Archived from the original on 15 July 2012. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (rus.)
- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу" (ru). www.demoscope.ru. Archived from the original on 4 February 2012. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (rus.)
- ↑ "1999-cu il Azərbaycan əhalisinin siyahıyaalınması" (ru). www.pop-stat.mashke.org. Archived from the original on 27 June 2015. İstifadə tarixi: 04 February 2017. (#apostrophe_markup) (az.)
- ↑ "Azərbaycan Respublikasının iqtisadi və inzibati rayon və şəhərləri üzrə daimi əhalinin sayı — Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi". Archived from the original on 2015-06-26. İstifadə tarixi: 26 iyun 2015..
- ↑ Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Сумгаитский Arxivləşdirilib 2017-02-04 at Archive.today // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Бакинского горсовета по переписи 1939-го года Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine — yoxlanılıb: 11.07.2017
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Сумгаиткого горсовета по переписи 1959-го года Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Сумгаиткого горсовета по переписи 1970-го года Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Сумгаиткого горсовета по переписи 1979-го года Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
- ↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine
- ↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
- ↑ Məmmədov R. S., Sadiqov H. Ş. "Sumqayıt: Tarixdən səhifələr (1930–2000)", Sumqayıt, 2010. (az.)
- ↑ "Sumqayıtın "balacaboy qardaşı" Çyu Cou -TANITIM" (az.). xeberle.com. 28/03/2016. Archived from the original on 2017-01-23. (#apostrophe_markup) (az.)
- ↑ "EXECUTIVE ORDER OF PRESIDENT OF THE AZERBAIJAN REPUBLIC" (eng). AzərTac. 05/08/2004. Archived from the original on 2014-11-13. (#apostrophe_markup) (ing.)
- ↑ "Sumqayıt Tarix Muzeyi: Şəhərin tarixi" (az). Sumqayıt Tarix Muzeyi. 10/04/2012. 2017-01-23 tarixində orijinalından arxivləşdirilib. (#apostrophe_markup) (az.)
- ↑ "Sumgait to be twinned with Austria`s Linz" (eng). AzərTac. 06/07/2009. Archived from the original on 2017-01-23. (#apostrophe_markup) (ing.)
- ↑ "Могилев подписал договор о побратимстве с г. Сумгаитом (Азербайджанская Республика)" (rus). Могилёвский областной исполнительный комитет. 02/07/2009. 2017-01-23 tarixində orijinalından arxivləşdirilib. (#apostrophe_markup) (rus.)
- ↑ ""Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə"ni imzalamaq səlahiyyətinin verilməsi barədə" (az.). www.e-qanun.az. 01/10/2009. Archived from the original on 2017-02-04. (#apostrophe_markup) (az.)
- ↑ "У Сумгайыта появился город-побратим Невинномысск" (rus). news.day.az. 04/10/2011. Archived from the original on 2012-07-16. (#apostrophe_markup) (rus.)
- ↑ "Azərbaycanın Sumqayıt və Türkiyənin Samsun şəhərləri qardaşlaşmış şəhərlər olublar" (az). AzərTac. 10/04/2012. 2017-01-23 tarixində orijinalından arxivləşdirilib. (#apostrophe_markup) (az.)
- ↑ "Samsun ile Azerbaycan'ın Sumgait kenti kardeş şehir oldu" (tr). samsun.bel.tr. 11 aprel 2012. 4 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017. (türk.)
- ↑ "Siglato il memorandum d'intenti tra Genova e Sumqayit, città azera" (ita). comune.genova.it. 01/07/2013. Archived from the original on 2014-11-13. (#apostrophe_markup) (ital.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi saytı
- Форум, посвященный городу Сумгайыт Сумгаит Sumqayit Sumqait
Sumqayıt şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |