Tamara Qaçeçiladze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tamara Qaçeçiladze
gürc. თამარა გაჩეჩილაძე
Tamara Qaçeçiladze 2017-ci ildə
Tamara Qaçeçiladze 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Tamara Qaçeçiladze
gürc. თამარა გაჩეჩილაძე
Ləqəbləri Tako Qaçeçiladze
gürc. თაკო გაჩეჩილაძე
Doğum tarixi 17 mart 1983(1983-03-17)[1] (41 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, aktrisa
Fəaliyyət illəri 2008–h.h.
Janr
Musiqi aləti vokal
Əlaqəsi Stephane & 3G
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983[1], Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır.

Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[2]. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir.

Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.

Mahnı adı İl
"Me and My Funky" 2008
"Keep the Faith" 2017
  1. 1 2 Tamara Gachechiladze // https://pantheon.world/profile/person/Tamara_Gachechiladze.
  2. "Tako Gachechiladze wins Georgia's Eurovision final with "Keep the Faith"". wiwibloggs.com. 20 yanvar 2017. 2017-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
Əvvəlki:
Nika Kocharov & Young Georgian Lolitaz
"Midnight Gold"
Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
İriao
"Sheni Gulistvis"