46°54′00″ şm. e. 38°10′00″ ş. u.HGYO

Taqanroq körfəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Taqanroq körfəzi
rus. Таганрогский залив
Ümumi məlumatlar
Ada Çerepaxa adası
Sahəsi 5600 km²
Həcmi 25 km³
Orta dərinliyi 4,9 m
Yerləşməsi
46°54′00″ şm. e. 38°10′00″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Taqanroq körfəzi xəritədə
Taqanroq körfəzi
Taqanroq körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taqanroq körfəziAzov dənizinin şimal-şərqində yerləşən və ən iri nisbətən təcrid olunmuş kördəzi. Taqanroq körfəzi dənizdən DolqayaBelosaray dilləri ilə ayrılır. Körfəzin uzunluğu 140 km, çıxacaqda eni isə 31 km təşkil edir. Taqanroq körfəzi dayazlıq baxımından hətta Azov dənizinin göstəricilərini belə keçir. Körfəzin dibi düzən relyefə malikdir. Onun orta dərinliyi 4,9 m, su tutumu isə 25 km³-dir. Taqanroq körfəzinin sahəsi 5600 km²-dir. Körfəz dekabr ayından mart ayına qədər tamamən donur. Bəzi mülayim qış ayları demək olar heç donmur. Kiçik axınlara sahibdir. Belə ki, gündüzlər axıblar çay istiqamətində, gecələr isə dənizə doğru olur. Bu axınlar zamanı suyun səviyyəsi 50–80 sm qalxır. Güçlü küləklər zamanı belə bunu müşahidə etmək olur.

Taqanroq körfəzinə Don, Kalmius, Mius və Eya çayları tökülür. Axınların yaranmasının əsas səbəbi küləklərdir. Axınları fırtınalar zamanı və onun səthinin buz bağlaması zamanı müşahidə etmək olur. TaqanroqEysk Rusiyada, Mariupol isə Ukraynada Taqanroq körfəzinin əsas limanlarıdır.

Taqanroq körfəzinin şımalında 25 tullantı ərazisi vardır (Rojok I–III, Levinsadovka, Beqliskaya və s.)[1]. Pojok qəsəbəsi ərazisində, Pojok 1 düşərgəsində müstye dövrünə aid qatda paleontropa aid diş aşkarlanmışdır[2]. Taqanroq körfəzinin cənub-şərqində Semibalki rayonu ərazisində pleystosen dövrünə aid iri və kiçik ölçülü məməlilərin qalıqları aşkarlanmışdır. Bu tapntılar buzlaşmaya məruz qalmış ərazilərdə qeydə alınmışdır. Tapılan tapıntılar bu qalıqları dördübcü dövr çöl ot yeyən canlılarına aidliyi ilə seçildiyindən burada illkin insan məskənlərinin ola bilmədi ehtimalını artırır[3].

  1. Гвоздовер М. Д., Лазуков Г. И. Гелого-геоморфологическая и археологическая характеристика мустьерских местонахождений // Русская равнина
  2. "antropogenez.ru". 2017-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
  3. "V. S. Bayquşeva Arxeoloji tapıntılar dördüncü dövrə aid olmasını göstərir" (PDF). 2020-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-05.