Tiflopsixologiya
Tiflopsixologiya — kor və zəifgörən uşaqların psixi inkişaflarının qanunauyğunlarını öyrənən xüsusi psixologiyanın bir sahəsidir. Tiflopsixologiyanın tədqiqat obyekti -kor və zəifgörən şəxslərdir. Tiflopsixologiya görmə pozulmaları olan şəxslərin xüsusiyyətlərini və qanunauyğunluqlarının ,informasiya qıtlığının çatışmazlığını təmin edən kompensator proseslərin formalaşmasını, görmə qüsurunun psixi inkişafa təsirini və görmə qüsuru olan uşaqların inkişaflarının yaş aspektlərini öyrənir. Tiflopsixologiyanın bir elm kimi ayrılması və inkişafı korların xüsusi məktəblərdə təliminin təşkili ilə bağlıdır. İlk dəfə belə məktəb 1784-cü ildə Parisin Qayu şəhərində açılmışdır. Korların psixologiyası ilə fransız psixologiyasının materialist istiqamətinin banisi D.Didro tərəfindən öyrənilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ N.T.Hüseynova,S.R.Aslanova. Xüsusi Psixologiya. 2018. səh. 215.