Timoti Makvey
Timoti MakVeiq | |
---|---|
Timothy James McVeigh | |
| |
Doğum tarixi | 23 aprel 1968[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 iyun 2001[1] (33 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Ölümcül inyeksiya ilə edam |
Partnyorları | Terri Nikols, Maykl və Lori Fortier |
Fəaliyyəti | hərbi qulluqçu, mühafizəçi, terrorist |
Tanınır | Oklahoma bombaçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Timoti Ceyms MakVeiq (23 aprel 1968[1], Lokport[d], Nyu-York ştatı – 11 iyun 2001[1], Terre Haute həbsxanası[d]) — 1995-ci ildə 19-u uşaq olmaqla 168 nəfərin öldüyü, 680-dən çox insanın yaralandığı və Alfred Marreh Federal Binasının üçdə birinin məhv edildiyi Oklahoma şəhərinin bombalanmasına görə məsuliyyət daşıyan bir Amerikalı idi. Partlayış 11 sentyabr hücumlarından əvvəl ABŞ-də törədilən ən ölümcül terror aktı idi. Bu, ABŞ tarixində ən ölümcül daxili terror aktlarından biri olaraq qalır.
Körfəz Müharibəsi veteranı olan Makvey 1993-cü ildə çoxu uşaq olan 86 nəfərin ölümü ilə nəticələnən Vako mühasirəsi, həmçinin 1992-ci ildə Ruby Ridge hadisəsi və Amerikanın xarici siyasətinə görə federal hökumətdən qisas almağa çalışırdı. O, federal hökumətə qarşı inqilabı ruhlandırmağa ümid edirdi və zalım bir hökumət olaraq gördüklərinə qarşı qanuni bir taktika kimi bombardmanı müdafiə etdi. O, partlayışdan qısa müddət sonra həbs edilib və kütləvi qırğın silahından istifadə də daxil olmaqla 160 əyalət cinayət maddəsi və 11 federal cinayət maddəsi ilə ittiham olunub. O, 1997-ci ildə bütün maddələr üzrə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. MakVeyq 11 iyun 2001-ci ildə İndiana ştatının Terre Haute şəhərindəki Federal İslah Kompleksində öldürücü inyeksiya ilə edam edilib. Onun cinayətdən cəmi altı ildən sonra həyata keçirilən edamı ölüm cəzasını gözləyən əksər məhbuslardan xeyli qısa müddətdə həyata keçirilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Timothy McVeigh // Encyclopædia Britannica (ing.).