48°51′50″ şm. e. 2°17′49″ ş. u.HGYO

Tokio Sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tokio Sarayı
palais de Tokyo
Xəritə
Əsası qoyulub 2000
Açılış tarixi 24 may 1937
Ölkə
Yerləşir Parisin 16-cı dairəsi[d][1]
48°51′50″ şm. e. 2°17′49″ ş. u.HGYO
palaisdetokyo.com
palaisdetokyo.com/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Eyfel qülləsindən Tokio Sarayının görünüşü. Şərq qanadı sağdadır.
Tokio Sarayında sərgi.

Tokio Sarayı (fr. Palais de Tokyo ) — Parisin 16-cı bölgəsində, Trokadero meydanı ilə üzbəüz yerləşən müasir incəsənətə həsr olunmuş bina.

Binanın şərq qanadı Paris şəhərinə aiddir və burada Müasir İncəsənət muzeyi yerləşir.[2] Qərb qanadı Fransa dövlətinə aiddir və 2002-ci ildən etibarən, müasir incəsənətin müvəqqəti sərgilərinə həsr olunmuş Fransanın ən böyük muzeyi olan Tokio Sarayına / Site de création contemporaine-ə ev sahibliyi edir.

Bina Sena çayından Nyu-York prospekti ilə ayrılır (əvvəllər Debilli və sonralar Tokio küçəsi (1918-ci ildən 1945-ci ilə qədər)). Binanın adı bu küçənin adından götürülmüşdür.

Saray 1937-ci il Ümumdünya İncəsənət və Texnologiya Sərgisi zamanı 24 may 1937-ci ildə Prezident Albert Lebren tərəfindən açılmışdır.[3]. Binanın əvvəlki adı Palais des Musées d'art moderne ("Müasir İncəsənət Muzeyləri Sarayı") idi.

O vaxtdan bəri binada bir çox təşkilatlar, layihələr və yaradıcılıq məkanları yerləşmişdir. Onların arasında:

  • İncəsənət və Gözəllik Muzeyi — (1977-1986)
  • Milli Fotoqrafiya Mərkəzi — La Femi[4]
  • Sinema sarayı[5] — (1986-cı il)

Hazırkı müasir incəsənət mərkəzi 2002-ci ilin martında "Site de création contemporaine" (Müasir Yaradıcılıq Mərkəzi) yeni adı ilə ictimaiyyət üçün açılıb və inkişaf etməkdə olan Fransa və beynəlxalq incəsənət səhnəsində ixtisaslaşmışdır. Bina 2012-ci ildə memarlar Anne Lacaton və Jan-Filipp Vassal tərəfindən təmir edilmiş və genişləndirilmişdir. Onlar daha sonra Pritzker mükafatını almışlar.[6] Daimi kolleksiyası olmayan Tokio Sarayı "Avropanın kolleksiya olunmayan ən böyük müasir incəsənət muzeyi" hesab olunur.[7]

2002-ci ilin martında Nikolas Bourriaud və Jérôm Sans Tokio Sarayının qərb qanadında müasir mərkəz açdılar. Onlar məhdud büdcə ilə sənət aləmində tanınmış bir təşkilat yaratdılar.

Tokio Sarayı o vaxtdan bəri aşağıdakılar tərəfindən idarə olunur:

  • 2006–2012: Mark-Olivier Valere[8][9]
  • 2012–2018: Jan de Loizi
  • 2021–2022: Emma Lavigne[10]
  • 2022-indiyə qədər: Guillaume Desanges[11]

Pavilyonu 2001-ci ildə yaradılmışdır.[12] Layihəyə dəvət olunmuş tələbə rəssamlar və kuratorlar üçün studiya və laboratoriya kimi nəzərdə tutulmuş bu pavilyon, yerli rəssamların gənclik işlərini nümayiş etdirmək üçün hazırlanmış eksperimental proqramdır.[13] Binanın açılışından bəri proqramın direktoru rəssam və rejissor Ange Lessia olub.

Muzey 2006-cı ildən Mark-Olivier Valere tərəfindən yaradılmış "Palais /" jurnalını nəşr etdirir. Jurnalın ildə 3 sayı nəşr olunur (yaz, yay və payız).

Jurnalda hər bir nəşr üçün seçilmiş mərkəzi bədii mövzu ətrafında məqalələr yer alır. Mövzular konseptualdır və fotoqrafiya, müxtəlif bədii media, esselər və tez-tez eksperimental mediadan istifadə etməklə tədqiq edilir. Jurnalda mövzu ümumiyyətlə muzeydə eyni vaxtda nümayiş etdirilən sərgi ilə üst-üstə düşür.[14]

"Palais /" jurnalı ilə yanaşı, 2007-2011-ci illər arasında "Yodelinqdən kvant fizikasına" adlı müasir incəsənət ensiklopediyasının 5 cildi də nəşr olunub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 ArchINFORM (alm.). 1994.
  2. "Arxivlənmiş surət". 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
  3. "Musee d'Art moderne de la Ville de Paris (City Museum of Modern Art)". Yahoo! Travel. Yahoo!. 2010-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-20.
  4. "Arxivlənmiş surət". 2018-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
  5. [1] Arxiv surəti 17 dekabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 17 dekabr 2009 at the Wayback Machine
  6. Pogrebin, Robin. "Affordable Housing Earns French Couple the Pritzker Prize". The New York Times (ingilis). 16 March 2021. ISSN 0362-4331. 24 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2021.
  7. [2] Arxiv surəti 16 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 16 iyul 2011 at the Wayback Machine
  8. "Palais de Tokyo". palaisdetokyo.com. 31 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2015.
  9. Hartvig, Nicolai. "Paris Regains Some of Its Lost Aura in Art World". The New York Times. 28 October 2011. 3 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  10. Gareth Harris (22 July 2019), Emma Lavigne lined up as new president of the Palais de Tokyo in Paris Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine.
  11. Alex Greenberger (10 January 2022), Palais de Tokyo to Return to Experimental Roots with New Leader Arxivləşdirilib 2023-11-06 at the Wayback Machine.
  12. "Arxivlənmiş surət". 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
  13. https://web.archive.org/web/20080304164151/http://www.palaisdetokyo.com/fo3/low/programme/index.php?page=..%2Fpavillon%2Fpavillon.htm
  14. [3] Arxiv surəti 5 avqust 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 5 avqust 2010 at the Wayback Machine