Tomas Kuk
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tomas Kuk | |
---|---|
Doğum tarixi | 22 noyabr 1808[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyul 1892[2][3] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | sahibkar |
thomascook.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Kuk (22 noyabr 1808[1][2][…], Derbişir[d] – 18 iyul 1892[2][3], Lester) — turizmin yaradıcısı, öz adı ilə tanınan daşımaçılıq şirkətinin qurucusu[4].
O, gələcəkdə turizmi və bununla bağlı digər anlayışları kəşf etmişdir. Bu kəşf təsadüfən baş vermişdir. Əslində T. Kukun belə bir niyyəti olmamışdı. O, keşiş idi. Yaşadığı dövrdə çox yayılan alkoqol və tütün aludəçiliyi ilə mübarizə aparmaq onun üçün çox əhəmiyyətli idi. Buna görə də bu tipli insanların diqqətini başqa bir yerə — səyahətə çəkmək qərarına gəlir.
Uşaqlıq illəri
[redaktə | mənbəni redaktə et]Tomas Kuk 1808-ci ildə İngiltərənin Melbrun şəhərində anadan olmuşdur. Onun atası Con Kuk ailəsini meyvə-tərəvəz satmaqla dolandırırdı. Conun qəfil ölümü ailəni çıxılmaz vəziyyətə sürükləyir. Ailənin hətta başdaşı düzəltdirməyə belə pulu çatmamışdı. Çətinliklər üzündə T. Kukun anası ikinci dəfə evlənməyə məcbur olmuşdur. İkinci əri olduqca mehriban insan idi. Belə ki, T. Kuk ögey atasının səyi nəticəsində monastır nəzdindəki məktəbdə təhsil alır.
Gənclik illəri
[redaktə | mənbəni redaktə et]T. Kuka babasının missionerlik fəaliyyəti çox böyük təsir göstərmişdi. O əvvəllər yerli baptist jurnalına çox sayda məqalələr göndərsə də, daha sonralar daha aktivfəaliyyətə başlayır. Onun əsas niyyəti qonşu kəndlərdə baptizm ideyalarını yaymaq idi. O bu uğurda səylə çalışır. 1829-cu ildə T. Kuk gündəliyində yazır ki, o, missionerlik üçün qət etdiyi 2692 millik yolun 2106 milini piyada qət etmişdir. Bir müddətdən sonra bir çox insan Tomasdan məsləhət almaq üçün onun yanına gəlirdi. Missionerlik fəaliyyətinin uğurlu olmasına sevinən Tomas bu fəaliyyətindən müəyyən məbləğdə qazanc əldə etdiyini fərqindəydi. Tomasın şəxsi hesablamalarına görə, o, həftədə 10 şillinq qazanırdı.
Alqolizmə qarşı müharibə
[redaktə | mənbəni redaktə et]Tomasn alkoqolu iblis əməli hesab edirdi. Buna görə də alkolizmə qarşı müharibə elan etdi. O dövrdə içki içənlərinin sayının çox olması təbii idi. Çünki XVIII əsrdə İngilis qanunvericiliyi xarici içki olan brendinin idxalını azaltmaq üçün xalqı evlərdə spirt çəkilməsi üçün həvəsləndirirdi. 1840-cı ildə Derbi şəhəri ilə Raqbi şəhərləri arasında dəmiryolu çəkildi. T. Kukun marşrutu da elə bu istiqamətdə idi. T. Kukun gündəliyində yazdığı kimi İngiltərə tarixində ilk kütləvi dəmiryolu ekskursiyasına rəhbərlik etmək ona qismət olmuşdu. Ekskursiyada 570 nəfər iştirak edirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Thomas Cook // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Thomas Cook // Roglo. 1997.
- ↑ https://web.archive.org - "Thomas Cook Şirketi' nin Tarihçesi ve Batışı". İstifadə tarixi: 13.09.2023