Tomislav Nikoliç
Tomislav Nikoliç | |
---|---|
serb. Томислав Николић | |
| |
31 may 2012 – 31 may 2017 | |
Əvvəlki | Boris Tadiç |
Sonrakı | Aleksandr Vuçiç |
Serbiya Baş Nazirinin müavini[d] | |
24 mart 1998 – 20 noyabr 1999 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
26 aprel 2004 – 4 iyun 2006 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
5 iyun 2006 – 26 iyun 2006 | |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
26 iyun 2006 – 25 iyun 2007 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
25 iyun 2007 – 1 oktyabr 2012 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1952[1][2][…] (72 yaş) |
Doğum yeri | Kragujevac, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 2 |
Dini | Serb Pravoslav Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tomislav Nikoliç (serb. Томислав Николић; 15 fevral 1952[1][2][…]) Serb siyasətçisidir. O, 2012-ci il may ayının 31-dən 2017-ci ilə qədər Serbiya prezidenti olmuşdur.
O, siyasətə Xalq Radikal Partiyasının vitse-prezidenti kimi daxil olmuşdur. O, 1998-1999-cu illər arasında Serbiya Baş nazirinin müavini vəzifəsində işləmişdir.
2004-cü il iyun ayının 13-də Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda o, 30,61 faiz səs əldə edərək qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş olan seçkilərin ikinci turunda isə Boris Tadiçə qarşı mübarizə aparmışdır. O, bu mərhələdə 46,03 səs əldə edə bilsə də, lakin rəqibi olan Boris Tadiç 53,97 səs yığaraq onu məğlubiyyətə düçar edə bilmişdir.
O, 2008-ci il yanvar ayının 20-də keçirilmiş olan Serbiya prezident seçkilərinin birinci turunda səslərin 39 faizini yığaraq qalib gəlmişdir. Seçkilərdə 50 faizdən çox səs yığan namizəd olmadığı üçün o, fevral ayının 3-də keçirilmiş olan seçkilərin ikinci turunda Serbiyanın o dövrdəki prezidenti Boris Tadiçlə yenidən yarışmışdır. Bu turda isə o, seçicilərin səslərinin 47%-ini yığa bilsə də, rəqibi Boris Tadiç isə 51%-lik səslə seçkilərdə qalib gəlmiş və yenidən prezident seçilmişdir.
2012-ci il may ayının 6-da Serbiyada keçirilmiş olan növbəti prezident seçkilərinin birinci turunda o, 25 faiz səs əldə edərək o dövrdəki Serbiya prezidenti Boris Tadiçdən sonra ikinci olmuşdur. O, 2012-ci il may ayının 20-də keçirilmiş olan prezident seçkilərinin ikinci turunda isə yenidən Boris Tadiçə qarşı mübarizə aparmışdır. O bu mərhələdə, 49,54 faiz səslə 47,31 faiz səs əldə edən rəqibi Boris Tadiçi məğlubiyyətə düçar edərək Serbiyanın IV prezidenti seçilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Tomislav Nikolić // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Tomislav Nikolic // Munzinger Personen (alm.).