Tsuşima döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tsuşima döyüşü
Rus-yapon müharibəsi
日本海海戦
Цуси́мское сраже́ние
Admiral Toqo Mikasa körpüsündə
Tarix 27-28 may 1905-ci il
Yeri Tsuşima boğazı
Nəticəsi Yaponiya qələbə qazandı
Münaqişə tərəfləri

Yaponiya Yaponiya İmperiyası

Rusiya Rusiya imperiyası

Komandan(lar)

Toqo Xeyxatiro

Zinovi Rojestvenski

Tərəflərin qüvvəsi

Ümumi: 89 gəmi
5 döyüş gəmisi
27 kreyser
21 destroyer
37 torpedo qayığı

Ümumi: 38 gəmi
8 döyüş gəmisi
3 sahil mühafizə gəmisi
6 kreyser
9 destroyer
12 başqa gəmi

İtkilər

117 ölü
583 yaralı
3 torpedo qayığı batır

4.380 ölü
5.917 əsir
21 gəmi batır
7 gəmi ələ keçirilir
6 gəmi tərksilah olunur

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsuşima döyüşü (yaponca: 対馬海戦, Tsuşima Kaysen; rusca: Цусимское сражение, Tsusimskoye srajeniye) — 1905-ci il mayın 14–15-də (Çar Rusiyasında o dövrdə istifadə olunan Yuli təqviminə əsasən 27–28 may) rus-yapon müharibəsi zamanı Tsuşima adası yaxınlığında olmuş dəniz vuruşması. Yaponiyada Yapon dənizi döyüşü (yaponca: 日本海海戦, Nihonkay Kaysen) adı ilə də tanınır. Döyüşdə admiral Toqo Xeyxatironun rəhbərliyi altında olan Yaponiya İmperiya donanması admiral Zinovi Rojestvenskinin rəhbərliyi altındakı Rusiya İmperator donanması Sakit okean Flotiliyasının 2/3 hissəsini məhv etmişdir. Rus donanması Baltik dənizindəki bazalarından yola çıxaraq 18 min dəniz mili (33 min km) məsafə qət edərək bölgəyə gəlib çatmışdır.

Rus-Yapon müharibəsindən əvvəl döyüş gəmiləri həm yaxın məsafədə, həm də uzaq məsafədə döyüşmək üçün ümumilikdə 152, 203, 254 və 305 mm-lik toplarla təchiz edilərkən bu müharibədə sadəcə uzun mənzilli toplara sahib gəmilərin daha üstün olduğu görülmüşdür.

İki tərəfin donanmaları

[redaktə | mənbəni redaktə et]

Yapon donanması Rus-yapon müharibəsinin başlanğıcından etibarən topçuluq sahəsində özünü inkişaf etdirmişdir. Yapon donanması Rusiya donanması ilə müqayisədə daha üstün toplara sahib idi. Yaponlar həmçinin top mərmilərində alışma gücü yüksək olan partlayıcılardan istifadə edərək düşmən gəmilərinin göyərtə hissələrinin zədələnməsini təmin edirdi. Buna qarşı olaraq ruslar daha çox zireh dəlmə qabiliyyəti olan top mərmilərindən istifadə edirdi, lakin rusların toplarında yaranan problemlər bəzən mərmilərin partlamamasına səbəb olurdu. Yaponiya donanması gəmilərinin yüksək texnologiyaya sahib olması da onların döyüş zamanı üstünlük əldə etməsinə şərait yaradırdı.

Rus donanması 18 min dəniz mili məsafə qət etdiyinə görə heç də döyüşə hazır vəziyyətdə deyildi. 4 ədəd Borodino sinfi döyüş gəmisi istisna olmaqla digər bütün gəmilər köhnə və problemli idi. Yapon gəmilərinin sürəti 16 knot (30 km/saat) səviyyəsində olduğu halda, rus gəmilərinin sürəti yalnız 9 knot (17 km/saat) təşkil edirdi. Admiral Toqo rəhbərliyi altında olan gəmilərinin yüksək sürət və manevr qabiliyyəti sayəsində düşmənə qarşı T manevri taktikasından istifadə etmişdir.[1]

  1. T manevri döyüş gəmilərinin bütün toplarını düşmənə qarşı istifadə edərkən, düşmənin yalnız ön xətdə yerləşən gəmilərinin top atəşinə məruz qalır. Müasir döyüş gəmilərində raket sistemlərinin istifadə olunması nəticəsində gündəmdən düşmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147–148.