Ubangi (çay)
Naviqasiyaya keç
Axtarışa keç
Ubangi | |
---|---|
Ölkə | |
Mənsəbi | Konqo |
Uzunluğu |
|
Su sərfi | 5.936 m³/s |
Hövzəsinin sahəsi | 772.800 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Ubangi (Obangui) — Mərkəzi Afrikada çay. Konqo (Zair) çayının ən böyük sağ qolu. Konqo Respublikasının, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası sərhədi ilə axır. Uele və Mbomu çaylarının birləşməsindən əmələ gəlir. Ubangi çayının uzunluğu Uele çayının mənbəyindən 2300 kilometrdir. Hövzəsinin sahəsi 772,8 min kvadrat kilometrdir. Bangi şəhərindən yuxarı astanalıdır. Mənsəbindən Bangi şəhərinədək 650 kilometr uzunluğunda gəmiçiliyə yararlıdır.