Vatslav Havel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vatslav Havel
çex. Václav Havel
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1936(1936-10-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 dekabr 2011(2011-12-18)[3][2][…] (75 yaşında)
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Təhsili
  • Ştepanska Akademik Gimnaziyası[d] (–1955)[4]
Fəaliyyəti yazıçı, dramaturq, siyasətçi, rejissor, şair, kinorejissor, insan hüquqları fəalı, dissident, esseist, filosof, publisist
Uşağı yoxdur
Dini Lapsed katolik[d]
Elmi fəaliyyəti
Elm sahəsi teatr[6], dram[6], publisistika[6], siyasət[6][6]

Təltifləri Müqəddəs Georgi adına "Qələbə" ordeni Collar of the Order of the White Lion "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin Böyük xaçı Grand Collar of the Order of the Southern Cross "Kanada" ordeninin üzvü "Payızgülü" ordeni Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Collar of the Order of the Cross of Terra Mariana Order of the Three Stars, 1st Class 3-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni Tomaş Qarriq Masarik ordeninin Böyük xaçı 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni Order of Freedom of the Republic of Slovenia Grand Cross with Chain of the Order of Merit of the Republic of Hungary (civil) Katolik İzabella ordeni sepi Prezidentin "Azadlıq" medalı "Ağ qartal" ordeni Grand Cross of the Order of Vytautas the Great "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Austrian Decoration for Science and Art "Dövlət nişanı" ordeni Grand Collar of the Order of Liberty Order of the Liberator General San Martín Order of al-Hussein bin Ali Order of the Star of Jordan "Brilyant ulduz" ordeni
Charlemagne Prize
Grand Cross of the Order of the Bath Riu Branku ordeni Order of the Oriental Republic of Uruguay
kommunikasiya və humanitar elmlər üzrə Asturiya şahzadəsinin mükafatı
Philadelphia Liberty Medal Philadelphia Liberty Medal Lagun Onari Order Ecce Homo
Asturiya şahzadəsinin mükafatı
İmzanın şəkli
vaclavhavel.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Václav Havel (çex. Václav Havel; 5 oktyabr 1936 – 18 dekabr 2011) — çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz[7] və sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti (1993–2003). Çexoslovakiyada "Vətəndaş Forumu" (çex. Občanské fórum) ictimai-siyasi təşkilatının yaradıcılarından biri. Avropa Tolerantlıq və Barışıq Şurasının üzvü. Havel dramaturq kimi ilk dəfə Praqa teatrlarında şöhrət qazandı. O, əsərlərində kommunizmi tənqid etmək üçün (The Garden Party, The Momerandum) absurdist teatr janrından da istifadə edirdi. Praqa Baharı və Çexoslovakiyanın işğalındakı fəaliyyətinə görə qara siyahıya düşən Havel bundan sonra siyasi sferada daha aktiv fəaliyyətə başladı. O, bir çox dissidentlərin (Çarter 77, Ədalətsiz Mühakimələrin Müdafiəsi Komitəsi (Committee for the Defense of the Unjustly Prosecuted))təşəbbüskarı kimi də tanınmaqdadır. Siyasi fəaliyyəti onun polis nəzarəti altında olması və 1979–1983-cü illər həbsxana həyatı yaşamasına səbəb oldu. Havelin "Vətəndaş Forumu" partiyası 1989-cu ildə Çexoslovakiyada kommunizmin süqutuna səbəb olan "Məxmər İnqilabında" əhəmiyyətli rol oynamışdı. Bundan sonra ölkədə rəhbərliyə keçən Havel 1993-cü il Slovakiya müstəqillik əldə etdikdən sonra rəsmi olaraq prezident vəzifəsini icra etməyə başladı. Havel Varşava Paktının ləğv edilməsində və NATO-nun şərqə doğru genişləndirilməsində çox aktiv fəaliyyət göstərmişdi. Onun bir sıra siyasi fəaliyyərləri misal üçün, Slovakiyanın müstəqilliyinə qarşı olması, II Dünya müharibəsindən sonra Çexoslavakiya Sudet almanları müqaviləsinin mühakiməsi və kommunizm ideyalarına görə həbs olunanlarının kütləvi amnistiyası ölkə daxilində böyük çaşqınlıqla və qarşıdurma ilə qarşılanmışdı. Havel daha çox ölkə xaricində məşhurluq qazandı.

V. Havel 5 oktyabr 1936-cı ildə Praqada, 1920–40-cı illərdə Çexoslovakiyanın mədəni və siyasi həyatında mühüm rol oynayan zəngin və ziyalı ailənin övladı olaraq dünyaya gəlmişdi. Atası Václav Maria Havel Praqanın ən yüksək nöqtəsində yerləşən Barrandov Terrasının və Barrandov film studiyalarının sahibi idi. Havelin anası, Božena Vavrečková da nüfuzlu ailədən gəlirdi: atası Çexoslavakiyanın tanınmış nazirlərindən və jurnalistlərindən idi. 1950-ci illərin əvvəllərində gənc Havel kimya laboratoriyasında təcrübə keçməklə bərabər gecə növbəsiində məktəbə də gedirdi. O, orta məktəbi 1954-cü ildə bitirir. Siyasi məsələlərə görə o, humanitar ixtisas üzrə ali təhsil ala bilmədiyindən, əvəzində Praqada Çex Texniki Universitetində iqtisadiyyat fakültəsində təhsilini davam etdirir, lakin 2 il sonra oradan qovulur. Havel, 1964-cü ildə Olga Šplíchalová ilə evlənir.

  1. 1 2 http://www.vaclavhavel-library.org/.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. http://www.bbc.co.uk/news/world-europe-16236393.
  4. 1 2 http://www.vaclavhavel-library.org/cs/vaclav-havel/zivotopis/1936-1959.
  5. The Fine Art Archive. 2003.
  6. 1 2 3 4 5 Havel, Václav // Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. "Havel Assumes Czechoslovak Presidency". Los Angeled Times. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]