Veksillologiya
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır.
Bayraqların identifikasiya simvolları
[redaktə | mənbəni redaktə et]Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir.
Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür.
İstifadəsi | Şəxsi | Hökumət | Hərbi |
---|---|---|---|
Quruda | Mülki (milli) | Dövlət (hökumət) | Ordu |
Suda | Mülki (dəniz) | Dövlət (dəniz) | HDQ |
Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib:
Simvol | Mətn ifadəsi | Təsviri ing. | İstifadə sahəsi |
---|---|---|---|
C**/*** | Civil Flag | Vətəndaşlar tərəfindən quruda | |
*S*/*** | State Flag | Dövlət müəssisələri tərəfindən quruda | |
**W/*** | War Flag | Quru qoşunları tərəfindən | |
***/C** | Civil Ensign | Vətəndaşlar tərəfindən şəxsi gəmilərdə. Ticarət bayrağı. | |
***/*S* | State Ensign | Dövlət gəmilərində | |
***/**W | War Ensign | Hərbi Dəniz Qüvvələri bayrağı | |
CS*/*** | Civil and State Flag | Vətəndaşlar və dövlət müəssisələri tərəfindən quruda | |
*SW/*** | State and War Flag | Dövlət müəssisələri və quru qoşunları tərəfindən quruda | |
CSW/*** | National Flag | Bütün məqsədlər üçün quruda | |
***/CSW | National Ensign | Bütün məqsədlər üçün suda | |
CSW/CSW | National Flag and Ensign | Bütün məqsədlər üçün quruda və suda |
Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.:
- Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi
- Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib
- Bayrağın təsvirlər əsasında bərpası
- Bayrağın arxa tərəfi
- Qeyri-əsas, amma istifadə edilən şəkil
- Bayrağın alternativ versiyası
- Bayrağın de-fakto versiyası
- İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var
- Bayrağın ağacından sola bayrağın ön tərəfi
- Rəsmi təsdiq edilmiş bayraq
- Tarixən istifadə edilən bayraq
- Arxa tərəfi — ön tərəfinin güzgü əksi
- Arxa tərəfi ön tərəfi ilə eynidir
- Arxa tərəfindəki təsvir məlum deyil
- Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın.
- Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
- Şaquli asılma tərzi məlum deyil
- Bayraq simmetrikdir və onu sərbəst şəkildə şaquli asmaq olar
- Bayraq yalnız şaquli asıla bilər