Vikipediya:Bilirsinizmi bölməsi/iyun, 2014-cü il
Naviqasiyaya keç
Axtarışa keç
26 - 1 iyun 2014-cü il
[mənbəni redaktə et]- Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var.
- Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur
- Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər.
- Türkiyə türkləri saza "bağlama", farslar - "çoğur", ləzgilər "çunğur", yunanlar isə "buzuki" deyirlər.
- 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib
- 2011-ci ildə ABŞ-da video oyunlar incəsənətin ayrıca bir növü kimi qəbul edlib.
- II Nikolayın Rusiya İmperiyasının çarı fəzifəsinə hazırlığı 1885-1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademikləri tərəfindən həyata keçirilir. Nikolayın hərtərəfli təlim-təhsil prosesi ümumilikdə 13 il davam edir. Təhsilin ilk səkkiz ilində siyasi tarix, rus ədəbiyyatı, eləcə də ingilis, alman və fransız dillərinə xüsusi diqqət ayrılır.
2 - 8 iyun 2014-cü il
[mənbəni redaktə et]- Himn tarixən nəyisə və ya kimisə (ilkin olaraq ilahları) vəsf edən təntənəli nəğmə kimi yaranıb.
- Fərdi kompyuter yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görünüşü və strukturu dəyişməmişdir.
- Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır.
- Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı. Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
- Dağlar Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir.
- Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir.
- SSRİ-də 1, 2, 3 və 5 qəpiklər müvafiq olaraq 1, 2, 3 və 5 qram çəkisində idilər.
9 - 15 iyun 2014-cü il
[mənbəni redaktə et]- İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
- SSRİ-də 1, 2, 3 və 5 qəpikliklər müvafiq olaraq 1, 2, 3 və 5 qram çəkisində idilər.
- Bir ağızda Yer kürəsində insanların sayı qədər bakteriyalar var.
- Van gölü dünyanın ən böyük soda gölü sayılır.
- İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri azərbaycanlı Şövkət Səlimova olmuşdur.
- İnsanlar hər gün 9 milyondan çox çörək bişirir və yeyirlər. Bu 90 milyon buterbrod etmək üçün kifayətdir.
- Azərbaycandan uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşən şəxs Şirəli Müslümovdur.
16 - 22 iyun 2014-cü il
[mənbəni redaktə et]- "Titanik" filminin çəkilişi gəminin (şəkildə) özündən baha başa gəlib.
- Ən böyük ada olan Qrenlandiya ərazicə ən kiçik qitə olan Avstraliyadan cəmi üç dəfə kiçikdir.
- Orta Asiyada yaşayan dunqanlar ticarətlə məşğul olsalar belə alıcıları aldatmamaları və yalan danışmamaları kimi xasiyyətləri ilə tanınırlar.
- 1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır.
- Meksikada sirklərdə heyvanlardan istifadə qadağan edilmişdir.
- Dünyadakı canlıların 70 faizi bakteriyalardır.
- Ən çox susuz qala bilən heyvan siçovuldur.
- İnsanda burun və qulaq bütün ömrü boyu inkişaf edir.
23 - 29 iyun 2014-cü il
[mənbəni redaktə et]- Çukot dilində kişi və qadınların danışığı üçün fərqli sözlər mövcuddur.
- Təyyarədə uçarkən saçlarınız həmişəkindən iki dəfə sürətlə böyüyür.
- Coca-Colanı rəngləməsələr, yaşıl rəngdə olar.
- Ağ qızılgül (şəkildə) digər rəngli qızılgüllərə nisbətən daha çox ətirlidir.
- İngilis dili əsasən qısa sözlərdən ibarətdir. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib.
- Böyük Britaniyada uşaqların 20 faizi köklükdən əziyyət çəkir.
30 iyun - 6 iyul 2014-cü il
[mənbəni redaktə et]- Azərbaycan riyaziyyatçısı Qasım Mustafayev (şəkildə)Xankəndi Pedaqoji İnstitutunda riyazi analizdən üç dildə (azərbaycan dili, rus dili və erməni dili) mühazirələr oxuyurdu.
- Kiribati dilinin əlifbasında 13 hərf vardır.
- Rusiyanın Slyudyanka dəmiryol vağzalının binası yerli ağ mərmər daşlardan tikilmişdir.
- Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) Tağı Şahbazi Simurq (1926-1929-cu illərdə) olmuşdur.
- İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.
- Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.
- Diş insan orqanizminin ən bərk hissəsidir.