Vikipediya:Bilirsinizmi bölməsi/yanvar, 2012-ci il
Naviqasiyaya keç
Axtarışa keç
29 dekabr 2011 - 1 yanvar 2012-ci il
[mənbəni redaktə et]- 6 milyon insanın ölümü ilə nəticələnən Holokost soyqırımının əsas təşkilatçılarından olan Adolf Hitler, ölümündən bir gün əvvəl yəhudi Eva Braun ilə evlənmişdir.
- Almaniya bayrağında rənglərin qara, qırmızı və sarı rənglərdə sıralanması 1813-cü ildə Napoleona qarşı müharibədə gənclərdən təşkil olunmuş Freikorps (azad korpus) birliyi adı ilə bağlıdır. Maddi imkansızlıq səbəbindən Freikorps birliyinin əsgləri qara rəngdə uniforma geyinirdilər. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bugün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb olmuşdur.
- Ali təhsildə Boloniya prosesinin üç əsas məqsədi vardır: çeviklik, beynəlxalq rəqabətə davamlılıq və məşğulluq imkanının artırılması.
- I Paralimpiya oyunları 1960-cı ildə Romada, XVII Yay Olimpiya oyunlarından sonra keçirilmişdir.
- ABŞ-ın ilk katolik prezidenti Con Ficerald Kennedi olmuşdur.
2 yanvar - 4 yanvar 2012-ci il
[mənbəni redaktə et]- 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
- 1941 - 1945-ci il İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən 600 min Azərbaycanlı döyüşlərdə iştirak etmiş və 300 mini qeri qayıtmamışdır.
- Ukraynanın Prezdenti olmuş Viktor Yuşşenkonun bir sərəncamında ( № 161/2009) belə yazılmışdı: "«Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə» 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin".
- Şizofreniya məqaləsi vikipediyanın 5 dil səhifəsində "seçilmiş", 5 dil səhifəsində isə "yaxşı məqalə" statusunu qazanıb.
- Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metodunu və prinsipini öyrənməkdən başlayır.
- Həftənin astronomik əsası yoxdur. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində isə həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
5 yanvar - 8 yanvar 2012-ci il
[mənbəni redaktə et]- Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Vilhelm Eyndhoven quraşdırıb. Buna görə ona 1924-cü ildə tibb üzrə Nobel mükafatı verildi.
- İnsanların daimi yaşamadığı Antarktidanın beynəlxalq telefon kodu da var. Kod belədir :672.
- Bütün ordularda hərbi salam ancaq sağ əllə verilir.
- Maykl Ceksonun Thriller albomu dünya musiqi tarixində ən çox satılan albomdur.
- Çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar.
- Time (jurnal)ının 1927-ci ildə elan etdiyi İlin adamı pilot Çarlz Lindberq indiyə qədər ən gənc laureatdır. Jurnalın laureatları içərisində 12 nəfər ABŞ prezidenti olub. 11 nəfər iki dəfə , bir nəfər isə - Franklin Ruzvelt isə üç dəfə "İlin adamı" elan ediliblər. Həmçinin dörd dəfə laureatlar abstrakr anlayış olub (kompüter istifadəçisi, kompüter, təhlükədə olan Yer, etirazçı).
9 yanvar - 11 yanvar 2012-ci il
[mənbəni redaktə et]- Yer kürəsində ulduz sutkasının - öz oxu ətrafında fırlanma müddəti 2000-ci ilə 23 saat 56 dəqiqə 4,090530833 saniyəyə bərabər olmuşdur.
- San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir..
- Maykl Cekson və Canet Ceksonun Scream (Scream/Childhood) mahnısına çəkilmiş klip, dünyanın ən bahalı musiqi klipi kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
- Dünyada adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 1-ci yerdə Qətər, (86 min 670 ABŞ dolları), axırıncı 178-ci yerdə Konqo Demokratik Respublikasıdır, (340 ABŞ dolları ).
- Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Satış qiyməti 3995 dollar idi. "Motorolla" şirkəti layihəyənin işlənməsinə 100 milyon dollar və 15 il vaxt sərf etmişdi.
12 yanvar - 15 yanvar 2012-ci il
[mənbəni redaktə et]- İngiltərədə uzun müddət kofe içmək sırf kişi məşğuliyyəti sayılırdı. 1674-cü ildə qadınlar kişilərin kofe klublarında çox vaxt keçirmələrinə etiraz olaraq "Kofe əleyhinə qadın petisiyası" hazırlayırlar.
- Avrasiya materikinə adı 1883-cü ildə ildə geoloq Eduard Züss vermişdir.
- Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb , mənası «bataqlıqda məskən» deməkdir.
- Cüdo, Aykido, Ciu-citsu və Karate kimi idman növləri Yaponiyada yaransa da, yalnız Sumo güləşi Yaponiyanın milli idman növü hesab olunur.
- Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə); Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
- Azərbaycanın 19 inzbati rayonunda adında "xan" sözü olan 26 yaşayış məskəni vardır (Xanabad, Xanbulaq, Xankeçən, Xanagah və s.). Hətta Xankəndi şəhəri inzibati ərazisində Xanadzax və Xansk adlı yaşayış məskənləri vardır.
16 yanvar - 18 yanvar 2012-ci il
[mənbəni redaktə et]- 19 mart - Beynəlxalq Atalar Günüdür.
- Kriptonim — gizlədilən ad, eponim, (yun. ἐπώνῠμος — «ad verən») — şərəfinə coğrafi obyekt adlandırılan ilahi qüvvə, real və ya əfsanəvi şəxs, onomatet (yun. ονοματοθετες — «adlandıran») — ad götürmüş ilahi qüvvə, real və ya əfsanəvi şəxs, etnomim — xalq, millət adı, teonimlər — allahlar adıdır.
- Kompyuterin tarixi 1642-ci illə hesablanır. Həmin dövrdə ilk dəfə Blez Paskal cəmləyici maşın quraşdırmışdır.
- Dünyada apelsin yetişdirilməsi axırıncı 45 ildə dörd dəfə artmışdır (1965-cildə 18, 724 milyon tonn, 2010-ci ildə 69, 508 milyon ton).
19 yanvar - 22 yanvar 2012-ci il
[mənbəni redaktə et]- Bakıdakı məşhur Qız Qalası abidəsinin inşa tarixinin indiyə qədər düzgün müəyyənləşdirmək mümkün olmayıb. Adının bir versiyası heç zaman düşmən tərəfindən alınmadığına görə verildiyi güman edilir. 1964-cü ildən muzey kimi istifadə edilir.
- Dünyada əsasən üç təqvim işlədilir :qriqorian təqvimi, hicri təqvimi və yəhudi təqvimi.
- Türkdilli xalqların bir hissəsi qeyri-islam dinlərinə sitayiş edirlər: yakutlar (şaman və xristian), çuvaşlar və qaqauzlar (xristian), karaimlər və krımçaklar (yəhudi dini).
- Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) - „bölünə bilməyən materiya") materiyanın kimyəvi bölünə bilməyən ən kiçik zərrəciyidir.
- Dünyanın bir çox ölkələrində "ağac əkilmə günü" bayramı qeyd edilir.
23 yanvar - 25 yanvar 2012-ci il
[mənbəni redaktə et]-ci il
- Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin.
- Xristianlıq tarixində 265 Roma Papası olub. Hazırkı Roma Papası XVI Benediktdir.
- Antarktida haqqında konvensiyaya görə Antarktida materiki heç bir dövlətin deyil və ora ərazi iddiası irəli sürülə bilməz. Buna baxmayaraq Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Çili və Argentina materikin ayrı-ayrı hissələrinə torpaq iddiası irəli sürüblər.
- Velosiped (köhnə fr. vélocipède sözündən yaranıb (lat. vēlōx «tez» və lat. pēs «ayaq») deməkdir.
- Linqvistikaya görə insan dilləri təbii insan dillərinə, süni insan dillərinə, (məsələn esperanto) və karlar üçün jest dilinə bölünür.
26 yanvar - 29 yanvar 2012-ci il
[mənbəni redaktə et]- İnsan ətraf mühüt haqqında informasiyanın 90 % -ni göz vasitəsi ilə alır.
- Qədim Yunanıstanda əsas 4 elementin mövcudluğuna inam var idi: hava, od, yer, su.
- Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz növləri quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzuhluğu 2 m, çəkisi 900 kqг. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
- İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxansındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lovhələr olub.
- Dis canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsidir. Heyvanlarda həmçinin müdafiə və hücum silahıdır. İnsanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir.
30 yanvar - 1 fevral 2012-ci il
[mənbəni redaktə et]- Barıtın ilk dəfə Çində hazırlanması fərz olunur. Ola bilsin ki, onu IX əsrdə ölümsüzlük eliksiri axtaran əlkimyaçılar əldə etmişlər. Barıtın əldə edilməsi feyerverklərin və ilk odlu silahların yaranmasına imkan verdi.
- Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb. Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda sarnişinlərin toplaşması sonradan yerin vağzal adlanmasına səbəb olub.
- Polyak musiqiçi Frederik Şopen Parisin Per-Laşez qəbiristanlığında dəfn olunsada, ürəyi Varşavada dəfn olunmuşdur.
- 10 aprel 2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğramış təyyarədə, aralarında Polşa prezidenti Lex Kaçinski və xanımında olduğu 23 nəfər yüksək rütbəli dövlət xadimi həlak olmuşdur.
- Hazırda Azərbaycanda 9 minə yaxın kitabxana mövcuddur.