Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2016
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Madaqaskar 3: Avropanın ən çox axtarılanları — 6 iyun 2012-ci ildə DreamWorks Animation SKG tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmi. Filmin rejissorları Erin Dannell və Konrad Bernondur. "DreamWorks" şirkətinin rəhbəri Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlanıb. Filmin rejissoru Tom Makqrat deyir ki, cizgi filminin baş qəhrəmanlarını mütləq Nyu-York mərkəzi zooparkına geri qaytaracaq. Cizgi filmi 3D formatında çəkilib.
Animasiya filminin mövzusu əvvəlki franşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Nyu-York mərkəzi zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar. Baş qəhrəmanlar uzun müddət davam edən əhvalatlarla qarşılaşdıqdan sonra artıq sirki doğma evləri kimi görür və zooparka geri qayıtmaq istəmirlər. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Əbüləsvar Şavur — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarı. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktdə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası ilə birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zirvə nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izn verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o öləndən sonra sülalənin hakimiyyəti zəiflədi.
Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (ö.1702) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövr tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Madriddə 3 may 1808 — ispan rəssam Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda bu əsər Madriddə yerləşən Prado muzeyində sərgilənməkdədir. Qoyya bu işini 1808-ci ildə Fransanın İspaniyanı işğal etdiyi zaman fransızlara müqavimət göstərməyə çalışan ispanlara həsr etmişdir. Bu müqavimət həm də Yarımada müharibəsinin xəbərçisi idi. İspan rəssamın həmin dövrdəki eyni ölçülü bənzər işi "Madriddə 2 may 1808" (Məmlüklərin hücumu) də bu rəsm əsəri kimi İspaniyanın müvəqqəti höküməti tərəfindən sifariş edilmişdir.
Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğu haqqında cığır açan və ilk nümunə olaraq olaraq dəyərləndirilən simvol halına gətirmişdir. Yaradıldığı dövrün məşhur incəsənətinin bütün imkanlarında yararlanan "Madriddə 3 may 1808" böyük şöhrət qazanmışdır. Xristian incəsənətinin və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və müasir sahədə ilk nümunələrdən biri olmuşdur. İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri tərz, mövzu, niyyət olaraq sözün əsil mənasında inqilab yaradan ilk rəsm əsəri idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Gürcü yazıları — gürcü dilində yazmaq üçün istifadə olunan üç yazı sistemidir: Asomtavruli, Nusxuri və Mxedruli. Hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.
Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərdfən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan filləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf və də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. |
bax – müzakirə et – redaktə et – tarixçə