Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2021 İyul

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Vaqif Qurbanov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Vaqif Qurbanov Azərbaycan meliorasiya və su tikintisinin ən tanınmış, nüfuzlu simalarından, korifey rəhbərlərindəndir. Onun son 40 ildə respublikamızın inkişafındakı misilsiz xidmətləri Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən "Tərəqqi" medalı ilə mükafatlandırılmış, həmçinin Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür. O, bu gün də respublikanın tikinti quruculuq sahəsində fəaliyyətini davam etdirir. Səhifə 2016-cı ildə yaradılıb. Vikipediyada o qədər silinməli yazılar var ki, onları silmək lazımdır. Ümumiyyətlə tikinti işçilərinə, inşaat mühəndislərinə Vikipediyanın bu münasibəti başa düşülən deyil. düşünürəm ki, Vaqif Qurbanov səhisəini silinməyə namizəd məqalələr siyahısından çıxarmaq lazımdır.✔ Qalsın: Taqanroq (müzakirə) 08:43, 10 mart 2021 (UTC)

Taqanroq, hansı məqalələrdən bəhs edirsiniz? Eyni bəhanəni demək olar ki hər məqaləsi silinəndən eşitmişəm amma heç biri göstərməyib ki bax bu məqalə. Deyəsən heç kim düzgün arqument gətirə bilmir, bəhanə olaraq bunu ortaya atır. Tikinti işçisinin harası ensiklopedikdir? İnşaat mühəndisi də həmçinin. VP:ŞEƏ qaydasına əməl etmirsə təbii ki silinəcək. Bu məqaləyə isə X Silinsin: deyirəm. Çünkü doğru düzgün arqumet göstərmək yerinə tərif dolu cümlələr yazmısınız. — NMW03 (müzakirə) 19:32, 10 mart 2021 (UTC)
  • Şərh Şərh: şəxs bəlkə də ensiklopedikdir. Amma məqalə başdan ayağa tərif və "bəy tərifi" təəssüratı yaradır insanda. Reklam xarakterli məqsədilə yaradılan məqalə xarakteri təsiri yaradır. — İrövşən (müzakirə) 19:57, 10 mart 2021 (UTC)
  • Şərh Şərh: Hörmətli NMW03 (müzakirə) və İrövşən (müzakirə). Bu şəxs doğurdan da ensiklopedikdir. Tanınmış simadır. Respublikamızın inkişafında xidmətləri var. Əməyi dövlət tərəfindən qiymətləndirilib. Və bu gün də çalışır, yaradır. Sual edirəm: Tanınmış, şöhrətli mühəndis ensiklopedik şəxs deyilsə, bəs onda ensiklopedik şəxs tanınmayan futbolçulardır, jurnalistlərdir? O ki, qaldı məqalənin başdan başa tərif üslubunda hazırlanmasına bu fikrinizlə razıyam. Məqaləni yenidən redaktə edib hazırlayaram. Diqqətiniz üçün sonsuz təşəkkürlər. Sağ olun. Taqanroq (müzakirə)
  • X Silinsin: Təkcə tərtibatla əlaqəli xırda problemlər olsaydı, müzakirəyə çıxarmadan da yoluna qoymaq olardı. Ancaq məqalənin quruluşunda əhəmiyyətli dərəcədə problemli məqamlar var. Məsələn, kifayət qədər irihəcmli məqalədə cəmi 3 istinad göstərilib. Bundan əlavə, hələ də ensiklopediklik istiqamətində konkret arqumentlərdənsə, ümumi xarakterli mülahizələr irəli sürülür. — Burocan (müzakirə) 18:17, 11 mart 2021 (UTC)
  • Şərh Şərh: Hörmətli İsitfadəçi Burocan (müzakirə), məqalə yenidən redaktə olundu. Silinsin yazmaq çox asandır. Bununla Siz Ölkə prezidentinin sərəncamlarına, verdiyi təltiflərə, fəxri adlara kölgə salırsınız. Sizin işiniz təkcə silmək deyil, həm də məqalənin çatışmayan tərəflərini izah edib, düzəldilməsinə dəstək verməkdir. Sağ olun! Taqanroq (müzakirə)
Siz artıq məsələləri siyasi məcraya çəkməyə çalışırsınız. Mən heç kəsin nə mükafatına, nə də fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. Vikipediya platformasının qəti və açıq tələbləri var (VP:ŞEƏ). Bu mövzunu isə özüm üçün yekunlaşdırıram. Sizə fəaliyyətinizdə uğurlar. — Burocan (müzakirə) 19:34, 11 mart 2021 (UTC)
  • Şərh Şərh: Salam, hörmətli NMW03 (müzakirə). Vikipediyada yüzlərlə tikinti işçisi haqqında yazılar var. Məsələn Hidayət Rüstəmov (yol mühəndisi), Vaqif Məmmədov (inşaatçı-mühəndis), Saleh Məmmədov (İnşaatçı-mühəndis) və sair. Siz nümunə istədiniz, ona görə yazdım. Bu siyahini artıra da bilərəm. Təşəkkürlər! Taqanroq (müzakirə)
  • X Silinsin:Azerifactory (müzakirə) 22:47, 27 may 2021 (UTC)

Yekunlaşdırma: məqalədə neytrallıq ciddi şəkildə pozulduğu üçün silindi. Toghrul R (m) 06:27, 6 iyul 2021 (UTC)

Məmməd İlqar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: Burda səsvermə getmir. Heç kim düzgün arqument gətirə bilməyib ki bax buna görə silinməməlidir. Məqalədə mənbə yoxdur. VP:YARADICIMÜTƏXƏSSİS kriteriyasına uyğun gəlmir — NMW03 (müzakirə) 04:03, 29 iyun 2021 (UTC)

Yekunlaşdırma: məqalənin mən təqdim etsəm də, Vikipediyanın əsas şərtlərini — neytrallıq və etibarlı mənbələr prinsiplərini ödəmədiyi üçün silinməsinə qərar verildi. Toghrul R (m) 06:24, 6 iyul 2021 (UTC)

Cavad Rəcəbov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  •  Sürətli silinsin: - Qeyri-ensiklopedik məqalə.Mənbə yoxdur.Orfoqrafik səhflər çoxdur.Daha çox şəxs tərifnaməsinə bənzəyir.Dəyərli fikirlərinizi öyrənmək üçün SNS-ə təqdim edirəm. Qadir 13 (müzakirə) 1:25, 11 may 2021 (UTC)
  • ✔ Qalsın: tanınmış müğənnidi. Orfoqrafik səhf varsa deməli biz düzəltməliyik. Silmək lazımdı bəyəm onda. İndi silib öləndə də təzədən yazaq? — Araz Yaquboglu (müzakirə) 06:40, 12 may 2021 (UTC)
  • Şərh Şərh: – Hörmətli Araz Yaquboglu bəy orfoqrafik səhfləri duzəldə bilərik.Sadəcə olaraq tərcümeyi-hal ümumilikdə tərifnamə kimi yazılıb.Ümumən dəyişilməlidi .Qadir 13 (müzakirə) 11:59, 12 may 2021 (UTC)
  • ✔ Qalsın: məşhur ifaçıdır. silmək ən sadə çıxış yoludur. silməyə namizəd göstərilənə qədər, zəhmət olmasa düzəlişlər edin. Xeyal Azerbeyli (müzakirə) 21:08, 15 may 2021 (UTC)
  • ✔ Qalsın: məqalənin mətni silinə yaxud yenidən daha ensiklopedik qaydalara uyğun yazıla bilər, amma silinməsi qətiyyən düzgün deyil. Cavad Rəcəbov Sovet vaxtı Dan ulduzu kimi instrumental-ansamblla çıxış edən müğənnilərdən biridir, hansı ki, o zaman efirdə bəstəkar mahnısı oxumaq nə hər adamın işi idi, nə də gücü. Onun qızıl fondda 100-dən çox lent yazıları var. Məqalənin mətni şəxsi ensiklopedik edir, lakin tərəfli yazıdı. Onu qaydalar çərçivəsində daha gözəl tərtib etmək olar. Qadir 13 hansı əsasla məqaləni qeyri-ensiklopedik kimi qələmə verirsiz? —Maqamedd (müzakirə) 18:56, 17 may 2021 (UTC)
  • Şərh Şərh: - Hörmətli Maqamedd şəxsin məqaləsi tərifnamə kimi yazılıb.Ümumən dəyişilməlidi.Bu halda ensiklopedik deyil .Qadir 13 (müzakirə) 1:35, 18 may 2021 (UTC)
  •  Sürətli qalsın: neytrallıq ayrı, ensiklopediklik ayrı. — Dr.Wiki54 (müzakirə) 15:25, 26 may 2021 (UTC)
  • ✔ Qalsın:--Wikipediya M (müzakirə) 15:49, 2 iyun 2021 (UTC)
  • ✔ Qalsın:eldarado 11:36, 17 iyun 2021 (UTC)

❌N Saxlanılmasına qərar verildi.— NMW03 (müzakirə) 06:50, 3 iyul 2021 (UTC)

Elmira Səfərova (bioloq)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 07:06, 7 iyul 2021 (UTC)

Mərkəzi Nəbatat Bağının fəlsəfə doktorları

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Zemfira İslamova
Asif Mehraliyev
Nilufər Hüseynova
Yusif Zeynalov
Asəf İsgəndərov (botanik)
Eldar Əliyev (botanik)
Sadıq Qarayev

Yekunlaşdırma: Məqalələrin silinməsinə qərar verildi. Toghrul R (m) 07:06, 7 iyul 2021 (UTC)

Səringül və Təyyarə bacıları

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Şərh Şərh: Məzar daşları ilə əlaqədar məsələ rezonans doğursa da, məqalənin bu formasının ensiklopedikliyi şübhəlidir. Viki-icmanın rəyini labüd hesab edirəm. — Burocan (müzakirə) 20:08, 8 iyun 2021 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 07:06, 7 iyul 2021 (UTC)

Ziyadar (mükafat)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 12:28, 9 iyul 2021 (UTC)

Oriyentir Ulduzu (kitab)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verildi. — NMW03 (müzakirə) 12:31, 9 iyul 2021 (UTC)

Azərbaycan müxalifəti

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin:: Mövzu qeyri ensiklopedikdir. Əlimizdə "müxalifət" möhürü yoxdur. Əgər belə bir məqalə varsa gərək YAP xaricində (iqtidar) bütün partiyalar, siyasi quruluşlar, siyasi təşkilatlar əlavə olunsun. Ümumi mövzu olduğu üçün, vandalizmə açıq olduğu üçün qalmamalıdır. Əgər digər vikilərdəki "ana müxalifət" məqalələri ilə ensiklopedikliyi təsdiqlənmək istənilərsə, qeyd etmək lazımdır ki konstitusional olaraq ölkədə elə bir post yoxdur. Var olduğunu hesab etsək belə bu parlamentdə YAP-dan sonraki 2-ci partiyaları işarə edəcək. Bu məqalənin əvəzinə hər bir partiyaya aid ayrl məqalə və Azərbaycanda seçki blokları və siyasi birliklər məqaləsi var. Həmkarların fikri maraqlıdır.— Dr.Wiki54 (müzakirə) 13:29, 11 iyun 2021 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:52, 7 iyul 2021 (UTC)

Səfirliklər

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: Hörmətli həmkarlar, yuxarıdakı bütün məqalələrin intervikisi var. Lakin hamısı qaralama vəziyyətində 1-2 cümlədən ibarətdir. Vikipediyanın kataloq olmadığını nəzərə alsaq, məqalələr ensiklopedik sayılmamalıdır (ən azından bu halı ilə). Məqalələr kütləvi şəkildə 2010-cu ildə yaradılmışdır, hörmətli həmkar dostumuz 2015-ə qədər nəzarət etmişdir məqalələrə. Sonra məqalələr tərk edilmiş vəziyyətdə qalmışdır. Məlumatlar köhnəlmiş, viki qaydalar dəyişmişdir. Həmkarlarımın fikri maraqlıdır. — Dr.Wiki54 (müzakirə) 14:06, 11 iyun 2021 (UTC)
Əlavə olaraq, Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı məqaləsinin səliqəyə salıb məlumatları son versiyası ilə yeniləmişəm. Yuxarıdakı məqalələri ümumiləşdirir. — Dr.Wiki54 (müzakirə) 14:12, 11 iyun 2021 (UTC)
X Silinsin: Heç birinə ehtiyac yoxdur. Müvafiq ölkələrin münasibətlər məqaləsində şablonda bu məlumatları vermək mümkündür onsuz da. Məsələn Azərbaycan–İsrail münasibətləri məqaləsindəki kimi.— NMW03 (müzakirə) 16:13, 11 iyun 2021 (UTC)
Şərh Şərh: Heç olmasa azvikidən başqa 2 qeyri dildə də olan səhifələr qalsın heç olmasa. Çünki nə vaxtsa yaradılacaq. Bir də ki mövzu istifadəçilər üçün maraqsız olub deyə zənginləşdirilməyib. Bir gün kimsə maraqlanar və işləyər məqalələri. Bir də ki, mövzulu ayın birin bu istiqamətə yönəltmək olar (qısa məqalələr). — Araz Yaquboglu (müzakirə) 16:52, 11 iyun 2021 (UTC)
Araz Yaquboglu əslində ABŞ, Böyük Britaniya və Almaniya siz dediyiniz kriteriyaya tam uyğundur. Lakin nəvaxtsa düzələcək deyə saxlamaq düzgün deyil axı. Onda hansısa adi aktyora (gənc) məqalə yaradaq, əsasımız da gələcəkdə medal alacaq olsun. Tam uyğun olmasa da oxşar haldır. Mövxulu aylar indikiləri deyə bilmərəm, əvvəlkilər xüsusilə AXC ayı çox da xeyirli olmamışdır. Əksinə onlarla lazımsız məqalə, onlarla təkrar məqalə yaradılmasına səbəb olmuşdur. Ümumiyyətlə mövzulu ayları siz deyən kimi artıq ancaq təkmilləşdirmə üzərinə qurmaq lazımdır.— Dr.Wiki54 (müzakirə) 17:09, 11 iyun 2021 (UTC)
Digər dillərdə məqalələrin çoxu tərcümə, bot və s. üsullarla bizdəkinə uyğun yaradılıb. — Dr.Wiki54 (müzakirə) 17:12, 11 iyun 2021 (UTC)
Araz Yaquboglu, məqalələrin əksəriyyəti məqalə kimi yox kataloq kimi yazılıb. Sadəcə səfirin adı, telefon və faks nömrəsi qeyd olunub. Bunların hamısı silinməlidir. NMW03 (müzakirə) 19:04, 11 iyun 2021 (UTC)
NMW03 (müzakirə) Nəriman bəy Azvikinin yarısı bir cümləlik məqalələrdir. İndi hamısını silməyə qoyaq?— İrövşən (müzakirə) 17:35, 13 iyun 2021 (UTC)
Bu arqument deyil. Bəli hamısı 1 cümlədirsə silinməlidir. 1 cümləlik məqalələr var deyə digər 1 cümləlik məqalələr silinməməlidir deyə birşey yoxdur. NMW03 (müzakirə) 17:38, 13 iyun 2021 (UTC)
NMW03 bəyə qatılıram. — Dr.Wiki54 (müzakirə) 18:17, 13 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalələrin silinməsinə qərar verildi. Toghrul R (m) 06:52, 7 iyul 2021 (UTC)

Kateqoriya:Sumqayıt mikrorayonları

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: Sizin də görəcəyiniz kimi, məqalələr 1 cümlədən ibarət fabrikasiya üsulu ilə yaradılmış məqalələrdir. Sumqayıt məqaləsinin daxilində qısaca qeyd oluna biləcək məlumat əvəzinə 16 (!) məqalə yaradılmışdır. Bu da AzVikinin dərinlik göstəricisinə zərər vurur deyə düşünürəm. —gabbani mesaj 09:33, 13 iyun 2021 (UTC)

Şərh Şərh: bu mövzu bir dəfə müzakirə olunub, konsensus əldə olunub. Düşünürəm ki, məqalələrdə dəyişikliklər edilməli, lazımsız şəkillər aradan qaldırılmalıdır. Əlavə olaraq, əvvəlki müzakirələr nə qədər mövzudan kənara çıxsa da, qalsın deyən həmkarların fikrinə qatılıram. Təəssüf ki, inzibati vahidlərin hər biri haqqında məqalə ensiklopedik sayılır.. - Dr.Wiki54 (müzakirə) 09:51, 13 iyun 2021 (UTC)
Düzəliş: Əlavə olaraq, əvvəlki müzakirələr nə qədər mövzudan kənara çıxsa da, müzakirədə həm qalsın həm silinsin deyən həmkarlarımın fikrinə qatılıram. - Dr.Wiki54 (müzakirə) 16:04, 13 iyun 2021 (UTC)
X Silinsin: NMW03 (müzakirə) 10:46, 2 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalələrin silinməsinə qərar verildi.— 127-ci yapon imperatoru 13:05, 10 iyul 2021 (UTC)

Aqşin Vəliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
NMW03 Baş direktor vəzifəsinə təyinat strukturdaxili təyinatdır. Belə olan halda, istənilən bir nazirlikdə, yaxud dövlət qurumunda çalışan idarə və ya baş idarə rəhbəri ensiklopedik hesab olunmalıdır. — Burocan (müzakirə) 16:16, 14 iyun 2021 (UTC)
Hörmətli Khidirzada, Mərkəzi Bankın baş direktoru vəzifəsi ensiklopedik hesab olunmur. Çünki bu vəzifəyə təyinat Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən həyata keçirilir. Əks təqdirdə istənilən bir nazirlikdə, yaxud dövlət qurumunda çalışan idarə və ya baş idarə rəhbəri ensiklopedik hesab olunmalıdır. — Burocan (müzakirə) 16:07, 14 iyun 2021 (UTC)
Hörmətli Burocan, maarifləndirdiyiniz üçün təşəkkür edirəm. Yüksək vəzifəli və ictimaiyyət tərəfindən tanınmasının şəxsi ensiklopedik edəcəyini düşünürdüm. X Silinsin: sizin sadaladığınız arqumentlərə əsasən. — Khidirzada (müzakirə) 22:09, 15 iyun 2021 (UTC)
  • ✔ Qalsın: məqalə stil kitabçasını azca poza bilər, vizual olaraq yaxşı görenməyə bilər. Amma şəxs tam ensiklopedikdir. Daha diqqətli olmağınızı xahiş edirəm. - Dr.Wiki54 (müzakirə) 22:24, 13 iyun 2021 (UTC)
Hörmətli, Dr.Wiki54 məqalədə tərtibatı göz önündədir, mənbə isə ümumiyyətlə yoxdur. Bundan əlavə məqalə subyektinin fəaliyyəti nə elmi dərəcəsinə görə VP:EƏEX, nə də ki, tutduğu vəzifə etibarilə VP:SİYASƏTÇİ meyarlarının tələblərinə cavab vermir. Bunları nəzərə alaraq, mən də sizdən xahiş edirəm ki, viki-tələblər çərçivəsində irəli sürdüyünüz fikirləri arqumentləşdirəsiniz. — Burocan (müzakirə) 16:07, 14 iyun 2021 (UTC)
Hörmətli Burocan! Hardasa sizinlə razıyam. Tərtibat yaxşı deyil. Elmi dərəcə mövzusu bu məqaləyə aid deyil. 4 ilə yaxındır məqalə bu haldadır. Amma şəxsin vəzifəsi hər hansı nazirlikdə yox Mərkəzi Bankdadır axı. Düzdür idarə və s rəisləri ensiklopedik olmur çox hallarda. Amma Mərkəzi Bankın Baş Direktoru zənnimcə ensiklopedikdir. Siyasətçi yox bürokrat sayılmalıdır.— Dr.Wiki54 (müzakirə) 16:38, 14 iyun 2021 (UTC)
Hörmətli Dr.Wiki54, məncə qeyd etdiyiniz məsələni Mərkəzi Bankın İdarə Heyətinin sədri, onun müavinləri, bütövlükdə İdarə Heyətinin üzvlərinə şamil etmək olar. Həm də ki, Mərkəzi Bank da fəaliyyətini daha müstəqil formada quran makroqitisadi dövlət orqanı, başqa sözlə, dövlətin monetar siyasətini tənzimləyən bir institutdur. Fikrimcə, mövcud viki-tələblərin fonunda sözügedən qurum nəzdnində İdarə Heyəti xaricində fəaliyyət göstərən rəhbər şəxslərin ensiklopedikliyi müzakirəyə açıqdır. — Burocan (müzakirə) 18:07, 14 iyun 2021 (UTC)
Haqlısınız, amma məncə baş direktora da aid etmək mümkündür. - Dr.Wiki54 (müzakirə) 18:39, 14 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— 127-ci yapon imperatoru 13:08, 10 iyul 2021 (UTC)

Suada Hacızadə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Şərh Şərh: Mənbə və istinadlar əlavə olunsa məqaləni saxlamaq olar düşünürəm.— Elshad Iman (Elşad İman) (müzakirə) 16:45, 19 iyun 2021 (UTC)
 Sürətli qalsın: yetərincə ensiklopedik şəxsdir. Oxunma sayı da yuxarıdır. --► Hörmətlə: SolaVirum 20:13, 19 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:49, 7 iyul 2021 (UTC)

Canel Nəcəfli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:49, 7 iyul 2021 (UTC)

Şahin Qasımov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:49, 7 iyul 2021 (UTC)

Aynur Qədimaliyeva

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:49, 7 iyul 2021 (UTC)

Azad Gənclik Təşkilatı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:48, 7 iyul 2021 (UTC)

Məhəmməd Abdulla

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

✅Y Silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 17:27, 4 iyul 2021 (UTC)

Fidan Cəfərova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:47, 7 iyul 2021 (UTC)

Elnarə Ələkbərova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:47, 7 iyul 2021 (UTC)

Qazaxıstanda enerjiQazaxıstan energetikası

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
✅Y birləşdirildi.— 127-ci yapon imperatoru 14:31, 10 iyul 2021 (UTC)

İradə Bağırova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbəsiz — Elshad Iman (Elşad İman) (müzakirə) 11:25, 27 fevral 2021 (UTC)

  • Şərh Şərh: AMEA saytında, Tarix İnstitutunun saytında və daha bir neçə yerdə şəxs haqda məlumatlar var. İstinad kimi əlavə oluna bilər. "Mənbə azlığı" şablonu da qoymaq olardı. — İrövşən (müzakirə) 07:45, 28 fevral 2021 (UTC)
    Rövşən İşık, mənbə azlığı şablonu məqalədə çox az mənbə olduqda qoyulur. Adı üstündə, "Mənbə azlığı". Heç bir mənbə yoxdursa artıq o məqalədəki məlumatlar doğru hesab edilmir. Kimsə gedib özü haqqında məqalə yaradıb filan universitetin professoruyam yaza bilər. Bu zaman nə edilməlidi? Mənbə yoxdursa silinməlidir. NMW03 (müzakirə) 02:27, 17 iyun 2021 (UTC)
  • :: Şərh Şərh: NMW03 (müzakirə) müvafiq sayta baxsa idiniz, şəxsin ensiklopedik olduğunu görərdiniz. Əgər şəxsi tanımırsınızsa, onun haqda universitetin professoruyam yaza bilməsiniz. Az viki-də məqalələrin 90% bu gündədi. Bu məntiqlə hamısı silinməlidir. Vaqo keçən il bir cümlədən ibarət 10-min məqalə düzəldib. Belə çıxır onlar da silinməlidir. — İrövşən (müzakirə) 06:49, 17 iyun 2021 (UTC)
    Bəli "belə çıxır". NMW03 (müzakirə) 10:03, 18 iyun 2021 (UTC)
  • ✔ Qalsın:Sortilegus (müzakirə) 22:22, 4 mart 2021 (UTC)
  • X Silinsin:Azerifactory (müzakirə) 01:01, 15 aprel 2021 (UTC)
  •  Sürətli qalsın: Tarix elmləri doktoru və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiridir. 8 kollektiv monoqrafiyası və 50-dən çox elmi məqaləsi var. Rəhbərliyi altında 25 dissertant və doktorant çalışır, onlardan 10-u elmi işini müdafiə etmişdir. Respublika və beynəlxalq elmi konfranslarda və seminarlarda iştirak etməklə ABŞ-da, İngiltərədə, Almaniyada, Avstriyada, Belçikada, Fransada, Gürcüstanda, Rusiyada ölkəmizi təmsil edib. 12- kitabın və 29 elmi məqalənin müəllifidir. Bir çox qəzetlərdə məqalələrinə yer verilib. Bir çox sənədli filmin ssenari müəllifi olub. Şəxs ensiklopedikdir. — Khidirzada (müzakirə) 06:17, 14 iyun 2021 (UTC)
    Khidirzada, bəs mənbə hanı? NMW03 (müzakirə) 02:25, 17 iyun 2021 (UTC)
 Cavab: NMW03, bəzən fikir verirəm elə arqumentlər gətirirsiz ki , məəttəl qalıram. Şəxs ensiklopedikdir və kifayət qədər tanınır. İnternetdə biraz araşdırma etsəz yüzlərlə mənbə tapmaq olar. İradə xanım dəyərli alimlərimizdəndir və onun haqqında məlumat tapmaq çox asandır. Qısa bir axtarışla mən iki mənbə əlavə etdim. Məqalələri təkmilləşdirilmə mümkün olduğu halda niyə silirik ? Siz özünüzdə yaxşı bilirsiz ki, ensiklopedik şəxsdir və mənbə əlavə etmək o qədər də çətin deyil. Məqalələrin saxlanılması və təkmilləşdirilməsi əvəzinə asan yolu seçirsiz və silirsiz. Məncə vikipediyanı bu cür inkişaf etdirə bilmərik. — Khidirzada (müzakirə) 07:56, 17 iyun 2021 (UTC)
Qalmasını istəyirsinizsə mənbə əlavə etməlisiniz. Vikipediya mənbəsiz məqalələrlə inkişaf etmir. "İnternetdə araşdırma etsəniz özünüz də tapa bilərsiniz" mənasız cümlədir. Məqaləyə də "google-da axtarın mənbə taparsınız" yazaq? Təbii ki yox. NMW03 (müzakirə) 10:05, 18 iyun 2021 (UTC)
İki mənbə əlavə etmişəm. Qalmasını istəyirsənizsə deyəndə ki, məqalə ensiklopedikdirsə hər bir vikipediyaçı qalması üçün çalışmalıdır. Nəzərə alsaq ki, mənbə əlavə etmək çətin deyil. Onda hər birimiz əlavə edə bilərik. Amma siz bunu edə biləcək olduğunuz halda məqalənin silinməsini istəyirsiz. Mənbə əlavə etməyə üşənirsizsə, "Mənbə azlığı" və,s bu kimi şablonlar əlavə edə bilərsiz. İradə xanımı mən şəxsi həyatda tanımıram sadəcə obyektiv bir vikipediyaçı olaraq rəy verirəm. "Mənbə yoxdur"- sizin son zamanlarda əlinizdə bayraq olub. Çox müzakirələrdə fikir verirəm bundan istifadə edirsiz. Mənbə əlavə etməyə cəhd göstərsəz və ya məqalələri vikiləşdirməyə çalışsaz inan ki, daha faydalı olarsız. Yoxsa silməyə nə var ki, belə etməklə vikipediyanı heç vaxt inkişaf etdirə bilmərik! — Khidirzada (müzakirə) 11:04, 18 iyun 2021 (UTC)
VP:MƏSULİYYƏT qaydasına əsasən məqaləyə həmin məlumatları əlavə edən şəxs mənbəsini də əlavə etməlidir. Biz yox. Bu qədər qalmağını istəyirsinizsə siz niyə əlavə etmirsiniz ki? science.gov.az və tarixinstitutu.az kifayət deyil. Şəxs həmin institutda işlədiyi üçün bioqrafiya bölməsi olması normaldır. Əsas meyara görə ikinci dərəcəli mənbələrdə əhəmiyyətli məlumat olmalıdır. Qısaca sadəcə adı keçən xəbərlər və ya məlumatlar olmaz. NMW03 (müzakirə) 04:20, 29 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:25, 14 iyul 2021 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Zərifə Əliyeva adına lisey məqaləsinə birləşdirildi. --► Hörmətlə: SolaVirum 16:04, 14 iyul 2021 (UTC)

Vaqif Nəsirov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: — istinad göstərilməyib. MusaSəmədov 21:11, 10 may 2021 (UTC)
  • ✔ Qalsın: elmlər doktoru, professordu. İstinad olmayanda məqaləyə {{Mənbəsiz}} şablonunu qoymaq lazımdı. — Araz Yaquboglu (müzakirə) 09:00, 11 may 2021 (UTC)
    Xeyr istinad olmadıqda məqalə silinir. Mənbəsiz şablonu konkret hansısa fakt üçündür. Məsələn yazılıb ki filan ildə filan hadisə baş verib. Amma mənbəsi qeyd edilməyib. Bu zaman həmin cümlənin sonuna {{mənbəsiz}} yazılır. NMW03 (müzakirə) 02:30, 17 iyun 2021 (UTC)
  • Ensiklopedik şəxs hesab oluna bilər. İstinad əlavə edilməsə, X silinsin. Toghrul RM/F 15:07, 11 may 2021 (UTC)
  • ✔ Qalsın: ensiklopedik meyarlara cavab verir.— İrövşən (müzakirə) 12:52, 17 may 2021 (UTC)
  •  Sürətli qalsın:--Wikipediya M (müzakirə) 15:50, 2 iyun 2021 (UTC)
  • X Silinsin: Mənbə olmasa hardan biləcəyik ki həqiqətən professor olub? Elə çıxır ki mən də özüm haqqımda məqalə yaradım, məzmununa da yazım ki "professor". Kitablarının siyahısını yazmaqla deyil e. Gərək yoxlanılabilər olsun.— NMW03 (müzakirə) 04:06, 29 iyun 2021 (UTC)
  •  Sürətli qalsın: edilmiş redaktə və əlavə olunmuş mənbəlrdən sonra məqalə viki kriteriyalarına tam uyğundur. — Professor TS (müzakirə) 14:51, 4 iyul 2021 (UTC)
  •  Sürətli qalsın: (od-alov 16:25, 4 iyul 2021 (UTC))

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:06, 14 iyul 2021 (UTC)

Rəsul Mürsəlov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Araz müəllim, göründüyü kimi məqalədə çoxsaylı wiki-qayda pozuntuları var. Əslində, zamanında müzakirəsiz silinməli idi. Siz kifayət qədər təcrübəli bir istifadəçisiniz. Axı bu qəbildən olan məqalələr neqativ örnək təşkil edir və nəticə etibarilə, heç bir wiki-normaya müvafiq olmayan saysız-hesabsız məqalələrin meydana çıxmasına rəvac verir. Məhz bu tip məqalələrin mövcudluğuna görə son zamanlarda, hər qeyri-ensiklopedik məqalə tərtibatçısı "filan məqalə də bu haldadır" arqumentindən istifadə edərək uzun-uzadı mübahisələr aparır. — Burocan (müzakirə) 10:49, 12 may 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:08, 14 iyul 2021 (UTC)

Tərəkəmələr

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam @Musa Səmədov, Keçmiş müzakirəni necə tapa bilərik? Arqumentlərə baxmaq lazım. esc2003 (müzakirə) 18:13, 20 may 2021 (UTC)
Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv bütün arxivlər burada saxlanılır. Buradan baxa bilərsiniz. — MusaSəmədov 18:16, 20 may 2021 (UTC)
Tapa bilmədiyim üçün sizə soruşmuşdum. esc2003 (müzakirə) 18:22, 20 may 2021 (UTC)
@Wikipediya M,Niyə qalmalıdır? esc2003 (müzakirə) 17:20, 2 iyun 2021 (UTC)
@Esc2003, ensiklopedikdir və digər dillərdə var.--Wikipediya M (müzakirə) 15:55, 3 iyun 2021 (UTC)
@Wikipediya M,. "ensiklopedikdir və digər dillərdə var" ətraflı məlumat verməlisiniz. Birləşdirilməlidir dedim, çünki qarapapaqlarla eyni xalqdır. Səbəbini yazdım yuxarıda, "digər dillərdə"n ruscada geyimə görə qarapapaq adlandığı yazır. esc2003 (müzakirə) 16:04, 3 iyun 2021 (UTC)

Yekunlaşdırma: Qarapapaqlar məqaləsinə birləşdirildi. --► Hörmətlə: SolaVirum 16:12, 14 iyul 2021 (UTC)

Ağdamın baş planı (2021)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1.  Birləşdirilsin: Ağdam. Məqalədə iş gedir, lakin indidən nə haqda olduğu məlumdur. Hansısa vikidə şəhər planı barədə ayrıca məqalə yoxdur, əgər potensial məqalə varsa belə, urbanizasiyası geniş və ədəbiyyatda ətraflıca əhatə olunmuş London və ya Paris kimi şəhərlər olardı. Bakının şəhərləşməsi haqqında heç o qədər də ətraflı araşdırmalar yoxdur, iki-üç gün əvvəl irəli sürülmüş, heç həqiqiliyi dəqiq olmayan bir şəhər planı üçün olacaq? --► Hörmətlə: SolaVirum 15:58, 30 may 2021 (UTC)
  • Şərh Şərh: SolaVirum birincisi Ağdam səhifəsinə baxılıb. Orada iş gedir şablonu yoxdur. Ayrııca səhifədə məqalə düzəldikdən sonra ora da məlumat qoyulacaq. Layihə dövlət tərəfindən təsdiq olunmuş milyardlıq bir işdir. Və dövlət səviyyəsində olan məsələdir. Bu bir. İkincisi London və PAris 27 il işğalda olmayıb və Ağdam kimi dağıdılmayıb. Şəhər sıfırdan yığılır. Ensiklopedikdir. Bir də Moskva və Leninqrad adını çəkdiyiniz şəhərlərdən az əhəmiyyəti şəhərlər deyil. Hər ikisinin də baş plan səhifəsi var. — İrövşən (müzakirə) 16:10, 30 may 2021 (UTC)
Rövşən İşık, "Ağdamın baş planı (2021)" məqaləsində iş gedir şablonu var. Siz nəyi nəzərdə tutursunuz, bilmirəm. Məqalə/mövzu (burada, "Ağdamın baş planı (2021)" məqaləsi) əhəmiyyətli dərəcədə böyüklüyə (bayt mənasında) sahib deyilsə, onu bölmək (burada, "Ağdam" məqaləsindən) lazım deyil. Lap tutaq ki, ensiklopedikdir. Planın tətbiqi var? Yox. Proses başladıqda və ya bitdikdə yaratmaq olar bəlkə də (bu da özü müəmmalıdır). Belə ancaq "adı var, özü yox" məqaləsidir. Həmçinin, deyirsiniz ki, əhalisi beş milyondan çox olan Sankt-Peterburq və əhalisi on iki milyondan çox olan Moskvanın baş plan məqalələri var, yaxşı, bəs haradadır? Plan məqalələri olmaq ehtimalını istisna etməmişəm ("əgər potensial məqalə varsa belə"), lakin bu o demək deyil ki, dünən ortaya atılan bir şey və heç bir akademik məqalədə yer almayan bu mövzu ensiklopedikdir. Moskva və Leninqradın "sıfırdan yığılması"ndan on illər, hətta demək olar yarım əsr keçib. --► Hörmətlə: SolaVirum 16:16, 30 may 2021 (UTC)
Şərh Şərh: bərpa prosesi artıq başlayıb, baş plan da prezidentə təqdim edilib və dövlət tərəfindən təsdiq olunub. Məncə "sil" şablonu atmazdan öncə bu barədə maariflənməyiniz yaxşı olardı. Böyük layihələr ensiklopedik sayılır. Məsələnin ciddili onun həm siyasi, həm də iqtisadi əhəmiyyətindədir. — İrövşən (müzakirə) 17:16, 30 may 2021 (UTC)
Şərh Şərh: üstəlik II Dünya müharibəsindən sonra dağılmış şəhərlərin, məsələn Varşava ən bərpasının Viki səhifəsi mövcuddur. ru:Восстановление Варшавыİrövşən (müzakirə) 18:54, 30 may 2021 (UTC)
Şərh Şərh: NMW03 (müzakirə) Məqalənin adı baş plan qoyulsa da, daha çox şəhərin bərpasını əhatə edəcək. Yəni bu böyük tarixi hadisədir. Ensiklopedik olması heç bir şübhə doğurmur. Milyardlıq layihədir. Artıq təməli də qoyulub. Geniş və əhatəli məqalə olacağına şübhə yoxdur. Çünki Azərbaycan tarixində ikinci dəfə tam dağılmış şəhərin bərpası heç vaxt olmayıb. Şəhər sıfırdan qurulacaq, bu məsələ də ensiklopedik olmayacaq sa, nə olacaq bəs? Dr.Wiki54 (müzakirə) şəhər yenidən quulur. Təməl artıq atılıb, üzr istəyirəm sizin məntiqlə onda belə çıxır, Bakı şəhəri daxilində hansısa milyardlıq layihə həyata keçirilsə onu təzədən yazmayaq ki, Bakı şəhəri layihəsi var? Yənə də təkrar edirəm şəhər sıfırdan qurulur. Böyük tarixi, iqtisadi və sosial hadisədir. Ayrıca məqaləsi də olmalıdır.— İrövşən (müzakirə) 08:07, 31 may 2021 (UTC)
Şərh Şərh: Mənim yazdığım bu mənaya gəlmir. Fikrimdə yenə də qalıram. Zamanla ayrıca məqaləyə çevriləcək qədər genişləyə bilər. Amma hələ ki, tələsməməliyik. — Dr.Wiki54 (müzakirə) 17:40, 1 iyun 2021 (UTC)
✔ Qalsın: — ancaq səhivədə dəyişiklik etmək lazımdır. Orada Ağdam şəhəri haqqında məlumat var, fikrimcə o məlumat çıxarılmalıdır. Səhifədə əhəmiyyəti yoxdur. Onsuz Ağdam səhifəsində bu məlumatlar verilib. — MusaSəmədov 16:21, 30 may 2021 (UTC)
Şərh Şərh: Məqalə tamamlanmamış onun tam olaraq mahiyyətinin hansı istiqamətdə formalaşacağını müəyyənləşdirmək çox çətin olur. Məncə, birləşdirilməsini təklif etmək üçün hələ tezdir. Bununla yanaşı, Ağdam kimi bir şəhərin bərpa prosesinin özü hansısa məqalənin tərkib hissəsi olmaq üçün çox genişdir. Layihənin miqyasını nəzərə alsaq, ayrı məqalənin olması daha məqsədəuyğundur. — Burocan (müzakirə) 19:36, 30 may 2021 (UTC)
Şərh Şərh: Hörmətli Rövşən bəyin hazırladığı məqalələr həmişə dolğun, əhatəli, mənbəli və digər viki qaydalarına uyğun olur. Lakin məncə, baş planlarla bağlı məqalələr yaratmağa hələ ki ehtiyac yoxdur. Nəzərə alaq ki SSRİ dağılandan bu yana Bakının 3 dəfə Baş Planı hazırlanıb və heç biri icra olunmayıb. Əlavə olaraq həm digər vikilərdə həm azvikidə Azərbycanla bağlı programlar, layihələrə aid bir neçə məqalə var ki, həm natamamdırlar, həm də oxuyanda məlum olur ki, funksional deyillər. Ona görə tələsməməyinizi xahiş edirəm. — Dr.Wiki54 (müzakirə) 19:47, 30 may 2021 (UTC)
 Birləşdirilsin: Ağdam məqaləsinə köçürülməlidir. Məqaləsi yaradılacaq qədər əhəmiyyətli və böyük mövzu deyil.— NMW03 (müzakirə) 23:44, 30 may 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:13, 14 iyul 2021 (UTC)

Nuru Əhmədov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: Model barədə olan məqalə əhəmiyyətli deyildir. Məhşur belə deyil həmin şəxs. Sadəcə İnstagram sosial mediasının Azərbaycan seqmentində tanınan adi bir şəxsdir. Grenzsoldat (müzakirə) 11:20, 31 may 2021 (UTC)
    • Məqalə hazırlayan Xeyal dəyərli istifadəçidir, hal-hazırda isə idarəçi olmağa namizəddir. Bu tip məqalələrdə diqqətli olun. Q/e məqalələrin silindiyi bir dövrdə əlavə q/e məqalə yaratmağa ehtiyac yoxdur. Grenzsoldat (müzakirə) 11:24, 31 may 2021 (UTC)
  • ✔ Qalsın: Şəxs "The Best Model of the World 2019" yarışmasında qalib olub, buda dünya üzrə keçirilən yarışmadır. Bundan əlavə VP:MODEL kriteriyalarına uyğun gəlir. Model barədə olan məqalə niyə əhəmiyyətli deyildir ki? — Xeyal (müzakirə) 11:37, 31 may 2021 (UTC)
  • X Silinsin: şəxs bəlkə də ensiklopedik ola bilər, lakin silinməsi üçün əsas səbəbi axtarmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Məqalənin "Həyatı" və "Karyerası" bölməsindəki cümlələrə heç bir istinad yoxdur (Bəlkə də şəxs 1989-cu ildə doğulmayıb, istinadsız ki bilə bilər?), bu da özlüyündə şəxs haqqındakı bütün vacib məlumatları silməyə əsas verir. Geridə qalır xəbər saytları, orada isə şəxsin sadəcə adı keçir. Beləcə, VP:SSK-nın müzakirəsiz silinmə prinsiplərinin 6-cı bəndinə görə məqalə birbaşa silinə bilər. Ümumviki prinsiplərində yaşayan insanların bioqrafiyalarında istinadlar ən vacib faktor hesab olunur. Xeyal dəyərli istifadəçi olduğundan bu məsələni həll edəcəyinə əminəm. Hörmətlə, Toghrul RM/F 09:39, 1 iyun 2021 (UTC)
Şərh Şərh: istinadları əlavə etdim. düşünürəm ki, əlavə etdiyim istinadlar kömək olar. — Xeyal (müzakirə) 12:42, 20 iyun 2021 (UTC)
  • Şərh Şərh: Məncə şəxs ensiklopedik ola bilər. Nəticə də best model seçilib. Amma Toğrul bəy düz deyir, sadəcə best model olduğu ilə bağlı mənbə var. Mətbuatda haqqında ətraflı məlumat olduğunu düşünmürəm. — Dr.Wiki54 (müzakirə) 09:48, 18 iyun 2021 (UTC)
X Silinsin: Hansısa yarışmanı qazanıb amma fəaliyyəti haqqında araşdırma edilib? Hansısa mənbədə modellik karyerası haqqında danışılıb?— NMW03 (müzakirə) 08:16, 25 iyun 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:15, 14 iyul 2021 (UTC)

Mahir Əhmədov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

✔ Qalsın: Məqalə məncə ensiklopedikdir, məqaləni yazan şəxs də təcrübəli istifadəçidir. İnanmıram ki, qeyri-ensiklopedik olan bir məqaləni qələmə alsın, eyni zamanda məqalənin ensiklopedikliyi üçün tutarlı faktlar var, hansı ki, o faktları da istinadlar təsdiqləyib, etibarlı edir. Səliqəli işlənilib, eyni zamanda SNS-ə elə bir məqalə çıxarılmalıdır ki, tamamilə mənbəsiz, səliqəsiz işlənsin, eyni zamanda tamamilə qeyri-ensiklopedik olsun. Bu məqalə üç şərtdən heç birinə tam cavab vermir, gözəl də işlənilib, yazan yoldaşa da minnətdarlığımı bildirirəm. Hörmətlə.–Əsəd Mənsurlu (müzakirə) 20:43, 31 may 2021 (UTC) kukla hesab olduğu təsdiqləndi

✔ Qalsın:Gülər Hüseynova (müzakirə) 20:54, 31 may 2021 (UTC) kukla hesab olduğu təsdiqləndi

✔ Qalsın: İstifadəçi:Lemanhasan (müzakirə)Məqalə tamamilə akademikdir. Məlumatlar əsaslandırılıb və istinadlar etibarlıdır. Silinməsi üçün heç bir səbəb yoxdur. Müəyyən redaktə ilə daha da təkmilləşdirilməsi mümkündür. Ancaq silinməsi yolverilməzdir.Lemanhasan (müzakirə) 21:30, 31 may 2021 (UTC)
✔ Qalsın: Məqalə ensiklopedikdir. Düşünürəm ki əla da yazılıb. Mövzunu tam əhatə edə biliblər məqalədə. — Araz Yaquboglu (müzakirə) 08:25, 1 iyun 2021 (UTC)
✔ Qalsın: Məqalə düşünürəm ki,tam akademik və ensiklopedikdir. Məlimatlar və faktlar olduqca dolğundur. Və ən əsası faktlar üzrə bütün yetərli və lazımi istinadlar tam və geniş formada göstərilmişdir. Düşünürəm ki, məqalənin silinməsi üçün əsaslı heç bir səbəb yoxdur. Mənim fikrimcə bu məqalə adiyyatı kateqoriya üzrə istifadəçilərə olduqca yararlı faydalı bir məlumat olacaqdır. Ilkin 10 (müzakirə) 23:36, 1 iyun 2021 (UTC)
İllərdir aktiv olmayan istifadəçilərin bir anda aktiv olub burda {{qalsın}} yazmağı hər şeyi açıqlayır.— NMW03 (müzakirə) 00:29, 2 iyun 2021 (UTC)
✔ Qalsın: --Wikipediya M (müzakirə) 15:46, 2 iyun 2021 (UTC)

NMW03 axşamın xeyir Nəriman. Əsəd adlı profil başqa adamın adınadır, o profildən səs verilmək istədi, sahibi də bacarmırdı, hesabın kodu mənə atıldı, mən də kömək etdim. Ayrı heç bir məsələ də ola bilməz. O profildən səsvermə üçün yazılan sözləri də istəyən adamın özünə atılıb, o da bu rəyə razılıq verib. O dediyin blok mövzusu da qalıb 3 il əvvəldə. Nə o 3 il əvvəldəki kimi səhv edərəm, nədəki indi o yaşım deyil. Məni bloklamağın mənasız olduğunu fikirləşirəm. Bloklamağa qalsa mənə heç bir problem yaratmır, necə məsləhətdi. Ümumiyyətlə, yekə oğlansan, bu nə layiqsiz ittihamdı? Tutaq ki, Zaur Ağayev, Əsədi mən açmışam, bəs o biri xanım profili nədi? Mən bir xanım adı ilə profil açan oğlana oxşayıram? Lazımdırsa ətraflı danışaq Facebookda, məsələni necə lazımdı izah edim. İndi bu Facebook mövzusunu da ittiham, razborka kimi qələmə vermə. –Maqamedd (müzakirə) 18:56, 2 iyun 2021 (UTC)

"Mən elə oğlana oxşayıram?" nədi? Əsəd Mənsurlu düz 2 ildir ki redaktə etmir. 2 il sonra təsadüfən bu müzakirəni görüb və səs vermək istəyib? Yaxşı Əsəd Mənsurlu qalsın qıraqda. Gülər Hüseynova adlı istifadəçinin 1 redaktəsi var o da burdakı redaktəsidir. Zaur Ağayevin isə sırf bu müzakirə üçün yaradıldığı ortadadır. Məqaləni saxlatdırmaq üçün bu qədər can yandırırsınızsa arqumentlərlə danışın, kukla hesablarla yox. NMW03 (müzakirə) 19:07, 2 iyun 2021 (UTC)
NMW03 Hər şeyi boynuma alıram qardaş. Səhv mənim səhvimdi. Bütün hamsı da mənim kukla istifadəçimdi. Ayrı heç kimin adı lazım deyil, mən olmuşam söhbətdə. Blokla getsin, nəsə uzatmağa lüzum görmürəm. Necə deyirsən elə olub. Bloklanıram vəssalam. Bu məsələyə görə məndən başqa heç kim narahat olunmayacaq. Burda da bu məsələ yekunlaşır. Sağ-salamat.--Maqamedd (müzakirə) 19:57, 2 iyun 2021 (UTC)

Yekunlaşdırma: Səsvermə zamanı VP:SO pozuntusunun baş verməsi şübhəsi var məndə. Buna baxmayaraq, məqalənin saxlanılması üçün konsensus əldə edilmişdir. --► Hörmətlə: SolaVirum 16:17, 14 iyul 2021 (UTC)

Zümrüd Bədəlova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:19, 14 iyul 2021 (UTC)

Lalə Mehralı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 16:19, 14 iyul 2021 (UTC)

Aşur Əliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Azərbaycanda təqribən 300.000 nəfərə yaxın ali, orta təhsilli kitabxanaçı vardır. Bunlardan təqribən 20.000 nəfərdən çoxu ali savadlı mütəxəssis kitabxanaçıdır. Və bu kadrların böyük əksəriyyətinin formalaşmasında Aşur Əliyevin əziyyəti vardır. Belə bir pedaqoq alimin səhifəsini əhəmiyyətsiz hesab etmək olmaz. Mümkünsə, bu səhifənin silinməsinin qarşısını alaq.

Şərh Şərh: Bu platformanın ensiklopediklik nöqteyi-nəzərindən tələbləri açıqdır. Məqalə subyektinin fəaliyyəti VP:ŞEƏ meyarlarına uyğun etibarlı mənbələrlə işlənilibsə ensiklopedik hesab olunur. Lakin sözügedən məqalə üçün bu hal təəssüf ki, müşahidə olunmur. Bunlarla yanaşı, məqalədə tərtibat zamanı VP:NM prinsipi pozuntularına da yol verilmişdir. O ki qaldı, göstərilən arqumentlərə, hörmətli Mrsmrn688, Azərbaycandakı 300.000 nəfərə yaxın ali, orta təhsilli kitabxanaçı içərisindən 20.000 nəfərdən çox ali savadlı mütəxəssis kitabxanaçının əksəriyyətinin məqalə subyektinin elmi rəhbərliyi altında yetişdiyinə dair etibarlı mənbəniz varmı? Məsələn, Kenizx yoldaşın mənbə kimi verdiyi linkdə bu barədə məlumat qeyd edilməyib. Ümumiyyətlə, qalmasına səs verən həmkarlar, internet resurslarında məqalə subyektinin elmi fəaliyyətinin bütün istiqamətlərini əks etdirən 5 etibarlı mənbə göstərə bilərsinizmi? — Burocan (müzakirə) 18:28, 2 iyun 2021 (UTC)

  •  Sürətli qalsın: Dəyərli ziyalı, BDU-nun ağsaqqal, hörmətli müəllimlərindən biridir. Sofizadekh (müzakirə) 18:35, 2 iyun 2021 (UTC)
  • Şərh Şərh: örmətli Burocan, "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2007-ci il tarixli sərəncamında Azərbaycan Respublikasının ərazisində 12.000-dən çox müxtəlif tipli kitabxana mövcud olduğu qeyd olunmuşdur. Əgər bu sayı nəzərə alsaq indiyə qədər bu kitabxanalarda çalışmış, təqaüdə çıxmış və hal hazırda da calışan kitabxanaçıları hesaba alsaq, ölkədə kitabxanaçıların sayı 300.000 nəfərdən çox olar. Hal-hazırda Aşur Əliyevin vikipediya səhifəsində 5 etibarlı mənbə (İstinad) göstərilmişdir. Əlavə olaraq isə sizlərə bu alimin eleketron formada BİR NEÇƏ elmi əsərini təqdim edirəm (mənbələr Azərbaycan Milli Kitabxanasının elektron bazasından götürülmüşdür): 1. Tədris işinin bilicisi - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000069742

2. Kitabxana fondunun formalaşdırılmasının yeni prinsipləri və onlarla müasir baxışlar - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000168754 3. Naxçıvan Muxtar Respublikasında uşaq kitabxanaları fondunun formalaşması və ondan istifadənin təşkilinin müasir vəziyyəti - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000280344 4. Müstəqillik illərində professor Abuzər Xələfovun nəşr etdirdiyi dərsliklər və dərs vəsaitləri milli kitabxanaşünaslığımıza hədiyyədir - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000641941 5. Respublikada ilk tibb tədris kitabxanası fondunun formalaşması : (Tarixi və müasir vəziyyəti) - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000163920 6. Elektron kitabxanaların komplektləşdirilməsinin bəzi məsələləri - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000586716 7. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının şərq ədəbiyyatı fondunun formalaşması istiqamətləri və perspektivləri - http://web2.anl.az:81/read/page.php?bibid=vtls000292753 Hörmətlə, Mrsmrn688 (müzakirə) 07:32, 3 iyun 2021 (UTC)

Hörmətli, Mrsmrn688, təəssüf ki, respublikadakı 300.000 kitabxanaçının 20 minlik hissəsinin mütləq əksəriyyətinin məqalə subyektinin elmi rəhbərliyi altında yetişdiyinə dair əlinizdə etibarlı mənbə olub-olmamasına dair verdiyim ilk sualıma cavab ala bilmədim. Bununla yanaşı, qeyd etdiyiniz əsərlərin hamısı elmi mahiyyət daşıyırmı, o cümlədən dərc olunduğu elmi jurnalların İmpakt faktoru neçədir? Bir daha bildirmək istəyirəm ki, bu platformanın ensiklopediklik nöqteyi-nəzərindən tələbləri açıqdır. Zəhmət olmazsa, VP:EƏEX başlığına nəzər salın və göstərdiyiniz arqumentlər çərçivəsində məqalə subyektinin fəaliyyətinin nə dərəcədə ensiklopedik olub-olmadığına özünüz qiymət verin. — Burocan (müzakirə) 08:21, 3 iyun 2021 (UTC)
SofizadekhDilefruz Aghamaliyeva 75 il yaşayıb "hörmətli müəllim" olması ensiklopedik etmir.— NMW03 (müzakirə) 19:52, 3 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. VP:SO baş verib burada, fikir bildirən "aktiv istifadəçi"lərdən yoxdur demək olar ki, fikir bildirən isə qətiyyətsiz olaraq "şübhə" göstərib. --► Hörmətlə: SolaVirum 17:24, 14 iyul 2021 (UTC)

Ənvər Şıxlinski (mühəndis)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Şıxlinskilər məqaləsinə birləşdirildi. --► Hörmətlə: SolaVirum 17:03, 14 iyul 2021 (UTC)

Orta-ixtisas təhsil müəssisələri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: Hörmətli həmkarlar! Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı məqaləsindəki "Ləğv edilənlər" bölməsində olan bir çox (sol sütun) təhsil müəssisələrinin məqaləsi 1-2 cümlədən ibarətdir. Əlavə olaraq birləşdirildiyi, dəyişdirildiyi adda olan müəssisəyə aid olan məqalələrdə bu haqda (ləğv edilən müəssisə haqqında) məlumat var. Həm vikipediyanın kataloq olmadığını, həm də VP:SSK-ya görə 1-2 cümlədən qısa məqalələrin silinməli olduğunu nəzərə alsaq, bu məqalələrin qaralama halda olduğunu və silinməli olduğunu qəbul etməliyik. Təbii ki bu mənim fikrimdir. Hər bir həmkarımın fikri maraqlıdır.— Dr.Wiki54 (müzakirə) 08:15, 12 iyun 2021 (UTC)

✔ Qalsın: vizual baxışları və vikiləşdirməsi zəif ola bilər, amma bunlar həm tarixdir, həm də təhsil müəssisəsi kimi vacib məktəblərdir. Əgər bunların birindən böyük və ya tanınmış şəxslər çıxıbsa, onda bunlar da ensiklopedikdir. — İrövşən (müzakirə) 10:57, 13 iyun 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:09, 14 iyul 2021 (UTC)

Əli Yaqubov (riyaziyyatçı)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:10, 14 iyul 2021 (UTC)

Olimpiya İdman Kompleksləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: Hörmətli həmkarlar, yuxarıdakı məqalələr çoxu qaralama formasındadır. Hər rayonun olimpiya kompleksi var. Vikipediyada hər birinin olmasına gərək yoxdur. Ən azından Quzanlı Olimpiya İdman Kompleksi kimi işlənmiş olsalar, ensiklopedik hesab oluna bilər. Amma belə 1-2 cümlə\abzasdan ibarətdir. Çoxu qurğu məlumatlarıdır, bunlar da hər il dəyişəbiləcək q.e. məlumatlardır. Əlavə açılış tarixləri haqqında məlumat var vəssalam. Fikirləriniz maraqlıdır. — Dr.Wiki54 (müzakirə) 10:55, 12 iyun 2021 (UTC)
X Silinsin: Müvafiq rayon/qəsəbə məqaləsində OİK-lərin yaranma tarixi qısaca qeyd oluna bilər, belə ayrı məqalə formasında qalmaları məqsədəuyğun deyil —gabbani mesaj 09:33, 13 iyun 2021 (UTC)

✔ Qalsın: əhəmiyyətli idman kompleksləridirlər. Həm idman qurğuları, həm də idmançı yetişdirmək üçün dərnəkləri mövcuddur. Ola bilsin Olimpiya və Dünya çempionatları yetişdirə və Quba və Göygöldə olduğu kimi vacib turnirlərə ev sahibliyi edə bilərlər. — İrövşən (müzakirə) 10:54, 13 iyun 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:12, 14 iyul 2021 (UTC)

Əlirza Bayramzadə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Məqaləyə yenidən baxılmasını təklif edirəm. SNS - də fikirlərinizi bölüşün zəhmət olmasa, Şəxs özü ensiklopedik ola bilər amma məqalə qeyri ensiklopedik stildədir.— Elshad Iman (Elşad İman) (müzakirə) 20:40, 15 iyun 2021 (UTC)

  • ✔ Qalsın: dövlət xadimi olmuşdur. Vikiləşdirdim, mənbə əlavə etdim. Əlavə olaraq, şəxs ensiklopedikdirsə, məqalə qaralama halında deyilsə (boş) müvafiq (mənbə azlığı, qaralama, vikiləşdirmə, əhəmiyyət) kimi şablonlar əlavə edilə bilər. — Dr.Wiki54 (müzakirə) 10:04, 18 iyun 2021 (UTC)
  • ✔ Qalsın: ensiklopedikdi. Çatışmazlıqlara görə şablon yerləşdirilə bilər. — Araz Yaquboglu (müzakirə) 05:42, 19 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:14, 14 iyul 2021 (UTC)

Lətif bəy Mahmudbəyov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hörmətli həmkarlar. Lətif bəy Mahmudbəyov məqaləsi qaralama halındadır. Şəxs haqqında məlumatım yoxdur. Lakin axtarış verdikdə də məlumat tapa bilmədim. İstinad da yoxdur, şəxs professor olduğunda hörmətli Araz bəy SNS-yə təqdim etməyimi təklif etdi. Fikirləriniz maraqlıdır.

  • X Silinsin:Dr.Wiki54 (müzakirə) 07:07, 16 iyun 2021 (UTC)
  • Şərh Şərh: - Şəxs ensiklopedikdir. Peşəkar və ali təhsilli həkim kimi bu sahənin pionerlərindən sayılır. Vizual baxış və məlumat azdır. Məncə vikiləşdirmək şablonu qoymaq olardı. — İrövşən (müzakirə) 07:25, 16 iyun 2021 (UTC)
    •  Cavab: Hörmətli Rövşən İşık bəy, şəxsin qeyri ensiklopedik olduğunu iddia etmədim. Məlumatımın az olduğunu yuxarıda qeyd etmişəm. Vikipediya mənbələrə əsasən yazılır və şəxsin VP:ŞEƏ hansı kriteriyasını ödədiyini tam aydınlaşdıra bilmədim. “Vikiləşdirmək” şablonu asana qaçmaqdır. 6500 məqalədə vikiləşdirmək şablonu var. Şablon qoyulduqdan sonra bir qırağa atılır qalır. Bu məqalə isə 10 ildə necə var elə qalıb. - Dr.Wiki54 (müzakirə) 07:38, 16 iyun 2021 (UTC)
    • Həm də burada vikiləşdirməlik bir şey yoxdur. Məqalə qaralama halındadır. 2014-dən bu yana da qaralama şablonu əlavə olunub. — Dr.Wiki54 (müzakirə) 07:39, 16 iyun 2021 (UTC)
      • Şərh Şərh: Dr.Wiki54 mən şəxsi ensiklopedik olması və məqaləyə münasibət bildirmişəm. Sizin şəxsi ensiklopedik hesab edib, etməməyinizə yox. — İrövşən (müzakirə) 07:43, 16 iyun 2021 (UTC)
        •  Cavab: Hörmətli Rövşən İşık bəy. Mən də məqaləyə münasibət bildirmişəm. Fərqli bir şey etdiyimiz yoxdur. Sadəcə sizə hansı kriteriyaya əsasən bunu dediyinizi soruşdum (VP:ŞEƏ). Məlumatım azdır dedim, yəni bəlkə elə bir cümlə var ki məqalədə hərhansısa bir kriteriyanl tamamilə ödəyir və yaxud məqalədə olmayan. Konkret olaraq bu halında qaralamadır. - Dr.Wiki54 (müzakirə) 07:49, 16 iyun 2021 (UTC)
          •  Cavab: Dr.Wiki54 bəy mən sizin narahatçılığınızı anlayıram. Amma ilk illərdə Vikipediyada yaradılan məqalələrin çoxu belədir. Sayları bəlkə də 10 minə yaxındır. aralarında ensiklopedik şəxslər də çoxdur. Əksəriyyəti qaralama halındadır. Ya təcrübəsizlikdən, ya da ilk vaxtlar olduğundan elə yaradılıb. Mən də onların vəziyyətindən razı deyiləm. Amma kütləvi silinmə çıxış yolu deyil. Sadəcə məqaləsiz qala bilərik. — İrövşən (müzakirə) 06:56, 17 iyun 2021 (UTC)
            •  Cavab: Rövşən İşık Hörmətli Rövşən bəy. Mən də sizi anlayıram. Lakin artıq vikidə keyfiyyət kəmiyyətdən daha üstün göstərici olmalıdır. Bu dəfələrlə müzakirə olunub. Keyfiyyətsiz məqalələr (bu məqalədən söhbət getmir) sadəcə vikiyə zərər vurur, vəssalam. Sizin kimi yaxşı istifadəçilərin hazırladığı məqalələr isə göz oxşayır. - Dr.Wiki54 (müzakirə) 07:32, 17 iyun 2021 (UTC)
  • ✔ Qalsın: elmlər doktoru, professordur. — Araz Yaquboglu (müzakirə) 14:19, 16 iyun 2021 (UTC)
  • Məqaləyə istinad və mənbə əlavə olunarsa ✔ Qalsın:, əks təqdirdə məqalənin silinmə ehtimalı var.— Elshad Iman (Elşad İman) (müzakirə) 21:21, 16 iyun 2021 (UTC)
  • X Silinsin: Mənbə yoxdur. Hardan bilək ki həqiqətən professor olub?— NMW03 (müzakirə) 02:36, 17 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:15, 14 iyul 2021 (UTC)

Mirmehdi Ağaoğlu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:16, 14 iyul 2021 (UTC)

ŞıxlarovlarKateqoriya:Şıxlarovlar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Məqalə 1 cümlədən ibarətdir. Qaralama vəziyyətindədir. Rəhmətlik Səmədağa Şıxlarov və Hidayət Şıxlarovun adının keçməsi isə informativ olaraq məqaləyə birşey qatmır. Əlavə olaraq, soy məqalələrinin ensiklopedikliyi Vəzirovlar, Ağaoğlular, Vəkilovlar kimi məqalələrdə öz təsdiqini tapır. Əgər hər soya məqalə yaradası olsaq, bu vikipediya qaydalarına uyğun gəlməz. Vikipediyada yüzlərlə qohumun məqaləsi var. Ensiklopedikliyi təsdiq olunmuş. Hər birinin nəsilləri haqqında məqalələr yaradılmalı deyil. Yazdıqlarım kateqoriyaya da aiddir. — Dr.Wiki54 (müzakirə) 09:50, 17 iyun 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:18, 14 iyul 2021 (UTC)

Afaq Gəncəli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Hörmətli @İstifadəçi:Rövşən İşık, əgər məqalə Vikipediya tələblərinə cavab vermirsə, niyə qalmalıdır? Toghrul R (m) 08:58, 19 iyun 2021 (UTC)
Toghrul R bəy əgər şəxs ensiklopedikdirsə, amma onun məqaləsində problemlər varsa, o halda onlar aradan qaldırılmalıdır. Kütləvi silmək çıxış yolu deyil.— İrövşən (müzakirə) 15:57, 19 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Məqalədə iki-üç xəbər linkini mənbə kimi göstərdim ki, ən azından "istinadsız" qalmasın. --► Hörmətlə: SolaVirum 17:20, 14 iyul 2021 (UTC)

Emil Əfrasiyab

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Konsensus yoxdur. --► Hörmətlə: SolaVirum 17:21, 14 iyul 2021 (UTC)

Qasım Qasımov (siyasətçi)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: VP:SİYASƏTÇİ meyarlarına cavab vermir. — Burocan (müzakirə) 09:18, 19 iyun 2021 (UTC)
  • Şərh Şərh: məqaləni mən vikiləşdirdiyim üçün tam neytral qarşılanmaya bilər şərhim. Amma mənə görə yerli səviyyədə tanınan siyasətçidir (Şamaxı). 1990-cı ildən orada vəzifə sahibi olub. Mediada haqqında negativ də olsa xəbərlər var. ADSP özü 1995-2000-ci illərdə parlamentdə əvvəl 1, sonra 2 deputatla təmsil olunub. İlk sədri həm də Günay Bank və Günay qəzetinin təsisçisi olub. Martda ADSP YAP-a birləşib. Media bu mövzudan hədsiz çox yazdı. Hətta Qasım Qasımovdan müsahibələr aldılar mövzu ilə bağlı. Siyasi partiyalar haqqındakı məqaləni işləyəndən şəxsin kimliyi sual altındaydı. Məqaləni görəndə vikiləşdirdim. Düşünürəm ki, sadaladığım faktlar onu ensiklopedik edə bilər. Amma bu mövzuda maraqlandığım üçün şərhim neytral olmaya bilər. - Dr.Wiki54 (müzakirə) 09:11, 20 iyun 2021 (UTC)
Hörmətli Dr.Wiki54, VP:SİYASƏTÇİ kriteriyasının tələbləri konkretdir. ADSP-nin partiya kimi ensiklopedik olması məsələsində sizinlə həmfikirəm. Ancaq siz də kifayət qədər təcrübəli bir istifadəçi kimi bilirsiniz ki, icra başçısının müavini ensiklopedik hesab olunmur. — Burocan (müzakirə) 21:05, 20 iyun 2021 (UTC)
Hörmətli Burocan. Haqlısınız, lakin bu mövzu maraq dairəmdə olduğu üçün neytral yanaşmağım biraz çətindir. Yuxarıda da ətraflı səbəbləri qeyd etmişəm - Dr.Wiki54 (müzakirə) 21:15, 20 iyun 2021 (UTC)

"Dövlət qulluğunda fəqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Bir sual istəyirəm ünvanlayım məqaləni yaradan istifadəçiyə - şəxsin başqa hansı dövlət əhəmiyyətli təltifləri var?— Elshad Iman (Elşad İman) (müzakirə) 17:01, 21 iyun 2021 (UTC)

Dövlət başçısının xüsusi təşəkkür məktubunuda almışdır işlədiyi dövrdə, çox güman ki, ensiklopedikliyin astanasındadır şəxs.— Elshad Iman (Elşad İman) (müzakirə) 17:10, 21 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Konsensus yoxdur. --► Hörmətlə: SolaVirum 17:22, 14 iyul 2021 (UTC)

AXC nazirlikləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hörmətli həmkarlar! Təklif edirəm ki yuxarıdakı məqalələr Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri məqaləsinə birləşdirilsin və Şablon:Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri şablonu silinsin. Çünki, AXC dönəmində 5 hökumət təşkil olunmuşdur. Hər hökumətdə fərqli adda və fərqli funksiyada nazirliklər olmuşdur. Hər biri üçün məqalə yaradılması doğru olmaz. Ümumi mövzu üçün də adqoymanı biz edə bilmərik. Məsələn: Səhiyyə nazirliyi II Xoyski hökumətində yaradılıb və adı "səhiyyə və sosial təminat nazirliyi" olub. Yəni həm sosial təminat həm səhiyyə bir nazirliyin idarəsində olub. Daha sonra nazirlik bölünüb "xalq səhiyyəsi" nazirliyi yaradılıb. Başqa bir səbəb, indiki nazirliklərin böyük əksərriyəti AXC dönəmi nazirlikləri özünün sələfi hesab edir. Buna görə həm onların öz məqalələrində, həm Azərbaycanın ..... nazirlərinin siyahısı tipli məqalələrdə AXC nazirlikləri və nazirləri haqqında məlumat var. O ki qaldı siyahıdakı məqalələrin daxilindəki məlumatlara, o məlumatların 50%-i hansı hökumətdə hansı nazirin olması ilə bağlıdır. Bu onsuz da Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri məqaləsində və hər bir hökumətin öz məqaləsində var. Digər 50% isə fəaliyyət ilə bağlı. Əgər birləşmə qərarı alınsa, səliqəli şəkildə Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri məqaləsinə hökumət alt başlıqları və nazirliklər alt alt başlıqları şəklində birləşdirə bilərəm. Fikirləriniz maraqlıdır.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. Lakin həmçinin qeyd edim ki, iştirak zəifdir, icmanın bu məsələdə güclü konsensusu var deyə bilmərəm. --► Hörmətlə: SolaVirum 17:30, 14 iyul 2021 (UTC)

Seyid Əşrəf Ağa

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Şərh Şərh: Məqaləni SNS-ə təqdim edirəmki fikirlərinizi öyrənəm. Məncə bu səhifə silinərsə düşünürəmki Vikipediyada məqaləsi olan digər seyid adı almış şəxslərində səhifəsi silinməlidir. — MusaSəmədov 17:36, 22 iyun 2021 (UTC)
    Sadəcə "seyid"dirlərsə silinməlidir. Heç bir fəaliyyəti olmayan şəxs haqqında niyə məqalə olmalıdır? NMW03 (müzakirə) 17:38, 22 iyun 2021 (UTC)
    Musa Səmədov, zəhmət olmasa Mirmövsüm Ağa ilə bu şəxsi müqayisə edib ona da sil şablonu əlavə etməyin. Mirmövsüm ağanı tanımayan adam yoxdur. Google-da kiçik bir axtarışla bunu görə bilərsiniz. NMW03 (müzakirə) 17:43, 22 iyun 2021 (UTC)
  • X Silinsin: Azərbaycan yüzlərlə seyid və seyid adına iddia edən şəxs var. İndi hamısı üçün məqalə olmalıdır ? Şəxs əhəmiyyətli deyil. Məqalə silinməlidir. Grenzsoldat (müzakirə) 17:37, 22 iyun 2021 (UTC)
Şərh Şərh: Məqalə onsuz silinib. Bugün boş vaxtım olduğu üçün nəzər yetirə bildim. Təqdim etdiyiniz arqument düzgün deyil (tarixçədəki). Mirmövsüm Ağa ilə müqayisə düzgün deyil. Seyid Mirmövsüm ağa ölkə miqyasında tanınan və haqqında kifayət qədər araşdırma/mənbə olan şəxsdir. - Dr.Wiki54 (müzakirə) 17:40, 22 iyun 2021 (UTC)

Şərh Şərh: Sizin hazırladığınız məqalə ensiklopedi deyil diə silinirsə bu bütün seyidlər üçün keçərli deyil mirmovsüm ağanın məqaləsinə sırf bunun üçün sil şablonu qoyulmasını düzgün hesab etmirəm Tunar.ee

✔ Qalsın: fenomen kimi tanınan seyidlər var, məqalələrinin olması normaldır. Bu məqalənində silinməsinin əleyhinəyəm. Qoy Qalsın — Elshad Iman (Elşad İman) (müzakirə) 19:54, 22 iyun 2021 (UTC)
Niyə əleyhinəsiz? Niyə "qoy qalsın"? "Fenomen kimi tanınan seyidlər var" yəni? NMW03 (müzakirə) 21:41, 22 iyun 2021 (UTC)
Tanınmış seyidlər var, hansıların ki, adları çəkiləndə hamı onları tanıyır. Tanınma səviyyəsi yüksək olanları fenomen kimi qələmə vermək olar.— Elshad Iman (Elşad İman) (müzakirə) 05:20, 23 iyun 2021 (UTC)
Məşhur = ensiklopedik deyə birşey yoxdur. Tiktokerlərə də məqalə yazaq onda NMW03 (müzakirə) 20:22, 23 iyun 2021 (UTC)
NMW03 amma nədənsə yutubrlara məqalə yazılır. — MusaSəmədov 09:57, 24 iyun 2021 (UTC)
Musa Səmədov, hansı yutubrlar? NMW03 (müzakirə) 15:32, 24 iyun 2021 (UTC)
Enes Batur, Orkun İşıtmak və b. — MusaSəmədov 17:49, 24 iyun 2021 (UTC)
Musa Səmədov, Enes Batur VP:AKTYOR kriteriyasına cavab verir. Orkun Işıtmak haqqında isə birçox ikinci dərəcəli mənbələrdə məlumat var. NMW03 (müzakirə) 17:26, 4 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Konsensus yoxdur. --► Hörmətlə: SolaVirum 17:31, 14 iyul 2021 (UTC)

Qayıdış parkı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: Heç bir önəmə sahib olmayan adi bir bağdır. Nə tarixi var, nə əhəmiyyəti var. Sadəcə Cocuq Mərcanlıda olması, bağı əhəmiyyətli eləmir. Eyni mətiqlə Birinci Ağalıda salınacaq bağ üçündə məqalər olmalıdır onda. Grenzsoldat (müzakirə) 21:28, 22 iyun 2021 (UTC)
bu məqalə olmasa belə onsuz Zəngilanda salınacaq Zəfər Meydanı parkı haqqında məqalə mütləq olmalıdır. Yeni salınsa belə tarixi böyük bir parkdır. — MusaSəmədov 23:05, 22 iyun 2021 (UTC)
  •  Birləşdirilsin: və ya X Silinsin: Həmçinin Qəhrəmanlar parkı da. Çünki 270 dən çox milli qəhrəmanımız var. Hər birinin adına məktəb, küçə, park və s var. Hər birinə məqalə yaratmaq doğru deyil. Hətta deyərdim Milli Qəhrəmanlar arasından belə ən tanınan bilinən Mübariz İbrahimovdur. Onun haqqında tutalım park salınsa onun məqaləsi daxilində vetilməlidir. Qaldı ki Qayıdış parkı, o da Cocuq Mərcanlı daxilində verilsə yaxşı olar. Ən azından məlumatın itməməsi üçün. - Dr.Wiki54 (müzakirə) 06:33, 23 iyun 2021 (UTC)
  •  Sürətli qalsın: məncə parklar öz-özlüyündə əhəmiyyət daşıyır. Belə baxanda, Mərkəzi Parkın nə əhəmiyyəti var idi açıldığı gün? Lakin məqaləsi yaradıldı, özü qalıb da. — Bu imzasız yazı Solavirum (müzakirə · fəaliyyət) tərəfindən əlavə edilmişdir.
  • Şərh Şərh: Əlbəttə məqalə bu şəkildə yazılsa silinməyə namizəd göstərilə bilər. Mövzu ensiklopedik olmağına ensiklopedikdir, amma məqalə üzərində işlənməlidir. — Surə 🗯 16:38, 29 iyun 2021 (UTC)
  • X Silinsin: Bütün Heydər Parkları haqqındada məqalə yazılsın bəlkə? Heç bir əhəmiyyəti yoxdur. Niyə qalmalıdır? — NMW03 (müzakirə) 17:21, 4 iyul 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:32, 14 iyul 2021 (UTC)

Xatirə Hüseynova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: qeyri ensiklopedik və mənbəsiz məqalə Tunar.ee

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:33, 14 iyul 2021 (UTC)

Adil Cəfakeş

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:33, 14 iyul 2021 (UTC)

Kliksa

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Məqalə vebsaytlar üçün nəzərdə tutulmuş ensikliopediklik kriteriyalarından heç birinə uyğun gəlmir. Digər dil versiyalarından heç birində də bu haqda məqaləyə rast gəlmədim. — Surə 🗯 17:44, 25 iyun 2021 (UTC)


✅Y SSK-ya əsasən sürətli silinir.— NMW03 (müzakirə) 02:27, 30 iyun 2021 (UTC)

Azərbaycanda geodeziya

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Bu mövzuda ayrı məqalə yaradılması nə dərəcədə doğrudur? — Surə 🗯 06:53, 27 iyun 2021 (UTC) Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:34, 14 iyul 2021 (UTC)

Qarabağın ekoloji problemi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Əslində mövzu ensiklopedikdir. Amma bu halıyla qala bilməz. Ən əsası heç bir mənbə və istinad göstərilməyib. Mövzuda marağı olan istifadəçilərdən biri məqaləni yenidən yaza və ya düzəlişlər edə bilər. — Surə 🗯 07:04, 27 iyun 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:34, 14 iyul 2021 (UTC)

Anta

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Ensiklopedik mövzu olduğunu düşünmürəm. — Surə 🗯 07:15, 27 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:36, 14 iyul 2021 (UTC)

Səyyarə Səyyaf

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Məqalə viki qaydalarına və ya standartlarına uyğun deyil, ensiklopedikliyi şübhə altındadır. Fikirlərinizi bilmək istərdim. Hörmətlə: — Elshad Iman (Elşad İman) (müzakirə) 09:48, 27 iyun 2021 (UTC) Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. İştirak yoxdur. --► Hörmətlə: SolaVirum 17:36, 14 iyul 2021 (UTC)

Qalib Əbdüləliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Konsensus yoxdur. --► Hörmətlə: SolaVirum 17:36, 14 iyul 2021 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1.  Birləşdirilsin: Ramil Səfərov --► Hörmətlə: SolaVirum 21:02, 27 iyun 2021 (UTC)
Bütün mövzu "Ramil Səfərov" məqaləsində əks olunmalıdır. Saxlanılmasında səbəb görmürəm, envikidə də mən deyən formada edilib. Ümumiyyət, məqalə çox tərəfli görünür və stil kitabçasına da uyğun deyil. Məsələn, Fariz Bədəlovun mövzu ilə nə əlaqəsi? Bədəlovun faciəvi ölümünə görə baş verməmişdi bu hadisə.--► Hörmətlə: SolaVirum 21:27, 27 iyun 2021 (UTC)
Məqalə vizual görünüş olaraq bərbaddır. Tərəflidirsə şablon əlavə oluna bilər. Az öncə bu işlə bağlı başqa bir məqaləni təkmilləşdirdiniz. Əslində bu məqaləni də işləsəniz normal vəziyyətə gələ bilər. Məncə ayrı məqalə olaraq qala bilər.@İstifadəçi:Solavirum - Dr.Wiki54 (müzakirə) 21:32, 27 iyun 2021 (UTC)
Vallah məncə POVFORK sayılır. Oturub təkmilləşdirmək olar, amma yenə də məncə Ramil Səfərov məqaləsi içində getməlidir. --► Hörmətlə: SolaVirum 21:38, 27 iyun 2021 (UTC)
@İstifadəçi:Solavirum Əgər belə etsək onda gərək bütün hadisələri aid olan şəxlərin məqaləsinə birləşdirək. Məsələn: Gülər Əhmədova olayı -Dr.Wiki54 (müzakirə) 21:41, 27 iyun 2021 (UTC)
  •  Birləşdirilsin: ayrıca məqalə olaraq yaradıla bilər. Amma bu formada qalması doğru deyil. Bəzi hissələri müvafiq məqaləyə birləşdirilsin. — Surə 🗯 16:34, 29 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:38, 14 iyul 2021 (UTC)

Ukrayna Qarapapaq Türkləri Milli Şurası

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Heç bir əhəmiyyəti olmayan təşkilat və onun yaratdığı medallar:

NMW03 (müzakirə) 08:05, 28 iyun 2021 (UTC)

  1. X Silinsin: Dövlət təltifi deyil. Grenzsoldat (müzakirə) 09:20, 28 iyun 2021 (UTC)
  2. X Silinsin:Burocan (müzakirə) 09:53, 28 iyun 2021 (UTC)
  3. Şərh Şərh: niyə silinsin? "Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)" yubiley medalı - bu məqalə artıq sns olunub tarixcəyə fikir verin zəhmət olmasa. — Elshad Iman (Elşad İman) (müzakirə) 10:16, 28 iyun 2021 (UTC)
  4. X Silinsin: qeyd edim ki, bura səsvermə deyil. Zəhmət olmasa, fikirlərinizi bildirin. Silinmə səbəbinə gəldiksə isə: bu mükafatların demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, UQTMU-nun səlahiyyəti və nüfuzunun ensiklopedik dərəcədə olması şübhə altındadır. --► Hörmətlə: SolaVirum 10:23, 28 iyun 2021 (UTC)
  5. Ukrayna Qarapapaq Türkləri Milli Şurası"Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)" yubiley medalı bu iki məqalə ✔ Qalsın: çünki yubiley medalı artıq SNS olunub, digər medallar isə X Silinsin:. SNS olunmuş məqaləni yenidən silinməyə namizəd göstərmək doğru deyil, bu məsələ ilə əlaqədər əvvəlki müzakirələrdədə danışılmışdı, xatırlasaq yaxşı olar. Məqalə SNS olunubsa yenidən onu silinməyə namizəd verməyin zəhmət olmasa, qaydaları pozmayaq xahiş edirəm.— Elshad Iman (Elşad İman) (müzakirə) 11:46, 28 iyun 2021 (UTC)
Elshad Iman (Elşad İman) niyə məhz həmin məqalə qalsın. Digərləri silinsin? Əvvəllər SNS olub deyə? Əvvəlki "müzakirə" müzakirə yox səsvermə olub. Hamı sadəcə silinsin/qalsın yazıb. NMW03 (müzakirə) 17:20, 4 iyul 2021 (UTC)
NMW03 Bəli, SNS - olduğu üçün qalmasının tərəfdarıyam. SNS olunduğu zaman məqaləyə yekun veriləndə səs verməni nəzərə almasınlarda onda amma nəzərə alınıb saxlanılması üçün qərar qəbul olunubsa bu artıq icmanın fikridir yəni ki, viki icmanın istəyinə əsasən saxlanılıb yekun verilibdir müzakirəyə admin tərəfindən. Məqaləni yaradan istifadəçinin müzakirə səhifəsinə yazmaq lazımdır ki, məqaləniz silinməyə namizəd verilib, bəlkə əsaslı arqumentlər gətirəcək məqalənin qalması üçün.— Elshad Iman (Elşad İman) (müzakirə) 19:03, 4 iyul 2021 (UTC)
  1. X Silinsin: hamısı. Əhəmiyyətli təltiflər deyil. Toghrul R (m) 06:42, 29 iyun 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:39, 14 iyul 2021 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hörmətli həmkarlar, yuxarıdakı kateqoriyada olan bütün məqalələr demək olar ki, qaralama halındadır Hümmət və İttihad fraksiyası ilə bağlı eyni adlı partiyaların məqaləsində məlmat verilib. Sosialistlər fraksiyası məqaləsi məzmunca geniş olsa da, bu mənbədən copy-paste edilib. Həmçinin Hümmət və müstəqillər adlı fraksiya mövcud olmayıb. Daha doğrusu, Hümmət sosialistlərin daxilində olub, müstəqillər isə heç bir fraksiyaya daxil olmayanlar. Düşünürəm ki, bu məqalə yaradıldığı üçün fraksiyaları aid məqalələrə ehtiyac qalmır. - Dr.Wiki54 (müzakirə) 09:13, 30 iyun 2021 (UTC)

✔ Qalsın: qısa və qaralama halında olmaları o demək deyil ki, silinməlidir. Hansısa fraksiya mövcud olmayıbsa, onu müəyyən edib silinməyə namizəd göstərin. --► Hörmətlə: SolaVirum 20:39, 4 iyul 2021 (UTC)
Qısa və qaralama halında olmaları silinmələrinə səbəblərdən biridir. Fraksiyalae haqda məlumatı vermişəm yuxarıda. Hardasa Sosialistlər fraksiyasının qalması ilə razı ola bilərəm. Amma digərləri ilə xeyr. Belə çıxırkı biz indi YAP fraksiyası, AKP fraksiyası, CHP fraksiyası məqalələri də yaratmalıyıq. O dövrdə məsələn Əhrar fraksiyası Əhrar partiyasının üzvlərindən ibarət idi və s. və s. - Dr.Wiki54 (müzakirə) 21:20, 4 iyul 2021 (UTC)
Bizim vikidə elədir ki? Nə absurd yanaşmadır. Mövzu ensiklopedik olan halda, məqalə hər vəziyyətdə qalmalıdır əslində. EnVikidə o gün Zəngəzur dəhlizi məqaləsini silmək istəyirdilər ki, dəhliz fəal deyil. Lakin mövzu özü ensiklopedik olduğundan saxladılar. VP:SSK-da deyilir ki, "Məqalə başlıqdan və bu başlığı çox sadə şəkildə də olsa ifadə edən ən azı bir cümlədən ibarət olmalıdır". --► Hörmətlə: SolaVirum 21:31, 4 iyul 2021 (UTC)
Absurd yanaşma deyil. Envikidəki faktlardan suistifadə etməkdir. Ümumiyyətlə SSK-nın o bəndi absurddur. Filankəs-professor kimi bir şey yazılıb, hansı ki adlıq cümlə hesab olunur. Sonra da çox sadə şəkildə ifadə edilən cümlə “professor, alim “ və s tipli məlumatlar da çox sadə şəkildə ifadə edir də. Sırf bu səbəbdən sürətli silmə kriteriyalaeını tərcümə edib səsverməyə qoyacağam. Bu ayrı məsələ, fraksiyalar üçünsə vəziyyət fərqlidir. Yuxarıda fikrimi normal ifadə etmişəm. Onda belə hesab edək də, YAP özünün rəsmi səhifəsində deputatları parlament fraksiyası üzvü kimi təqdim edir. Sabah bir məqalə açıb YAP fraksiyası adı altında yazılsa o da mı saxlanılacaq? Xeyr. Məclisin çağırışının/Parlamentin müvafiq məqaləsində bu partiyaya/fraksiyaya kim çıxdı, kim daxil oldu , kim öldü və s. kimi məlumatlar var. O dövr üçün olan hər partiyanın/cəmiyyətin öz məqaləsi var. Hər bir məqalədə də parlament üzvlərinin/fraksiyanın fəaliyyəti qeyd olunub. - Dr.Wiki54 (müzakirə) 21:40, 4 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. Konsensus yoxdur. --► Hörmətlə: SolaVirum 17:40, 14 iyul 2021 (UTC)

Ölüm düşərgəsiFaşist həbs düşərgələri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

 Birləşdirilsin: zəhmət olmasa — Nuray95 (müzakirə) 13:05, 30 iyun 2021 (UTC)

Fərqli mövzulardır. Ölüm düşərgəsi en:Extermination camp, Həbs düşərgəsi isə en:Nazi concentration camps adlı məqalədir. Həmçinin bizdə Nasist həbs düşərgələri məqaləsi var. NMW03 (müzakirə) 17:14, 4 iyul 2021 (UTC)
✔ Qalsın:127-ci yapon imperatoru 17:38, 4 iyul 2021 (UTC)
✔ Qalsın:Dr.Wiki54 (müzakirə) 17:49, 4 iyul 2021 (UTC)
Faşist həbs düşərgələriNasist həbs düşərgələri məqalələrini birləşdirmək olar. — Araz Yaquboglu (müzakirə) 04:50, 5 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:42, 14 iyul 2021 (UTC)

Tural Turan

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Kriteriyalardan heç birinə uyğun gəlmir. — Surə 🗯 16:27, 2 iyul 2021 (UTC)

X Silinsin: VP:YARADICIMÜTƏXƏSSİS qaydasına cavab vermir. NMW03 (müzakirə) 17:11, 4 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:43, 14 iyul 2021 (UTC)

Xəzər dənizində partlayış (2021)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1. Şərh Şərh: salam. Burada qeyd etdiyim kimi, namizəd göstərirəm. Düzdü, məqaləni ətraflı şəkildə işləmişəm. Lakin ensiklopedikdir, ya yox. Məncə ona özünüz qərar verin. --► Hörmətlə: SolaVirum 20:38, 4 iyul 2021 (UTC)
    Hələ şərh vermək üçün tezdir. Bəlkə də ensiklopedik olacaq, bəlkə də yox. İndiki halda silsək, sabah ensiklopedik olsa bərpa oluna bilər, amma inanmıram ki, hansısa sns müzakirəsi 1 gündə bitsin. Hələlik qalsın məncə axarına görə qərar verilər - Dr.Wiki54 (müzakirə) 21:22, 4 iyul 2021 (UTC)
Reuters da hadisə barədə yazıb. --► Hörmətlə: SolaVirum 21:29, 4 iyul 2021 (UTC)
X Silinsin: Hadisə haqqında rəsmi açıqlama yoxdur. Nə qədər əhəmiyyətlidir bilinmir. Həmçinin Vikipediya xəbər saytı deyil. Hər hadisə haqqında məqalə olmamalıdır.— NMW03 (müzakirə) 21:52, 4 iyul 2021 (UTC)
X Silinsin: Son işıqlandırmalardan sonra məlum olub ki, həqiqətən də vulkan püskürməsi imiş. Hadisəni niyə ensiklopedik hesab etmirəm izah edim. Birincisi, sosial şəbəkələrdə bir hadisənin çox müzakirə olunması onu ensiklopedik etmir. Özünüz də bilirsiz ki, sosial şəbəkələrdə gündə bir gündəm olur. Eyni məntiqlə gərək biz Van Damın azərbaycanlı qızla evlənməsi məqaləsini də yaratmalıyıq. İkincisi, haqqında xəbər paylaşılması da hadisəni ensiklopedik etmir. Nəriman demiş, Vikixəbərlə Vikipediya məhz buna görə fərqlənir. Bu hadisə o vaxt ensiklopedik olardı ki, vulkan müəyyən itkilərə və ya başqa əhəmiyyətli nəticələrə səbəb olsun. Halbuki bu, nəticəsi olmayan adi təbiət hadisəsi olub və sırf dünən axşam anlaşılmazlıq üzündən xeyli müzakirə olunduğu üçün ensiklopedik olduğunu hesab etmirəm.— 127-ci yapon imperatoru 08:55, 5 iyul 2021 (UTC)
Bu arada, Daşlı ada məqaləsinin bir bölməsində artıq bu vulkan haqqında aid məlumat yerləşdirilib. Məncə kifayətedicidir.— 127-ci yapon imperatoru 09:06, 5 iyul 2021 (UTC)
X Silinsin:Mövzu aşkar oldu. @İstifadəçi:NMW03 və@İstifadəçi:White Demon bəylərə qatılıram. -Dr.Wiki54 (müzakirə) 09:01, 5 iyul 2021 (UTC)
Şərh Şərh: Təbiət kataklizmi baş verən hadisədir. Belə hallar Xəzər dənizində tez-tez baş vermir. Yəni əhəmiyyətli təbii hadisədir. Effekti ölçüyə gəlməzdir. Möhtəşəm mənzərə idi. Ən əsası da təbii. Canlı seyr etmək ayrı zövq verirdi. Ad məsələsi dartışıla bilər. Amma hadisə ensiklopedik sayılır. Əgər təbbi hadisə ilə əlaqədar məqalə yoxdursa adı dəyişməklə saxlanılsın. Məs: "Xəzər dənizində vulkan püskürməsi (2021)". Yeni şəkillərlə də zənginləşdirilə bilər məqalə. Daşlı ada məqaləsinə bölüm kimi əsas məqalə şəklində əlavə edilə bilər. — İrövşən (müzakirə) 09:45, 5 iyul 2021 (UTC)
Rövşən İşık, salam. Məqalənin qalmasına istəyirsinizsə, {{Şərh}} əvəzinə, {{qalsın}} və ya {{sürətli qalsın}} şablonlarından istifadə etmək lazımdır. --► Hörmətlə: SolaVirum 10:02, 5 iyul 2021 (UTC)
X Silinsin: silinməsini dəstəkləyən fikirlərə qatılıram Toghrul R (m) 06:15, 6 iyul 2021 (UTC)
  • X Silinsin: Silinməsi üçün yuxarıda göstərilən arqumentlərə əsasən. — Burocan (müzakirə) 09:20, 6 iyul 2021 (UTC)
  • X Silinsin: bir neçə il əvvəl Azərbaycanda dünyanın ikinci ən böyük palçıq vulkanı püskürmüşdü: Otman Bozdağ. Amma onun belə püskürməsi ila bağlı məqalə yaradılmayıb, sadəcə mövcud məqalə daxilində məlumat verilib. Plus, hal-hazırda söhbətin getdiyi vulkanın adı belə qeydə alınmayıb və Abşeron-Qobustan ərazisindəki palçıq vulkanları ilə ölçücə müqayisə belə edilə bilməz. Amma alov... Müqayisə üçün deyə bilərəm ki, Otman Bozdağ püskürəndə həmin ərazidən bir neçə kilometr uzaqda yaşasam belə alovu güclə görünürdü. Amma bu dəfəki alov xeyli uzaqdakı rayonlardan belə müşahidə edildi. Hər halda bu sadəcə vulkanizm fəaliyyəti deyil. Ətrafında neft-qaz çıxarılan ərazilərdə bu kimi hadisələr baş verə bilər. Nə vaxtsa ərazidə dəqiq araşdırmalar aparılsa və vulkan olaraq qeydiyyata alınsa, böyük ehtimal bu vulkan ən nəhəngləri arasına daxil ediləcək və onun haqqında ayrı məqalə belə yaradılacaq.— Surə 🗯 18:43, 6 iyul 2021 (UTC)
  • ✔ Qalsın: Məncə, geniş ictimai və dövlər rəsmilərinin diqqətini cəlb edən bir vulkan püskürməsi ensiklopedikdir və məqalədə bu göstərilib. — Мурад 97 (müzakirə) 01:10, 13 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:44, 14 iyul 2021 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: hərbi hissənin adının açıq aydın yazılması, hərbi hissəyə aid məlumatların yazılmasına görə silinməyə namizəd vermişəm. Vikiicmanın fikrini də bilmək istəyirəm. Nə dərəcədə düzgündür bu kimi məlumatların vikipediyaya əlavə edilməsi? — Xeyal (müzakirə) 08:19, 6 iyul 2021 (UTC)
✔ Qalsın: Təbii ki, heç bir problem yoxdur. Birincisi, Vikipediya heç bir dövlətə aid olmadığı üçün, ikincisi də bu məlumatlar çox məxfi olsaydı, heç bunlardan xəbərimiz olmazdı.— 127-ci yapon imperatoru 09:07, 6 iyul 2021 (UTC)
✔ Qalsın: Hər hərbi hissəyə məqalə yaradılmamalıdır, həm məxfilik, həm ensiklopediklik baxımından. Lakin hərblə az-çox maraqlanan hər kəs bu hərbi hissə ilə bağlı məlumatlıdır. Son dövrdə Rövşən Əkbərovun həbsi və İkinci Qarabağ müharibəsi məsələni daha da aktuallaşdırıb. Mediada da yetərli məlumat var. Gizliliyi pozmaq belə olar ki, bir nəfər haqqında məxfilik səbəbi ilə heç bir yerdə məlumat olmayan hərbi hissə ilə bağlı ətraflı məqalə yaratsın və faktları ifşa etsin. Amma məqalədə mən məxfiliyin pozulmasını da görmürəm. — Dr.Wiki54 (müzakirə) 09:14, 6 iyul 2021 (UTC)
P.S.: Bu hərbi hissə artıq mövcud deyil. - Dr.Wiki54 (müzakirə) 09:37, 6 iyul 2021 (UTC)
  • X Silinsin: Mən ümumiyyətlə sözügedən məqalənin ensiklopedikliyinin şübhəli olduğunu düşünürəm. Bundan əlavə, mənbə məsələsində də problemlər mövcuddur. — Burocan (müzakirə) 09:48, 6 iyul 2021 (UTC)
  •  Sürətli qalsın: absurddur. Məqalədəki məlumatlar məxfi sənədlərdən çıxmayıb, dövlət nəyi ictimai yayıbsa, onu ehtiva edir. Hərbi hissə isə özü ensiklopedikdir. XTQ-dən əvvəl ilk xüsusi təyinatlı qüvvə olub Azərbaycanda. --► Hörmətlə: SolaVirum 14:01, 7 iyul 2021 (UTC)
Ayrı-ayrılıqda bütün hərbi hissələrə məqalə yaradıla bilməz axı. XTQ-dən əvvəl ilk xüsusi təyinatlı qüvvə olduğuna dair əlinizdə etibarlı mənbə varmı? — Burocan (müzakirə) 09:48, 8 iyul 2021 (UTC)
Qeyri-adi əhəmiyyətə malikdirsə, hə, olar yaratmaq. Əksini iddia edən bir şey yoxdur axı. Open-source mənbələrlə də məntiqi belə gedir. Bizdə yoxdur, amma bunu oxuya bilərsiniz. --► Hörmətlə: SolaVirum 18:01, 8 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:45, 14 iyul 2021 (UTC)

Telman Həsənov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Heç yerdə mənbə tapa bilmədim. Sadəcə döyüşdə yaralanıb və vafat edib? İngiliscə Vikipediyada şəxsin Azərbaycanın Milli Qəhrəmanı olduğu yazılıb amma bunla bağlı nəinki mənbə, heç azvikinin özündə belə məlumat yoxdur. NMW03 (müzakirə) 08:46, 7 iyul 2021 (UTC)

NMW03 siz envikidə MQ yazılan hissələrində düzəliş edə bilərsiz. — Araz Yaquboglu (müzakirə) 09:21, 7 iyul 2021 (UTC)
Envikidəki məqalə böyük ehtimalla silinəcək.— NMW03 (müzakirə) 13:42, 7 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verilmişdir. --► Hörmətlə: SolaVirum 17:46, 14 iyul 2021 (UTC)

Texnikumlar, kolleclər və musiqi məktəbləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
  2. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci
  3. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
  4. Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
  5. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
  6. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci
  7. Naxçıvan Dövlət Texniki Kolleci
  8. Loğman (tibb məktəbi)
  9. Naxçıvan Tibb Kolleci
  10. Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci
  11. Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci
  12. Şamaxı Humanitar Kolleci
  13. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
  14. Şuşa Humanitar Kolleci
  15. Şuşa Musiqi Kolleci
  16. Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbi
  17. Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbi
  18. Ağcabədi rayon Hindarx qəsəbə uşaq musiqi məktəbi
  19. Ağcabədi rayon Hüsülü kənd uşaq musiqi məktəbi
  20. Ağcabədi rayon Xocavənd kənd uşaq musiqi məktəbi
  21. Ağcabədi rayon Kəhrizli kənd Səbuhi Nuriyev adına uşaq musiqi məktəbi
  22. Ağcabədi rayon Sarıcalı kənd uşaq musiqi məktəbi
  23. Ağcabədi şəhər uşaq musiqi məktəbi
  24. Ağdam rayon Xındırıstan kənd Şəmsi Bayramov adına uşaq musiqi məktəbi
  25. Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbi
  26. Ağdam şəhər Xan Şuşinski adına uşaq muğam musiqi məktəbi
  27. Ağdam şəhər Qurban Pirimov adına 2 nömrəli uşaq musiqi məktəbi
  28. Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi
  29. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
  30. Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi
  31. Xırdalan şəhər onbirillik musiqi məktəbi
  32. Qobu qəsəbə uşaq incəsənət məktəbi
  33. Quba şəhər uşaq musiqi məktəbi
  34. Saray qəsəbə uşaq incəsənət məktəbi
  35. Üzeyir Hacıbəyli adına Qarabağ muğam mərkəzi
  36. Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbi
  37. Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi

Heç bir əhəmiyyəti olmayan, bir cümləlik məqalələr. Vikipediya kataloq deyil ki bütün məktəblər haqqında məqalə olsun. NMW03 (müzakirə) 10:23, 8 iyul 2021 (UTC)

Bu müzakirədə yuxarıdakı bir neçə təhsil müəssisəsinin adı var onsuz da. Yenə də eyni fikirdəyəm. Hamısı silinməlidir. Səbəbləri bundan öncəki eyni tipli müzakirələrdə bildirmişəm - Dr.Wiki54 (müzakirə) 13:39, 8 iyul 2021 (UTC)

: Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci ✔ Qalsın:, digərləri X Silinsin:Dr.Wiki54 (müzakirə) 13:41, 8 iyul 2021 (UTC)

✔ Qalsın: Fikrimcə qalmalıdı hamısı, qaralama halında olmayanların hamısı qalmalıdı. Ümumiyyətlə bu qədər məqaləni kütləvi halda silmək heç doğru deyil. Hətta bir müddət öncə üç beş nəfərin rəyinə əsasən bütün məktəblərin məqalələri silinmişdir. Bu cür kütləvi silinmələr burada deyil daha geniş müzakirə olunmalıdı. Çünki çox istifadəçi daxil olmur buraya. — eldarado 13:45, 8 iyul 2021 (UTC)
Məqalələrin silinməsi burda müzakirə edilir. Müzakirəyə qatılmayanları məcbur edə bilmərik ki gir filan müzakirədə fikir bildir. NMW03 (müzakirə) 14:22, 8 iyul 2021 (UTC)
Hörmətli Eldarado-nun fikrinə qatılmıram. 3-5 istifafəçinin fikriylə məqalə yaradıla bilirsə, 3-5 istifadəçinin fikriylə də məqalə silinə bilər. Silinməsi üçün müzakirə yeri də SNS olduğuna görə burada qaydalardan kənar bir şey yoxdur. Bura daxil olmamaq isə ayrı məsələdi. Kənd Meydanında neçə gündür neçə müzakirə aktivdir 3-4 istifadəçidən başqa heç kim fikir bildirmir. Problem SNS-də deyil, ümumi aktivlik düşüb. Belə də, adı çəkilən əksər (%99) məqalələr q.e. və qaralamadır. — Bu imzasız yazı Dr.Wiki54 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;- 14:50, 8 iyul 2021 (UTC)
Dr.Wiki54, qaydalardan kənara çıxıldığını qeyd etmədim. Kütləvi halda məqalələrin silinməsinin yaxşı hal olmadığını bildirdim. — eldarado 06:11, 9 iyul 2021 (UTC)
Təbii ki, bu sizin fikrinizdir, hörmətlə yanaşıram. Amma kütləvi məqalə yaratmaq nə qədər yaxşıdırsa (neçə illərdir bu praktika var), məncə, kütləvi silmə də (qaydalara uyğun olmadığı halda) o qədər normaldır. -Dr.Wiki54 (müzakirə) 06:58, 9 iyul 2021 (UTC)
✔ Qalsın:Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbi, Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi MəktəbiFidan Hacıyeva adına Vokal Musiqi MəktəbiPatriot Kor (müzakirə) 07:07, 10 iyul 2021 (UTC)

Şərh Şərh::Bu məqalələrin bir çoxu mənim tərəfimdən yaradılıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbiHüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbini tarixlərinə görə ensiklopedik saymaq olar. Nəzərə alsaq ki, ən azı 60 illik tarixi olan təhsil ocaqlarıdırlar və Azərbaycan musiqisinə xidmət ediblər. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbini isə (istinadlarına əsasən) ölkədə ilk özəl musiqi məktəbi kimi ensiklopedik hesab etmək olar.— Patriot Kor (müzakirə) 07:25, 9 iyul 2021 (UTC)

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (köhnə Asəf Zeynallı), Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci (köhnə Əzimzadə), Bülbül adına Orta İxtisas Musiqi Məktəbi (əhəmiyyətli məktəbdir) ✔ qalsın. Qalanları isə X silinsin Toghrul R (m) 06:31, 14 iyul 2021 (UTC)
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi ✔ Qalsın:, digərləri isə X Silinsin: - Dr.Wiki54 (müzakirə) 09:59, 14 iyul 2021 (UTC)

❌N Bir-iki cümlədən ibarət olan və eyni zamanda istinadı olmayan məqalələr, Səhifə silmə kriteriyaları silindi. Hörmətlə — eldarado 06:11, 16 iyul 2021 (UTC)— eldarado 06:11, 16 iyul 2021 (UTC)

Şablonlar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Dəyərli həmkarlar! Təklif edirəm ki, Şablon:Dövlət xadimiŞablon:Siyasətçi şablonlarını birləşdirək. Türkcə və İngiliscə vikipediyada müvafiq şablonlar bizim Şablon:Dövlət xadiminin də intervikisi olan “Infobox officeholder”/“Makam sahibi bilgi kutusu” şablonu şəklində istifadə olunur. Biz də oxşar adlandırmayla birləşdirilmiş vahid şablon etsək daha səmərəli olar. Çünki bir çox halda partiya funksionerləri və s. aid məqalələrdə dövlət xadimi şablonundan istifadə etmək əlverişli olmur. Amma siyasətçi şablonu da yetərli deyil. Bizdəki versiya rus vikipediyasına uyğun tətbiq olunub. “Infobox officeholder” şablonunun 110-dan çox vikidə istifadəsi var, siyasətçinin isə təqribi 40. Qısaca birləşdirilərək yeni adda şablon olması məncə daha əlverişli olar.Təbii ki, siz dəyərli həmkarların fikirləri də mənim üçün maraqlıdır. — Dr.Wiki54 (müzakirə) 09:00, 2 iyun 2021 (UTC)

 Birləşdirilsin:Dr.Wiki54 (müzakirə) 09:00, 2 iyun 2021 (UTC)

Şərh Şərh: Əslində təklifiniz yaxın tarix kontekstində maraqlıdır. Ancaq nəzərə almaq lazımdır ki, fəaliyyətləri orta əsrləri əhatə edən bir sıra tarixi şəxsiyyətlərdə "Dövlət xadimi" şablonunda istifadə zəruridir. Məsələn, Pənahəli xan məqaləsində istifadə olunan şablonun qeyd etdiyiniz “Infobox officeholder”/“Makam sahibi bilgi kutusu” şablonu ilə əvəzlənməsinin yaradacağı mümkün nəticələr məncə müzakirə edilməlidir. — Burocan (müzakirə) 14:42, 2 iyun 2021 (UTC)

Şərh Şərh: Hörmətli Burocan, mən sizin kimi düşünmürəm. Əslində Pənahəli xan, Sultan Süleyman və s kimi insanların məqalələrində şablon:dövlət xadimindən istifadə olunmamalıdır. İngiliscə və Türkcə vikipediyada “Infobox royalty”/“Kraliyet bilgi kutusu” adlı şablon var müvafiq məqalələr üçün. Kraliyət/Xanədan/Sülalə/Şah/Xan/Bəy və s. kimi şəxslər haqqında məqalədə yeni şablon yaradaraq ondan istifadə edə bilərik.— Dr.Wiki54 (müzakirə) 15:02, 2 iyun 2021 (UTC)
Dr.Wiki54, təşəkkürlər məlumat üçün. Belə olan halda  Birləşdirilsin:. — Burocan (müzakirə) 15:05, 2 iyun 2021 (UTC)
 Birləşdirilsin: {{Siyasətçi}}də olan bütün parametrlər onsuz da {{Dövlət xadimi}}ndə var. Məzmun baxımından da olduqca yaxındırlar. Mən də birləşdirilməsinin tərəfindəyəm. Qədim dövrdə yaşayan rəhbərlər üçün ayrısını hazırlayıb yeni parametrlər əlavə etmək olar (sülalə gerbi, möhürü və s.) Toghrul RM/F 07:18, 3 iyun 2021 (UTC)
Şərh Şərh: Hörmətli Toghrul RBurocan, fikirləriniz üçün bir daha təşəkkürlər. Əlavə olaraq, məncə, birləşdiriləcəyi halda şablon yeni adla adlandırılmadır. Hərfi tərcüməylə "Vəzifə sahibi" adı daha uyğun olsa da, kobud səslənir. Bu barədə fikirləriniz maraqlıdır. — Dr.Wiki54 (müzakirə) 07:39, 3 iyun 2021 (UTC)
Hörmətli Dr.Wiki54, məncə şablon ilk kateqoriyadan olan məqalələr üçün "Vəzifəli şəxs", ikinci (tarixi rəhbərlər) kateqoriyadan olan məqalələr üçün "Hökmran", yaxud "Hökmdar" adlandırıla bilər. — Burocan (müzakirə) 08:26, 3 iyun 2021 (UTC)
@Burocanın təklifi əladır. Padşah, kral, kraliça və s. adları "Hökmdar"a yönləndirmək olar, hamısı vahid olar. Toghrul RM/F 06:49, 4 iyun 2021 (UTC)
 Birləşdirilsin: Tam razıyam. Yeni şablonun yaradılması və tətbiqi ilə bağlı kömək etməyə daim hazıram. — Surə 🗯 16:22, 29 iyun 2021 (UTC)
NMW03, AWB ilə bunu həll edə bilərsiniz? Mən edə bilmədim, axırıncı dəfə bir neçə il əvvəl işlətmişdim. Arxivləşdirmək lazımdır, təkcə bu qalıb. --► Hörmətlə: SolaVirum 17:47, 14 iyul 2021 (UTC)

Yekunlaşdırma: {{Dövlət xadimi}} şablonuna birləşdirildi.— NMW03 (müzakirə) 20:31, 29 iyul 2021 (UTC)

Küçə şablonları

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hamısı eyni parametrlərdən ibarətdir. Tək fərqləri dizaynlarıdır hansı ki hər cihazda eyni görünmür və lazımsızdır. Konsensus əldə olunarsa hamısını bir şablonda toplayacam.

NMW03 (müzakirə) 16:41, 4 iyun 2021 (UTC)

 Birləşdirilsin: NMW03 ilə razıyam. Əgər hər ensiklopedik şəhər/rayon/bölgə üçün şablon yaratsaq lüzumsuz şablon yığınına çevrilər. Vahid şablon daha məntiqlidir. — Dr.Wiki54 (müzakirə) 16:49, 4 iyun 2021 (UTC)
NMW03, bunu da. --► Hörmətlə: SolaVirum 17:47, 14 iyul 2021 (UTC)

Yekunlaşdırma: {{Küçə}} şablonu ilə birləşdirildi.— NMW03 (müzakirə) 19:37, 29 iyul 2021 (UTC)

Dillərin tipoloji bölgüsü

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1.  Birləşdirilsin: Linqvistik tipologiya eyni mövzudur, önəmli şey varsa, köçürülsün bura. --► Hörmətlə: SolaVirum 15:37, 8 iyul 2021 (UTC)
  2.  Birləşdirilsin:Dr.Wiki54 (müzakirə) 15:40, 8 iyul 2021 (UTC)
  3.  Birləşdirilsin: — ►Doctor 12:45, 31 iyul 2021 (UTC)

Çığırğan cüllütÇökükburun cüllüt

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Bunların birləşdirilməsi fikrimcə mümkündür. Envikidə də yönləndirmə edilib. Mövzudan anlayışı olanlar fikir bildirsinlər. — Araz Yaquboglu (müzakirə) 05:07, 9 iyul 2021 (UTC)

 Birləşdirilsin: tamamilə eynidir. — Surə 🗯 19:27, 14 iyul 2021 (UTC)
 Birləşdirilsin: - Dr.Wiki54 (müzakirə) 19:29, 14 iyul 2021 (UTC)
 Birləşdirilsin: Məncə də eynidir.—  Toqoo  ✉  01:31, 30 iyul 2021 (UTC)

Yekunlaşdırma: Çökükburun cüllüt bir cümlədən ibarət olduğu üçün silindi.— NMW03 (müzakirə) 00:39, 12 avqust 2021 (UTC)

Zəngəzur qəzasında soyqırımlar (1918-1920)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1.  Birləşdirilsin: Zəngəzur qırğınları. Eyni şeydir --► Hörmətlə: SolaVirum 15:08, 9 iyul 2021 (UTC)
  •  Birləşdirilsin: müzakirəsiz də icra oluna bilər. Zəngəzur qırğınları bir şəxs tərəfindən redaktə edilib və "əhəmiyyətsiz" redaktə tarixçəsinə sahib məqalədir. Bir başa istiqamətləndirməyə çevrilə bilər. — Dr.Wiki54 (müzakirə) 15:12, 9 iyul 2021 (UTC)
  • Salam həmkarım User:Solavirum.Ensiklopediyada adı Zəngəzur qırğınları getdiyi üçün məqaləni elə yaratdım. Öncədən olduğunu bilsəydim yaratmazdım. Diqqətiniz üçün təşəkkür eidrəm. Birləşdirərəm. Hörmətlə — A.Aida88 (müzakirə) 06:34, 14 iyul 2021 (UTC)
 Birləşdirilsin: Toqoo  ✉  01:32, 30 iyul 2021 (UTC)

Yekunlaşdırma: Artıq birləşdirilib.— NMW03 (müzakirə) 00:40, 12 avqust 2021 (UTC)

Pantural

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: VP:EƏK qaydalarına uyğun gəlmir. Reklam xarakterli məqaləyə oxşayır, "Həyatdakı məqsədi mövcudsuzluğu axtarıb tapmaqdır" kimi ifadələr var məqalədə. --► Hörmətlə: SolaVirum 22:36, 11 iyul 2021 (UTC)
✔ Qalsın: Pantural dünya üzrə tanınmış qrafik dizaynerdir. Bir sıra xarici layihələrdə iştirak edib. 2008-ci ildən tanıyıram və fəaliyyətini izləyirəm. Lakin məqalədə bəzi ensiklopedik xarakter daşımayan cümlələr var ki, fikrimcə onlar çıxarılaraq məqalə saxlanılmalıdır. — eldarado 05:28, 12 iyul 2021 (UTC)
Şərh Şərh: Ahhh, yenə bu. Adam dörd dildə məqalə yaratdırıb, özünün "cool" şəkillərini yerləşdirib, bir də öz həyat fəlsəfəsində mətn yazdırıb. Əlavə olaraq, öz "Instagram" səhifəsində fəxrlə qeyd edib ki, özü haqqında Vikipediyada məqalə var. Vah, möhtəşəm bir "Vikibiznes" nümunəsi! Dünən kişilərə qadınları zorlamağa çağırış edən bu adam sırf bu misoginist ifadələrinə görə tanınır (daha doğrusu, söyülür). Kamil Zeynallının məqaləsini sildirdiniz ki, məşhurluq ensiklopediklik deyil. Bəs bu? Gəlin bir dəfə də Vikipediya icmasını təhqir etməyək. --► Hörmətlə: SolaVirum 12:18, 12 iyul 2021 (UTC)
  • ✔ Qalsın:Baskervill (müzakirə) 16:17, 12 iyul 2021 (UTC)
  • X Silinsin: mən açığı anlamıram bu şəxs niyə görə ensiklopedik hesab olunmalıdır. Şəxsi ancaq bu qalmaqaldan sonra tanıdım. Sosial şəbəkədə böyük kütləyə sahib olmaq bəs etmir, konkret fəaliyyət lazımdır. Halbuki bu şəxs ancaq iki film istehsal edib və deyilənə görə guya dünyaca məşhur dizayner imiş (halbuki bunu təsdiqləyəcək ingilisdilli mənbələr tapmadım). Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasının "Yaradıcı şəxslər" bölməsinə baxıram, 4 meyarın heç birinə uymur. Mən uzun müddət animelər barədə məqalə yaradan şəxs kimi deyə bilərəm ki, bir-iki əsər müəllifi olmaq şəxsin məqaləsinin yaradılmasına əsas vermir. O qədər anime bəstəkarı var ki, ancaq 2-3 animedə işləyib, amma EnVikidə məqaləsi yoxdur. Hətta mən yaradanda silmişdilər ki, bəs bu adamın cəmi 1-2 işi var, təkcə animesinin məqaləsinə yönləndirmə verə bilərik. Onda niyə bu adam sırf 2 film çəkib deyə məqaləsi olmalıdır? Dizaynerliyinə gəldikdə isə bunu üçün də konkret dizayner fəaliyyəti olmalıdır, hansısa məşhur layihədə əhəmiyyətli işləri olmalıdır. Atıram, məsələn, mötəbər turnirin loqosunu dizayn etdisə, bəlkə baxmaq olar. Amma məqalədə bunu qətiyyən görmürəm. O boyda BossLogic bundan daha böyük kütləyə malikdir, uzun müddətdir izləyirəm, amma nədənsə məqaləsini görmürəm heç yerdə.— 127-ci yapon imperatoru 21:25, 12 iyul 2021 (UTC)
  • Şərh Şərh: Təzə 03/07/2021 (GƏLƏCƏK FİLM TREYLERİ)Elshad Iman (Elşad İman) (müzakirə) 15:45, 14 iyul 2021 (UTC)
    yəni? NMW03 (müzakirə) 18:01, 14 iyul 2021 (UTC)
yəni filmin Rejissorluğunu, baş rol ifaçılığını, montajını və vizual effektlərini Pantural özü tək başına işlədiyinə görə filmin hazırlanması uzanıb, daha sonra isə pandemiya qadağaları prosesi dahada uzadıb amma bu ilin oktyabr ayına kimi film işıq üzü görməlidir. Büdcəsi təxminən 5.000.000 manat civarındadır. — Elshad Iman (Elşad İman) (müzakirə) 20:02, 14 iyul 2021 (UTC)
Bunlar haqqında mənbə var, yoxsa özü deyib sizə? --► Hörmətlə: SolaVirum 08:32, 18 iyul 2021 (UTC)
@Solavirum Bəli, mənbə var. Buyurun oxuyun Panturalın 5 milyon manatlıq büdçəyə sahib olan yeni layihəsi bu ilin sonu işıq üzü görəcəkElshad Iman (Elşad İman) (müzakirə) 12:18, 18 iyul 2021 (UTC)
Bu mövzu ilə bağlı çox da məlumatım yoxdur deyə şərh bildirmək istəmədim. Amma @İstifadəçi:Elshad Iman (Elşad İman) göstərdiyiniz mənbə Vikipediya:Etibarlı mənbələr qaydasına əsasən etibarlı mənbə sayılmır. - Dr.Wiki54 (müzakirə) 06:22, 20 iyul 2021 (UTC)
@Dr.Wiki54 etibarlı mənbə - vesti.az, etibarlı mənbə - IMDb.com internet movie database, etibarlı mənbə - isni.org International Standard Name IdentifierElshad Iman (Elşad İman) (müzakirə) 07:45, 20 iyul 2021 (UTC)
@İstifadəçi:Elshad Iman (Elşad İman) Mən sizin yuxarıda göstərdiyiniz mənbəni nəzərdə tutdum. -Dr.Wiki54 (müzakirə) 07:48, 20 iyul 2021 (UTC)
@Dr.Wiki54 Bəli, aydın oldu siz vetenperver.info-nu nəzərdə tutmusunuz yuxarıda amma ümumən etibarlı mənbə məqalədə yoxdu demirsiniz, çünki etibarlı mənbələr məqalədə var, düzdür? — Elshad Iman (Elşad İman) (müzakirə) 07:52, 20 iyul 2021 (UTC)
@İstifadəçi:Elshad Iman (Elşad İman) "vetenperver.info etibarlı mənbə deyil" demək istəmişəm. - Dr.Wiki54 (müzakirə) 07:53, 20 iyul 2021 (UTC)
Bəli, bir-birimizi çox yaxşı anladıq. — Elshad Iman (Elşad İman) (müzakirə) 08:07, 20 iyul 2021 (UTC)
Xeyal Azerbeyli nəyə əsasən deyirsiniz silinsin, arqument göstərmədən silinsin demək səhf etmirəmsə nəzərə alınmır müzakirədə. SNS müzakirəsi səs vermə deyil.— Elshad Iman (Elşad İman) (müzakirə) 15:36, 28 iyul 2021 (UTC)
❌N Saxlanılmasına qərar verildi. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:26, 10 avqust 2021 (UTC)
Hörmətli Eldarado, məqalənin saxlanılması ilə bağlı qərarı düzgün hesab etmirəm. Qalmasını dəstəkləyənlərdən sadəcə 2-3 nəfər arqument göstərməyə cəhd edib, mən isə konkret Yaradıcı şəxslər bölməsindən əsas gətirmişəm. Bundan əlavə, hətta EnVikidə düz 3 dəfə məqaləni qaralamadan çıxarmaqdan imtina ediblər ki, istinadlar şəxsin ensiklopedik olduğunu sübut etməyə bəs etmir. Hətta RuVikidə də silinməyə namizəddir. Düşünürəm ki, belə halda məqalənin saxlanılması üçün kifayət qədər əsas yoxdur ortada.— White Demツnyaz 12:52, 10 avqust 2021 (UTC)
Hörmətli White Demon, o zaman üçüncü tərəf idarəçi yekunlaşdırsın müzakirəni. Mən yekunlaşdırmanı qaldırdım. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:45, 10 avqust 2021 (UTC)

Müzakirəni yekunlaşdıracaq idarəçiyə bir daha meyar-meyar xatırladım ki, məqaləni niyə qeyri-ensiklopedik hesab edirəm. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasının Yaradıcı mütəxəssislər bölməsinin 4 meyarı nə deyir?

  1. ❌N Şəxs vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir. Mən şəxsən nə məqalədə, nə də başqa yerdə bu şəxsin Azərbaycanın və ya xarici ölkələrin məşhur rejissorları tərəfindən bəhs edilməsi və adının çəkilməsi barədə məlumata rast gəlmədim. Şəxsin həmkarları tərəfindən istinad edildiyinə dair məlumat tapmadım.
  2. ❌N Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır. Şəxs film sahəsində hansısa yeni texnika və ya konsepsiyaya imza atmayıb, ən azından məqalədə və ya başqa yerdə bu barədə məlumata rast gəlmədim.
  3. ❌N Şəxs müstəqil kitabın, filmin və ya çoxsaylı dövri nəşrlərin mövzusunu təşkil etmiş əhəmiyyətli və ya məşhur bir işin icraçısı və icrasında iştirakçı olmuşdur. Şəxs cəmi 1 film çəkib, o film də ki, müstəqil deyil, Pantural Production tərəfindən çəkilib. Odur ki, bu meyar da şəxsin ensiklopedik sayılmasına imkan vermir.
  4. ❌N Şəxsin işi əhəmiyyətli abidə, mühüm bir sərginin vacib hissəsi olmuş, tənqidçilərin diqqətini əhəmiyyətli dərəcədə cəlb etmiş, yaxud bir neçə məşhur muzey və ya qalereyanın daimi kolleksiyaları arasında təmsil olunmuş, yaxud işləri bir sıra məşhur kitabxanada yer almışdır. Şəxsin yaradıcılığı barədə abidə, sərgi, kütləvi tənqid, muzey, qalereya, kolleksiya heç vaxt olmayıb, ən azından bunla bağlı məqalədə bunla bağlı heç bir məlumat tapmadım.— White Demツnyaz 14:09, 10 avqust 2021 (UTC)
Elshad Iman (Elşad İman), mən demirəm ki, şəxs rejissor deyil. Deyirəm ki, ensiklopedik rejissor hesab etmirəm. Siz deyirsiz ki, şəxs ensiklopedikdir, amma hansı qaydaya əsasən, göstərmirsiz və saydığım 4 meyarın heç birinə münasibət bildirməmisiz. Şəxs ensiklopedikdirsə, niyə o 4 meyarın heç birinin tələblərinə cavab vermir?— White Demツnyaz 17:23, 10 avqust 2021 (UTC)
Sual verən bir qayda olaraq cavab gözləyir. Tanınmış kinorejissordursa deməli ensiklopedikdir, Pantural tanınmışlar siyahısındadır ona görədə ensiklopedikdir. Bir əlavə mənbədə əlavə edəcəm məqaləyə, burada sizədə təqdim edim - Top Gear, İngilis avtomobil jurnalı və televiziya proqramıdır. 2-ci azərbaycanlı qrafik dizayner göstərin ki, işi ilə beynəlxalq səviyyədə tanınsın, Panturalın işi avropada təqdim olunur. Qrafist kimi yetərincə tanınır, əgər inanmırsınızsa onda yazın 3D max məktəbinə Kanadaya (Seneca College – School of Creative Arts & Animation, Toronto, ON, Canada) görün PANTURAL adında azərbaycandan qrafik dizayner tanıyırlarmı, sual ünvanlayın. — Elshad Iman (Elşad İman) (müzakirə) 19:11, 10 avqust 2021 (UTC)
Elshad Iman (Elşad İman), əgər şəxs dünyaca tanınmış şəxsdirsə, bəs niyə EnVikidə 3 dəfə məqalənin qaralamadan çıxarılmasından imtina edilib?— White Demツnyaz 19:30, 10 avqust 2021 (UTC)
Çünki məqalədə şəxsin fəaliyyətindən çox həmin hadisə haqqında yazılıb. Onlarda normal olaraq VP:1H qaydasını göstərirlər. NMW03 (müzakirə) 19:35, 10 avqust 2021 (UTC)
Bəli, NMW03 vurğuladığı kimi - çünki məqalədə şəxsin fəaliyyətindən çox həmin hadisə haqqında yazılıb. — Elshad Iman (Elşad İman) (müzakirə) 19:45, 10 avqust 2021 (UTC)
Mən də gördüm, kimsə orda One Event tətbiq etmək istəyib. VP:1H əsasən məqalə əslində ensiklopedik hesab oluna bilər, o hadisə nə dərəcədə əhəmiyyətli hadisədir ki? O da ayrı mübahisə mövzusudur.— White Demツnyaz 19:46, 10 avqust 2021 (UTC)
Önəmli hadisə deyilki təbii ki. Qaydada I Dünya müharibəsinə səbəb olan hadisə nümunə kimi göstərilib) Bundan anlamaq olar. NMW03 (müzakirə) 00:30, 11 avqust 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Şəxs haqqında araşdırma etdikdə görünür ki qalmaqaldan əvvəl şəxs haqqında ikinci dərəcəli mənbələrdə çox az məlumat və ya sadəcə adının keçdiyi xəbərlər var. Qalsın deyən istifadəçilərin əksəriyyəti arqument göstərməyib və sadəcə {{qalsın}} yazmaqla kifayətləniblər. Göstərilən arqumentlərə tək White Demon-un arqument(lər)i bəs edir ki şəxsin qeyri-ensiklopedik olduğu anlaşılsın. — NMW03 (müzakirə) 00:49, 12 avqust 2021 (UTC)

Natalin Avcı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Stil kitabçası pozuntusu ilə əlaqədar məqalənin silinməsinin tərəfdarıyam.— Elshad Iman (Elşad İman) (müzakirə) 17:18, 13 iyul 2021 (UTC)

X Silinsin: Məqalə qaralama halındadır. Heç trvikidə şəxs haqqında məqalə yoxdur. Məqalədə tək mənbənin adı belə düzgün yazılmayıb. - Dr.Wiki54 (müzakirə) 09:57, 14 iyul 2021 (UTC)
X Silinsin: Mən silinməsini doğru hesab edirəm—  Toqoo  ✉  01:36, 30 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 00:42, 12 avqust 2021 (UTC)

Şamil Muxtarov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Məqalə tam mənbəsiz olduğu üçün, tərəfimdən SNS-ə təqdim olunur.— Elshad Iman (Elşad İman) (müzakirə) 18:03, 13 iyul 2021 (UTC)

X Silinsin: II DM-də səhv etmirəmsə Azərbaycandan 300-400 min nəfər həlak olub. Əgər şəxsin xüsusi bir medalı, ordeni, təltifi yoxdursa, məqalə qeyri-ensiklopedikdir. - Dr.Wiki54 (müzakirə) 09:54, 14 iyul 2021 (UTC)
X Silinsin: Mənbəsiz olmağı bir yana şəxs VP:HƏRBÇİ qaydasına əsasən ensiklopedik deyil.— NMW03 (müzakirə) 05:24, 20 iyul 2021 (UTC)
X Silinsin:- anvar62

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 00:42, 12 avqust 2021 (UTC)

Nizami Mürsəlov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Ensiklopedik olması ilə əlaqədar şübhələr var. Siz necə düşünürsüz? Ensiklopediya üçün əhəmiyyətli şəxsdir ya yox? — Elshad Iman (Elşad İman) (müzakirə) 15:36, 14 iyul 2021 (UTC)

  1. ✔ Qalsın: VP:EƏEX qaydalarına uyğun gəlir məncə. --► Hörmətlə: SolaVirum 15:56, 14 iyul 2021 (UTC)
Elshad Iman (Elşad İman), problem deyil. 1, 4 və 5-ci bəndləri ödəmir sizcə də? --► Hörmətlə: SolaVirum 17:49, 14 iyul 2021 (UTC)
Kriteriyaları tam ödəmir, o üzdən ensiklopedik hesab etmirəm.— Elshad Iman (Elşad İman) (müzakirə) 20:04, 14 iyul 2021 (UTC)

Dr Sami Samin

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

✔ Qalsın:: bu wikipediyanı silməzdən öncə Dr Sami Samin hoca barəsində araşdırma edin, və dünyaca tanınmış şəxsiyyət olduğuna əmin olun. Məqalə wikipediya qaydalarına uyğun deyilsə, zəhmət olmasa qaydalara uyğun yayım etməyimizə kömək olun. Təşəkkürlər. — Bu imzasız yazı Bytar57 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

✔ Qalsın: Məqalədən xarici bağlantılar qaldırıldı, Dr. Sami Samin bəy dünyaca tanınmış həkimlərdəndir, bir çox müsahibələri var və saytlar haqqında məqalələr dərc edibdir. — Bu imzasız yazı Bytar57 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; istifadəçinin səsvermə hüququ yoxdur (bax: VP:SV)

X Silinsin: Şəxsi ensiklopedik edən heçnə tapa bilmədim, həmçinin reklam olunma təəssüratı yaradır.— Nicat49   müzakirə 15:35, 15 iyul 2021 (UTC)
X Silinsin: müraciətdəki arqumentlər əsasında. --► Hörmətlə: SolaVirum 15:52, 15 iyul 2021 (UTC)
X Silinsin: Məqalə düzgün tərtib olunmayıb.— Elshad Iman (Elşad İman) (müzakirə) 16:56, 15 iyul 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi.— 127-ci yapon imperatoru 21:18, 17 iyul 2021 (UTC)

Müdahənə və müdara

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: həm məqalənin özünün ensiklopedik olmadığını düşünürəm. Həm də yazı ensiklopedik stildə deyil.— 127-ci yapon imperatoru 19:35, 15 iyul 2021 (UTC)

X Silinsin: - Dr.Wiki54 (müzakirə) 06:21, 20 iyul 2021 (UTC)

✅Y Sürətli silmə meyarlarına görə səhifə silindi (VP:Ü13VP:M9).— Turkmen müzakirə 12:09, 8 avqust 2021 (UTC)

Rənglənmiş oyuncaqlar (povest)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Povest Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (kitablar) qaydasındakı heç bir meyarın tələblərinə cavab vermir:

  1. ❌N Kitab sənədli film, çoxsatanlar siyahısı, başqa kitab kimi əhəmiyyətli iki və ya daha artıq nəşrə mövzu olmayıb.
  2. ❌N Kitab əhəmiyyətli ədəbi mükafat qazanmayıb.
  3. ❌N Kitab hər hansı bir film və ya digər sənət formasına, hadisəyə, siyasi və dini hərəkata güclü təsir etməyib.
  4. ❌N Kitab heç bir yerdə dərslik kimi tədris olunmur.
  5. ❌N Kitab müəllifi müstəsna əhəmiyyətli şəxs deyil.— 127-ci yapon imperatoru 21:15, 17 iyul 2021 (UTC)
White Demon, fikrimcə heç bir bəndə uyğun gəlmirsə, birbaşa silinə bilər. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:53, 26 iyul 2021 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi.— 127-ci yapon imperatoru 12:34, 3 avqust 2021 (UTC)

DMC REMO

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Reklam xarakterli məqalələrdən biri. VP:MÜĞƏNNİ kriteriyalarına cavab vermir. Şəxs haqqında heç yerdə məlumat yoxdur. Axtarış etdikdə sadəcə müxtəlif saytlarda olan mahnıları çıxır. NMW03 (müzakirə) 07:22, 18 iyul 2021 (UTC)

Filan radioda, filan kafedə çıxışları haqqında elan tapa bildim maksimum. --► Hörmətlə: SolaVirum 08:35, 18 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 00:43, 12 avqust 2021 (UTC)

Birmadakı İngilis hökmranlığı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1.  Sürətli silinsin: vəziyyət ürəkaçan deyil. --► Hörmətlə: SolaVirum 08:41, 18 iyul 2021 (UTC)
  2.  Sürətli silinsin: maşın tərcüməsidir. - Dr.Wiki54 (müzakirə) 09:28, 18 iyul 2021 (UTC)
  3.  Sürətli silinsin: Dr.Wiki54 ilə razıyam. — Burocan (müzakirə) 10:33, 18 iyul 2021 (UTC)
  4.  Sürətli silinsin: yazılan fikirlərə əsasən. — Elshad Iman (Elşad İman) (müzakirə) 12:54, 18 iyul 2021 (UTC)
  5.  Sürətli silinsin: həmkarlarla həmfikirəm — Khidirzada (müzakirə) 10:29, 19 iyul 2021 (UTC)

✅Y Müzakirələrin nəticəsinə əsasən silindi. — Araz Yaquboglu (müzakirə) 07:28, 23 iyul 2021 (UTC)

Minaxanım Musayeva

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Ensiklopedik şəxs olub və ya olması ilə əlaqədar müzakirə aparmağa ehtiyac var. — Elshad Iman (Elşad İman) (müzakirə) 12:50, 18 iyul 2021 (UTC)

X Silinsin: Yenə hansısa elmlər doktoru və əhəmiyyəti bilinməyən saysız hesabsız elmi iş. Bəzən düşünürəm ki bu məqalələri yazan istifadəçi yazmağa başqa heç nə tapmır ona görə də bütün elmi işlərin adını doldurur məqaləyə. — NMW03 (müzakirə) 05:20, 20 iyul 2021 (UTC)
X Silinsin: VP:EƏEX əsasən Dr.Wiki54 (müzakirə) 06:20, 20 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 00:44, 12 avqust 2021 (UTC)

BSU-nun dosentləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: Kütləvi şəkildə yaradılan və VP:EƏEX ödəməyən məqalələr. - Dr.Wiki54 (müzakirə) 13:24, 21 iyul 2021 (UTC)
X Silinsin: dosentlər ensiklopedik şəxs kriterialarına daxil deyil, bu səbəbdən ensiklopedik sayılmırlar. — Elshad Iman (Elşad İman) (müzakirə) 13:31, 21 iyul 2021 (UTC)

Yekunlaşdırma: Məqalələrin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 01:02, 12 avqust 2021 (UTC)

Əbdüllətif Təsuci

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Ensiklopedik şəxs olub və ya olması ilə əlaqədar müzakirə aparmağa ehtiyac var. — Elshad Iman (Elşad İman) (müzakirə) 21:00, 21 iyul 2021 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 01:15, 12 avqust 2021 (UTC)

Temmi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi.— NMW03 (müzakirə) 01:21, 12 avqust 2021 (UTC)

Bakı Şəhər Təhsil İdarəsi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hörmətli həmkatlar! Hər nə qədər məqalə yaxşı tərtib olunsa da, ensiklopedikliyi mövzusundan qərarsız qaldım. Mediada fəaliyyət geniş işıqlandırılır normal olaraq. Amma hər nazirliyin hər idarəsinə (xüsusən də şəhər və ya rayon) məqalə yaradılmasının nə dərəcədə doğru olduğu müzakirə mövzusudur. Fikirləriniz maraqlıdır.

X Silinsin: - Dr.Wiki54 (müzakirə) 14:25, 25 iyul 2021 (UTC)
 Birləşdirilsin: Təhsil Nazirliyi (Azərbaycan) məqaləsinə. Bu məqalənin tərkibində bütün rayon və şəhər idarələri haqqında qısa məlumat yerləşdirmək olar. — Patriot Kor (müzakirə) 18:31, 4 avqust 2021 (UTC)
@İstifadəçi:Patriot Kor cavab üçün təşəkkürlər. Amma hər idarə haqqında məlumat olmamalıdır. - Dr.Wiki54 (müzakirə) 19:21, 4 avqust 2021 (UTC)
Hörmətli Dr.Wiki54, bəli olmalı deyil. Amma kiçik qeydlər əlavə etmək olar. Məsələn: nazirliyin tabeliyində olan idarələr kimi bir siyahı yaratmaq olar məqalənin tərkibində. Və adları göstərilə bilər. — Patriot Kor (müzakirə) 19:33, 4 avqust 2021 (UTC)
Hörmətli @İstifadəçi:Patriot Kor Bu biraz xırdaçılıq olar. Çünki demək olar hər nazirliyin tabeliyində çox sayda idarə va və tez-tez say/ad dəyişir. Məlumatlar beləcə köhnəlir və məqqlədəki məlumatlar aktuallığını itirir. Dr.Wiki54 (müzakirə) 19:40, 4 avqust 2021 (UTC)
@İstifadəçi:Dr.Wiki54, ona görə daha mühüm və tanınmış idarələrin siyahısını yaratmaq olar ki, həm ad dəyişsə, xəbərimiz olar, həm də əlavə məlumatla xalqı maarifləndirməyin nəyində problem var ki? -- Rüfət Həsənli 08:28, 25 avqust 2021 (UTC)
İdarə siyahıları yaratmaq düzgün deyil. Vikipediya azad və açıq ensiklopediyadır, xalqı maarifləndirmə ocağı deyil. Həmçinin başda Vikipediya:MİLLİ olmaqla digər vikipediya qaydalarıyla tanış olmağı tövsiyə edərdim - Dr.Wiki54 (müzakirə) 08:31, 25 avqust 2021 (UTC)
 Birləşdirilsin: Cənabın @Patriot Kor, fikirlərin doğru hesab edirəm. —Vahid Məmmədov (müzakirə) 19:43, 1 oktyabr 2021 (UTC)
✅Y Silinməsinə qərar verildi.— White Demツnyaz 09:39, 9 noyabr 2021 (UTC)

Oyan Hərəkatı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: Məqalə mahiyyətcə qeyri-ensiklopedikdir və VP:NM prinsipi pozuntuları fonunda təbliğat xarakterli cümlələr əsasında tərtib olunub. Mətndaxili istinadlar isə ya şəxsi bloqdan, ya Youtube-dan, ya da Facebook-dan verilib. Viki-cəmiyyətin rəyini labüd hesab edirəm. — Burocan (müzakirə) 18:19, 29 iyul 2021 (UTC)

✔ Qalsın: mövzu ensiklopedikdir. Lakin stil kitabçasına uyğunlaşdırmaq və mənbələri düz-qoş etmək lazımdır. Məqalə "HamamTimes" postuna oxşayır. --► Hörmətlə: SolaVirum 20:54, 29 iyul 2021 (UTC)
✔ Qalsın: məqalə bərbad vəziyyətdədir. Amma mövzu ensiklopedikdir. — Dr.Wiki54 (müzakirə) 20:13, 31 iyul 2021 (UTC)
Şərh Şərh: saxlamaq olar amma karikatur şəkillər məqalənin stilini korlayır, ölçüsünü kiçiltmək olar, ümumiyyətlə məqalə silinədə bilər cox bərbad haldadır həqiqətəndə — Elshad Iman (Elşad İman) (müzakirə) 22:35, 31 iyul 2021 (UTC)
Sizinlə tam razıyam. Rüfət Həsənli 08:39, 23 avqust 2021 (UTC)
✔ Qalsın: Məqalə ensiklopedik əhəmiyyət daşıyır. Vikiləşdirilməlidir. —Vahid Məmmədov (müzakirə) 16:56, 21 oktyabr 2021 (UTC)
❌N Saxlanılmasına qərar verildi.— White Demツnyaz 09:24, 9 noyabr 2021 (UTC)
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

 Birləşdirilsin: zəhmət olmasa.— NarminaMamedova (müzakirə) 08:13, 28 iyul 2021 (UTC)

 Birləşdirilsin:Dr.Wiki54 (müzakirə) 20:14, 31 iyul 2021 (UTC)

 Birləşdirilsin: -- Rüfət Həsənli 08:40, 23 avqust 2021 (UTC)

✅Y Silinməsinə qərar verildi.— White Demツnyaz 09:40, 9 noyabr 2021 (UTC)