Vilkiç boğazı
Vilkiç boğazı | |
---|---|
rus. пролив Вилькицкого | |
Ümumi məlumatlar | |
Eni | 56 km |
Uzunluğu | 130 km |
Ən böyük dərinliyi | 210 m |
Yerləşməsi | |
77°57′45″ şm. e. 105°25′50″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Şimal Torpağı adalarını Taymır yarımadasından ayırır |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vilkiç boğazı (rus. пролив Вилькицкого) - Şimal Torpağı adalarını Taymır yarımadasından ayırır. Şimal Buzlu okeana daxil olan Kara dənizini Laptevlər dənizindən ayırır. Uzunluğu 130 km., eni dar yerdə Bolşevik adası ilə Çelyuskin burnu arasında 56 km təşkil edir. Şimal-şərqində Yevqenov boğazı yerləşir. Qərbində dörd kiçik ada vardır (Qeyberq adaları).Burada dərinlik 100–150 m, şərqdə 200 m təşkil edir. Şimal dəniz yolu üzərində yerləşir. Ərazidən ilk dəfə isveçli Adolf Erik Nordenşeld keçir. Boğazı ilk dəfə 1915-ci ildə hidroqraf və hidroqrafik ekspedisiyanın rəhbəri B.A.Vilkiç keçir. 1916-cı ildə knyaz Aleksey Nikolayeviçin şərəfinə adlandırılır. 1920-ci ildə onu ilk dəfə kəşf edənin şərəsinə Baris Vilkiçin şərəfinə adlandırılır. 1954-ci ildən isə boğazıın adındakı Baris kəlməsi işlədilmir. Səbəb isə B.A.Vilkiçin sovet rusiyasından mühaçirət etməsi olur. Onun atası isə hidroqraf və hərbi dənizçi olmuşdur. Bu səbəbdən adı silinərək soyadı adasının şərəfinə saxlanılır. Böyük Sovet Ensiklopediyasında boğazı ilk kəşf edən B.A.Vilkinçin olduğu göstərilir.