59°28′17″ şm. e. 25°39′42″ ş. u.HGYO

Viru bataqlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Viru
est. Viru raba
Viru bataqlığında günəşin doğuşu.2013
Viru bataqlığında günəşin doğuşu.2013
Yerləşməsi
59°28′17″ şm. e. 25°39′42″ ş. u.HGYO
Ölkə  Estoniya
Viru xəritədə
Viru
Viru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viru (est. Viru raba) — Estoniyanın şimalında, Baltik dənizi yaxınlığında bataqlıq. Viru bataqlığı üst bataqlıq tipinə aiddir. Lahemaa Milli Parkı ərazisində yerləşir.

Pudisoo çayının hövzəsinə daxildir. TallinNarva magistral yolundan şimalda, Loksa şəhərinin şərqində yerləşir[1][2]. Viru bataqlığını şam ağacları və böyük olmayan qum dyunləri əhatə edir. Batqlığın təxmini sahəsi 235 hektardır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Viru bataqlığı təxminən 5 min əvvəl mövcud olmuş Viru gölünün bataqlıqlaşması nəticəsində meydana gəlmişdir. Viru gölü buzlaq mənşəli olub buzlağın çəkilməsi nəticəsində meydana gəlmişdir.

Bataqlıq boyuncu uzunluğu 3,5 km olan taxta döşəmə yol var. Yol əsasən piyada gəzinti üçün nəzərdə tutulub[3][4]. Yoldan ilin əsasən quraq vaxtlarında istifadə etmək mümkündür. Digər vaxtlarda mütləq xüsusi su keçirməz geyimlərə ehtiyac duyulur. Bataqlığın mərkəzində turistlər üçün müşahidə meydançası inşa olunub. Yol boyu məlumatlandırıcı və istiqamət verici nişanlar qoyulub.

Bataqlıq zəngin torf qatına malik olub əsasən bataqlıq bitkilərindən ibarətdir. Torf qatının qalınlığı 3 metrdir. Uzun müddət ərazidən torf qatı çıxarılmış və 2011-ci ildən qalıq bataqlıq ərazisinin restavrasiya işlərinə start verilmişdir.[5] Restavrasiya işləri 2013-cü ilin noyabrına kimi davam etmişdir. Ərazi təmişlənmiş və torf mamırı əkilmişdir.[6]

Bataqlıq ərazisində əsasən sfaqnum (Sphagnum), Ledum, mərcanı,(Oxycoccus), mərcangilə (Vaccinium vitis-idaea), şehçiçəyi (Drosera) və s. üstünlük təşkil edir. Payız aylarında bataqlıq ərazisində boz durna daha çox üstünlük təşkil edir. Bataqlıq və su quşları ilə yanaşı ərazidə berkuta da rast gəlmək mümkündür.

Bataqlıq öz adını yerləşdiyi Virumma tarixi əyalətindən götürüb.

  1. "Болото Виру". vennad.com (rus). 2014-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22. на сайте Vennad.com.
  2. "Болотные тропы Эстонии. Часть 1. Болото Viru Raba". 097mcn.livejournal.com (rus). 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  3. "Учебная тропа Вируского болота". loodusegakoos.ee (rus). 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  4. "Эстония-вдоль и поперек. Плечистый подвал и болото". www.tourblogger.ru (rus). 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  5. "Wayback Machine" (PDF). web.archive.org. Archived from the original on 2016-04-16. İstifadə tarixi: 2024-04-17.
  6. "Viru raba jääksoo taastamine Lahemaa rahvuspargis". RMK (ingilis). 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.