Volter

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Volter
fr. Voltaire
Doğum adı François-Marie Arouet
Təxəllüsü Voltaire, Bénédictin[9]
Doğum tarixi 21 noyabr 1694(1694-11-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 may 1778(1778-05-30)[3][4][…] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti filosof, şair, tarixçi, esseist, dramaturq, avtobioqraf[d], gündəlik yazıçısı[d], şair-vəkil[d], fantastika yazıçısı[d], ensiklopediyaçı[d], müxbir[d], politoloq, yazıçı
Əsərlərinin dili fransız dili
İstiqamət azad düşüncə, Maarifçilik dövrü, deizm
Janr roman
Üzvlüyü
Mükafatları İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikimənbənin loqosu Volter Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volter (fr. Voltaire; 21 noyabr 1694[1][2][…], Paris, Fransa krallığı[3][10]30 may 1778[3][4][…], Paris, Fransa krallığı[3][10]) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir.

Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi.

Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi. Sadə xalqa o, bir qədər ehtiyatla yanaşırdı. O, bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi. Son nəticədə Volter istəyirdi ki, kralın hakimiyyətini məhdudlaşdıran konstitusiya meydana gəlsin. Eyni zamanda Volter şair və yazıçı olmaqla yanaşı insanlarla mükəmməl münasibət qurmağı bacaran bir ictimai xadim olmuşdur. Mari Aruyenin həyatı haqqında yazılan gündəliklərdən birində onun öz yazılarını yataqda kağızı sevgilisinin kürəyinə söykəməklə yazdığını xatırlamışlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]