Xavyer Peres de Kuelyar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xavyer Peres de Kuelyar
isp. Javier Pérez de Cuéllar
Doğum tarixi 19 yanvar 1920(1920-01-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 mart 2020(2020-03-04)[3][4][…] (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 2[5][6]
Fəaliyyəti siyasətçi, diplomat, vəkil
Üzvlüyü
  • Əxlaqi və Siyasi Elmlər Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[1][2][…], Lima[7][8][…]4 mart 2020[3][4][…], Lima[9]) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi.

Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb.

1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub. 2000-2001-ci illərdə ölkəsinin hökumətinə və XİN-ə rəhbərlik edib.

Xavyer Peres de Kuelyar 4 mart 2020-ci ildə vəfat edib.