Xeyirxah Filipp (Burqundiya hersoqu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xeyirxah Filipp
fr. Philippe III de Bourgogne
10 sentyabr 1419 – 15 iyun 1467
ƏvvəlkiQorxusuz Con
SonrakıCəsur Karl
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 1396[1]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1467[1] (70 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Atası Qorxusuz Con (Burqundiya hersoqu)[2]
Anası Bavariyalı Marqarita (Burqundiya hersoqinası)[2]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Valua-Burqundiya sülaləsi
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xeyirxah Filipp (fr. Philippe le Bon; nid. Filips de Goede; 31 iyul 1396[1], Dijon, Burqundiya hersoqluğu[3]15 iyun 1467[1], Brügge[3]) — Burqundiya hersoqu.

31 iyul 1396-cı ildə Dijonda doğuldu. Atası Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Con, anası isə Bavariya hersoqu I Albertin qızı Bavariyalı Marqaritadır. Babası və onun ölümündən sonra Burqundiya hersoqu olan atası eyni soydan gəldikləri Fransa kralı VI Karlın səltənətində naib olaraq krallığı idarə edirdi. Ancaq o əsnada ailənin Orlean qolu ilə naiblik uğrunda mübarizə davam edirdi və bu mübarizədə güclənmək məqsədilə 28 yanvar 1405-ci ildə Fransa kralı VI Karlın qızı Mişellə nişanlandı və 1409-cu ilin iyununda hələ 13 yaşında ikən evləndirildi.

1419-cu ildə atasının sui-qəsdlə öldürülməsinin ardından Burqundiya hersoqluğuna gətirildi. Ancaq atasının Fransa kralının varisi dofen Karl tərəfindən öldürülməsi səbəbilə Fransa ilə münasibətləri pisləşdi. 1420-ci ildə İngiltərə kralı V Henriylə Fransa əleyhinə ittifaq qurdu və beləliklə, sonlanmaq üzrə olan Yüzillik müharibə yenidən alovlandı. Üstəlik, bacısı Annanı da 1423-cü ildə kralın qardaşı Bedford hersoqu Conla evləndirərək bu ittifaqı gücləndirdi. 23 may 1430-cu ildə Filippin orduları Kompeyn şəhərini işğal etdi və Janna Darkı əsir alaraq ingilislərə satdılar. Ancaq onun bu davranışı Fransadakı milliyyətçi fraksiyanın etirazlarına səbəb oldu. Bu səbəblə, 1435-ci ildə ingilislərlə ittifaqa zidd olmasına baxmayaraq Fransa kralı VII Karlla sülh bağladı və onun hakimiyyətini tanıdı. Ancaq onun fransızlarla olan sülhü çox çəkmədi və atasına qarşı ayaqlanan dofen Lüdoviki dəstəkləməyə başladı.

İlk evliliyi 1409-cu ilin iyununda Fransa kralı VI Karlın qızı Mişellə baş tutdu. Bu nigahdan bir qızı doğuldu. Ancaq xanımı gənc yaşda vəfat etdi.

  • Aqnessa, körpə ikən vəfat etdi.

İkinci evliliyi 30 noyabr 1424 -cü ildə mərhum əmisinin dul xanımı Artualı Bonna ilə baş tutsa da, bir il sonra xanımı vəfat etdi və bu nigahdan övladı olmadı.

Üçüncü evliliyi isə 7 yanvar 1430-cu ildə Portuqaliya kralı I Conun qızı İnfanta İzabella ilə baş tutdu. Bu nigahdan cütlüyün 3 oğlu doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.

  • Blockmans, W.; Prevenier, W. [in Dutch] (1999). Edward Peters (ed.). The Promised Lands: The Low Countries Under Burgundian Rule, 1369–1530. Translated by Elizabeth Fackelman. University of Pennsylvania Press. ISBN 978-0-8122-1382-9
  • Gillespie, Alexander (24 August 2017). The Causes of War, Volume 3: 1400 CE to 1650 CE. Hart Publishing. ISBN 978-1-84946-646-2
  • Campbell, Lorne (1998). National Gallery Catalogues: The Fifteenth Century Netherlandish Schools. National Gallery company. ISBN 978-1-85709-171-7
  • Vaughan, Richard (2004). Philip the Good: The Apogee of Burgundy. Boydell Press. ISBN 978-0-85115-917-1
  1. 1 2 3 4 RKDartists (nid.).
  2. 1 2 3 4 5 6 7 8 9 Kindred Britain.
  3. 1 2 3 4 Филипп III Добрый // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.