Yıldız sarayı
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ulduz sarayı | |
---|---|
41°03′00″ şm. e. 29°00′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Beşiktaş |
Aidiyyatı | Osmanlı imperiyası |
Tikilmə tarixi | 1880 |
Üslubu | Osmanlı memarlığı |
Material | qranit, mərmər |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ulduz sarayı — İstanbulda XIX əsrin sonlarında tamamlanan saray kompleksi.
Ulduz yüksəkliyində yerləşən köşk və qəsrlərdən ibarət saray kompleksinin ilk binası III Səlim tərəfindən anası Mihrişah Sultana inşa edilən qəsr və atası Sultan III Mustafanın adına inşa etdirdiyi rokoko üslubundakı çeşmədir. Daha sonra Sultan II Mahmud 1834-1835-ci illərdə burada bir köşk inşa etdirmiş, ancaq bu bina günümüzə qədər gəlib çatmamışdır. Sultan Əbdülməcid isə burada mövcud olan bütün binaları dağıdaraq 1842-ci ildə anası Bəzmialəm Sultan üçün Dilquşə qəsri adlı yeni bir qəsr inşa etdirmişdir. Hal-hazırda bu qəsr Validə sultan köşkü olaraq tanınır. Sultan Əbdüləziz zamanında da Böyük Mabeyn köşkü, Çit qəsri, Malta köşkü və Çadır köşkü inşa edilmişdir. Sultan II Əbdülhəmid isə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüş və səltənətinin sonuna qədər burada yaşamışdır. Onun səltənətində bölgədə Kiçik Mabeyn köşkü, hərəm binaları, Kənizlər dairəsi, Qızlarağası dairəsi, Şalə köşkü, Ulduz məscidi, teatr binası, dülgər binası, çini emalatxanası, kitabxana binası, şahzadə köşkləri inşa edilmiş və günümüzdəki saray kompleksi meydana gəlmişdir.
Təxminən 4 metr yüksəklikdəki divarlarla əhatə olunan böyük ərazidə yerləşən köşk və qəsrlərdən ibarət bu saray kompleksi, əsas saray bölümü ilə Ulduz parkı adlanan hissədən ibarətdir. Sarayın 4 əsas giriş qapısı var: Qoltuq qapısı, Validə sultan qapısı, Səltənət qapısı və Məcidiyyə qapısı. Şalə köşkü inşa edildikdən sonra burada açılan növbəti qapı da saraya girişi təmin etdi. Səltənət qapısından girdikdə sol tərəfdə Sultan Əbdüləzizin istirahət köşkü olaraq inşa etdirdiyi, inşası Balyan ailəsi tərəfindən həyata keçirilən Böyük Mabeyn köşkü yerləşir. 1866-cı ildə inşa olunan 2 mərtəbəli bu köşk II Əbdülhəmidin bəzi rəsmi iclaslarını apardığı və rəsmi otağının yerləşdiyi binadır. Üst mərtəbəsində Mabeyn müşiri Qazi Osman Paşanın şəxsi otağı vardı. Köşkün aşağı mərtəbəsindəki otaqlar isə mabeynçilər tərəfindən istifadə edilirdi. Osmanlı dövlətində önəmli yeri olan cümə salamlığını izləmək üçün gələn əcnəbi elçilərin və səyyahların məskunlaşması üçün II Əbdülhəmid tərəfindən inşa etdirilən birmərtəbəli seyr köşkü də Böyük Mabeyn köşkünün yanında yerləşir. Yenə Böyük Mabeyn köşkünün yanında yerləşən və iç-içə otaqlardan ibarət olan Çit qəsri Sultan Əbdüləziz dönəmində inşa edilmiş birmərtəbəli bir binadır. 1877-1878 Osmanlı-Rusiya müharibəsi və 1897 Osmanlı-Yunan müharibəsi Çit qəsrində yaradılan qərargahdan idarə edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tahsin Paşa, Abdülhamid’in Yıldız Hatıraları, İstanbul 1931;
- Haluk Şehsuvaroğlu, İstanbul Sarayları, İstanbul 1954, s. 26-27;
- a.mlf., Tarihi Odalar, İstanbul 1954, s. 81-90, 99-111, 134-138, 147-150;
- a.mlf., “Yıldız Sarayı’nda Küçük Mabeyn Dairesi”, Resimli Tarih Mecmuası, III/27, İstanbul 1952, s. 1326-1329;
- a.mlf., “31 Mart Vakası ve İkinci Abdülhamid’in Tahttan İndirilişi”, a.e., III/29 (1952), s. 1456-1461;
- Ayşe Osmanoğlu, Babam Abdülhamid, İstanbul 1960, s. 25-29, 66-69;
- Refik Ahmet Sevengil, Saray Tiyatrosu, İstanbul 1962;
- Fuat Ezgü, Yıldız Sarayı Tarihçesi, İstanbul 1962;
- Sedat Hakkı Eldem, Köşkler ve Kasırlar, İstanbul 1969-74, I, s. XI-XIV;
- a.mlf., Boğaziçi Anıları, İstanbul 1979, s. 20;
- Mustafa Cezar, Sanatta Batıya Açılış ve Osman Hamdi, İstanbul 1971, s. 588-589;
- Gönül Evyapan, Eski Türk Bahçeleri ve Özellikle Eski İstanbul Bahçeleri, Ankara 1972, s. 28;
- A. Minasyan, Osmanlı Sarayının Mimarlığını Yapan Balyan Sülalesi (mezuniyet tezi, 1973), İÜ Ed. Fak. Sanat Tarihi Bölümü; Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 288-316;
- Can Binan, Yıldız Sarayı Yanmış Hususi Daire Kuzey Avlusu Mekansal Oluşumu Sorunlar ve Değerlendirilmesi Üzerine Bir Araştırma (yüksek lisans tezi, 1984), Yıldız Üniversitesi Mimarlık Fakültesi Mimarlık Tarihi ve Restorasyon Ana Bilim Dalı;
- a.mlf., “Yıldız Sarayı Yanmış Hususi Daire ve Çevresi Mekansal Oluşum Süreci ve Restorasyon Sorunları”, Taç, I/2, İstanbul 1986 s. 27-34;
- Önder Küçükerman, Yıldız Çini Fabrikası, İstanbul 1987; Bülent Bilgin, Geçmişte Yıldız Sarayı, İstanbul 1988;
- Metin Sözen, Devletin Evi Saray, İstanbul 1990, s. 196-213;
- Yılmaz Öztuna, “İstanbul Yıldız Sarayı”, Hayat Saraylar İlâvesi, İstanbul, ts., s. 41-52;
- M. Toker, “Yıldız’da Operalar Nasıl Hazırlanırdı?”, Cumhuriyet, İstanbul 24 Eylül 1948;
- Şakir Ziya, “Yıldız Tiyatrosu”, Resimli Tarih Mecmuası, V/51 (1954), s. 2972-2974;
- E. T. Til, “İstanbul’un Sarayları”, TTOK Belleteni, sy. 151 (1954), s. 16-17;
- Oktay Aslanapa, “Yeni Araştırmalarda Türk Saray ve Köşklerinin Yeri”, TK, sy. 3 (1963), s. 23-28;
- Erdoğan Sevgin, “İstanbul Saraylarında Adım Adım: Yıldız Sarayı”, Hayat Tarih Mecmuası, I/5, İstanbul 1966, s. 38-47;
- a.mlf., “İstanbul Saraylarında Adım Adım: Yıldız Parkı ve Şale Köşkü”, a.e., I/6 (1966), s. 53-61;
- Atilla Çetin, “Yıldız Arşivine Dair”, TD, sy. 32 (1979), s. 563-586;
- Suat Kesili, “Yıldız Sarayı”, TTOK Belleteni, sy. 68 (1982), s. 11-22;
- Kemal Tüfekçioğlu, “Yıldız Sarayı Kışlaları”, Belgelerle Yıldız Sarayı Rehberi, sy. 3, İstanbul 1982, s. 5;
- M. Tayyib Gökbilgin, “Saray”, İA, X, 205-206.