Yabanı qida bitkiləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər[1].

Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvəgiləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K. S. Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008