Yazı makinası
Çap maşını
[redaktə | mənbəni redaktə et]Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib.
Daktilo yazısı
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır? Əvvəllər adamlar hər şeydən mərc qoyduğu kimi, danışmamaq haqqında da mərcləşirmişlər. Buna görə də danışa bilən adamlar əlləri ilə, işarə vasitəsilə danışardılar. Bu da sonradan daktilologiyanın meydana gəlməsini əsaslandırmışdır. Daktilologiyada bir və ya iki əlin barmaqlarının müxtəlif vəziyyəti hər hansı bir anlayışı ifadə etdiyi kimi, müxtəlif hərfləri də bildirir. Kar-lallar üçün təhsil sistemində daktilologiyadan istifadə edilir. Bir əlin barmaqları əsasında qurulan hərf şəkli daha anlaşıqlı olur Azərbaycanda kar-lallar məktəbində təhsil məhz daktilo əlifbası əsasındadır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Afad Qurbanov. Müasir Azərbaycan Ədəbi Dili. 1. Bakı. 2010.