Yuodkrante
Yuodkrante | |
---|---|
55°32′32″ şm. e. 21°07′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 3 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | LT-93017 |
Vikianbarda əlaqəli mediafayllar |
Yuodkrante (lit. Juodkrantė) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Yuodkrante yazılı mənbələrdə hələ 1429-cu ildə adı çəkilir, ancaq o zaman o dənizə yaxın, bugünkü şəhərcikdən 2,5 km şimalda yerləşirdi. XVII əsrdə külək köhnə tikilini qumda tamamilə dəfn etdi. 1840-cı ildə Yuodkrante adı kurort kimi səsləndi və 1858-ci ildə bura Klaypeda, daha sonra isə Tiljedən də gəmilər gəlməyə başladı. Təqribən bu dövrdə, Kurşsk körfəzinin dibini dərinləşdirərkən kəhrəba tapılmışdı. Belə ki, XIX-cu əsrin sonunda yaşayış məntəqəsinin inkişafına kəhrəba hasilatı üzrə «W. Stantien & M. Becker» şirkətinin fəaliyyəti səbəb olmuşdur. XX-ci əsrin ortalarında Yuodkrante yay qəsəbəsindən şəhər tipli yaşayış məntəqəsi oldu.
Məşhur Litva folklorçusu Lüdviq Reza Yuodkrantelidir, Karvayçay kəndindəndir. Alman rəssamı Qustav Fenkol (Gustav Fenkohl) öz gəncliyini burada keçirmişdir.
Bu gün Yuodkrante – qədim parabolik qum təpələri vadisində, mühafizə olunan Boz qum təpələrinin yaxınlığında yerləşən tarixən urbanizm qoruğu və körfəz boyunca 2 km uzanan şəhər tipli qəsəbədir. Franstisk Assizskinin kostyolu, XIX əsrin sonu – XX əsrin əvvəllərinin villa və binaları, dənizkənarı balıqçıların evləri qalıb.
Qarnyay dağının zirvəsində müşahidə meydançası qiraşdırılıb, Kurşsk körfəzində liman, yaxtaların yan alması üçün körpü var. XX əsrin 7-8 on-ci onilliyində Küpəgirən qarıların dağında (litva dilində – Raqanu dağı) əsası qoyulmuş ağacdan olan xalq heykəllərin ekspozisiyası böyük təsir bağışlayır. Layihənin müəllifləri: heykəltaraş S. Şarapov və memar A. Nasvitis. Xalq nağılları və dastanlarının personajlarını 100-dən çox xalq sənətkarları, «Žemė ir vanduo» (lit. dil. tərcümədə – “Yer və Su”) daş heykəllər parkı, Litva İncəsənət muzeyinin sərgi zalı, Yuodkrante sərgi evi və s. kəsib oymuşdu.
Yuodkrante – Litva yelkənli qayıq idman növü üçün ən universal yerlərdən biridir. İstər körfəz tərəfdən, istərsə də dəniz tərəfdən kiçik xilasetmə stansiyası yaxınlığında həm kaytsörfinq, həm vindsörfinq də mümkündür. Külək bütün istiqamətləri yararlıdır.