Yuxarı Sakson dairəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yuxarı Sakson dairəsi (alm. Obersächsischer Reichskreis‎) 1512-ci ildə yaradılmış Müqəddəs Roma İmperiyasının imperiya dairələrindən biri. Dairədə Saksoniya kürfürstlüyüBrandenburq markqraflığı üstünlük təşkil edirdi. Bundan əlavə dairədə Ernestin hersoqluqları və Pomeraniya var idi. 1635-ci il Praqa sülhü ilə Saksoniyaya düşən Luzatiya isə heç vaxt dairəyə alınmadı.

Dairə aşağıdakı dövlətlərdən ibarət idi:

Ad Növü
Anhalt Knyazlıq
Barbi Qraflıq
Brandenburq Kürfürstlük
link=https://en.wikipedia.org/wiki/File:CoA Cammin Principality.svg Kammin Knyaz-yepiskopluq
Qernrode Abbatlıq
Hatzfeld-Qleixen Qraflıq
Hohnştayn Qraflıq
Lora və Klettenberq Ağalıq
Mansfeld Qraflıq
Pomeraniya Hersoqluq
Kvedlinburq Abbatlıq
Kverfurt Knyazlıq
Reyss Qraflıq
Saksoniya Kürfürstlük
Sakse-Veymar Hersoqluq
Sakse-Altenburq Hersoqluq
Sakse-Qota Hersoqluq
Sakse-Koburq Hersoqluq
Sakse-Eyzenax Hersoqluq
Şönburq Qraflıq
Şvarzburq Qraflıq
Şvarzburq-Rudolştadt Qraflıq
Şvarzburq-Sonderzhauzen Qraflıq
Stolberq Qraflıq
Stolberq-Rossla Qraflıq
Valkenrid Abbatlıq
Verniqerod Qraflıq