Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya.[1][2] Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır.[3][4] CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir.
Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, İİV-infeksiyası və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər.[1]
CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər.[5] Əksər zöhrəvi xəstəlikləri tam sağaltmaq və ya müalicə etmək olur. İnfeksiyalardan sifilis, qonoreya, xlamidiya və trixomoniazı tam sağaltmaq olar. Herpes, hepatit B, QİÇS və HPV sağalmasa da, müalicə edilir.[1] Qonoreya kimi bəzi orqanizmlər müəyyən antibiotiklərə qarşı müqavimət göstərə bilər.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Sexually transmitted infections (STIs) Fact sheet N°110". who.int. November 2013. 25 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Sexually transmitted infections". womenshealth.gov (ingilis). 2017-02-22. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
- ↑ Murray PR, Rosenthal KS, Pfaller MA. Medical microbiology (7th). St. Louis, MO: Mosby. 2013. səh. 418. ISBN 978-0-323-08692-9. 2015-12-01 tarixində arxivləşdirilib.
- ↑ Goering, Richard V. Mims' medical microbiology (5th). Edinburgh: Saunders. 2012. səh. 245. ISBN 978-0-7234-3601-0. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ "How You Can Prevent Sexually Transmitted Diseases". cdc.gov. Centers for Disease Control and Prevention. 31 May 2016. 9 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2017.
- ↑ Centers for Disease Control Prevention (CDC). "Update to CDC's Sexually transmitted diseases treatment guidelines, 2010: oral cephalosporins no longer a recommended treatment for gonococcal infections". MMWR. Morbidity and Mortality Weekly Report. 61 (31). August 2012: 590–4. PMID 22874837. 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.