Zakir Bağırov (bəstəkar)
Zakir Bağırov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqi pedaqoqu, film bəstəkarı |
Fəaliyyət illəri | 1949–1992 |
Janrlar | opera, klassik musiqi |
Təhsili | |
Mükafatları |
|
Zakir Cavad oğlu Bağırov (16 (29) mart 1916, Şuşa – 8 yanvar 1996, Bakı) — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).
Həyatı
[redaktə | mənbəni redaktə et]Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib.[1][2][3]
Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib. Zakir Bağırov ordudan tərxis olunandan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı bitirib.[1][2][3]
Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Zakir Bağırov Azərbaycan Dövlət Konservatoriyasıda 45 il müəllim kimi fəaliyyət göstərmiş, 1949-cu ildən ömrünün sonunadək musiqi-nəzəri fənlərindən dərs demişdir. O, 1970-ci ildən 10 il ərzində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda 1950-1958-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsini icra etmişdir.[1][2][3]
Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. Bəstəkar 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü olmuşdur. Zakir Bağırov 1963-1965-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. Eyni zamanda Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir.[1][2][3]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Zakir Bağırov 8 yanvar 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Opera
[redaktə | mənbəni redaktə et]- "Aygün" (1972)
- "Qoca Xattabıç"[4]
Operetta
[redaktə | mənbəni redaktə et]- "Kəndimizin Mahnısı" (1958)
- "Qayınana" (1974)[5]
İnstrumental
[redaktə | mənbəni redaktə et]- xalq çalğı alətləri orkestri üçün süitalar (1956, 1969)
- fortepiano ilə orkestr üçün konsert (1970)
- orqan üçün improvizasiya və fuqa (1973)
- "Çahargah" muğamı əsasında arfada solo ücün əsər
- kamera-instrumental əsərləri, mahnı və romans.
Mahnıları
[redaktə | mənbəni redaktə et]- Ay qız (sözləri T.Əliyev)
- Bilsən, necə sevindim (sözləri H.Hüseynzadə)
- Lirik mahnı (sözləri Ənvər Əlibəylinin)
- Ay qaşı, gözü qara qız (sözləri İslam Səfərlinin)
- Gəl,gəl (sözləri İslam Səfərlinin)
- Könlüm sənindir (sözləri ….)
Kitabları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan xalq rəqsləri. Not yazısı T.Quliyev, Z.Bağırov, M.İsmayılov. Bakı, 1951.
- "Dügah" muğamı. Bakı, 1936.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- "Ağ qızıl" ustaları (film, 1958)
- Aygün (film, 1960)
- Bərəkətli torpaq (film, 1954)
- Bizim Azərbaycan (film, 1959)
- Gənc Leninçilər (film, 1951)
- "Kazbek" qutusu (film, 1958)
- Quba bağlarında (film, 1953)
- Mən Xəzər dənizçisiyəm (film, 1961)
- Nizami (film, 1959)
- Səadət yolu ilə (film, 1956)
- Təbiətin dostları (film, 1958)
- Uğurlu yol! (film, 1975)
- Yeni il gecəsində (film, 1958)
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Şərəf nişanı" ordeni — 9 iyun 1959[1][2][3]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- "Əməkdə fərqlənməyə görə" medalı — 22 avqust 1986
- "Yubiley" medalı[3]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bağırov Zakir Arxivləşdirilib 2021-11-19 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "Üzeyir bəyin tələbəsi Zakir Bağırov" (Azərbaycan). anl.az. 13-2-2013 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "Bağırov Zakir Cavad oğlu" (Azərbaycan). musicacademy.edu.az. 4-9-2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Zakir Bağırov" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
- ↑ "Üzeyir Hacıbəyov ensiklopediyası — Bağırov Zakir Cavad oğlu". 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- ↑ "İradə Abbasova. Üzeyir Hacıbəyov və Zakir Bağırovun musiqili komediyalarında həyat gerçəkliyinin gülüşlə təcəssümü. "Musiqi dünyası" jurnalı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
- 16 martda doğulanlar
- 1916-cı ildə doğulanlar
- 79 yaşında vəfat edənlər
- 8 yanvarda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Moskva Dövlət Konservatoriyasının məzunları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə musiqiçilər
- 29 martda doğulanlar
- Şuşada doğulanlar
- Azərbaycan bəstəkarları
- Opera bəstəkarları
- Azərbaycan film bəstəkarları