46°40′ şm. e. 16°50′ ş. u.HGYO

Zala (medye)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Medye
Zala
Zala megye
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
46°40′ şm. e. 16°50′ ş. u.HGYO
Ölkə
Region Cənubi Transdunay
Daxili bölgüsü 6 bölgə
Başçı Dr. Attila Pal
Tarixi və coğrafiyası
Əsası qoyulub 16 mart 1950
Sahəsi
  • 3.783,89 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 277290[1] nəfər (2015)
Rəqəmsal identifikatorlar
Telefon kodları (+36) 83, 92, 93
Poçt indeksləri 8353 – 839x, 874x – 879x, 880x – 883x, 8855, 8856, 886x – 889x, 89xx
Digər
zala.hu
Zala xəritədə
Zala
Zala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü.

Zala çayının adından götürülmüşdür. XorvatiyaSloveniya ilə, eləcə də, Macarıstanın Vaş, VespremŞomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784  km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir.

10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi. İşğal etdikləri torpaqlarım ərazisi müasir dövrdə Macarıstanın Zala və Şomod medyelərinin əraziləridir.[2]

2015-ci ilin siyahıyaalınmasına əsasən Zala medyesinin əhalisi 277290 nəfərdir.

İl Əhalisi[3] Dəyişikliklər
1949 305,433 n/a
1960 317,145 3.83%
1970 304,127 -4.10%
1980 317,298 (rekord) 4.33%
1990 306,398 -3.44%
2001 297,404 -2.94%
2011 282,179 -5.12%

Zala medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 7000), xorvatlar (3500) və almanlar da (2000) ərazidə məskunlaşmışdır.

Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 282179 nəfər

Etnik qruplar (2011-ci ilin siyahıyaalınması):[4] Etnik qruplarını təyin edənlər: 255069 nəfər:

  • Macarlar: 241 408 (94,64%)
  • Qaraçılar: 6 981 (2,74%)
  • Xorvatlar: 3 248 (1,27%)
  • Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 3 432 (1,35%)

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 38000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.

2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Zala medyesində əhalinin dini inancı:[5]

  • Katoliklər– 177072;
  • Macarıstanda Reform kilsəsi – 7000;
  • Evangelik kilsəsi – 3928;
  • Digər dinlər – 2463;
  • Dinsizlik – 23119;
  • Ateizm – 2272;
  • Dinini təyin etməyənlər – 66325.

Regional strukturu

[redaktə | mənbəni redaktə et]
Zala medyesinin bölgələri
Azərbaycan
Macar dilində adları
Sahəsi
(km²)
Əhalisi
(2011)
Sıxlığı
(əhali./km²)
Mərkəzi Bələdiyyələrin
sayı
1 Kesthey rayonu
Keszthelyi járás
535.93 49,421 92 Kesthey 30
2 Lenti rayonu
Lenti járás
624.12 19,789 32 Lenti 48
3 Letenye rayonu
Letenyei járás
388.69 16,410 42 Letenye 27
4 Nadkanija rayonu
Nagykanizsai járás
907.91 78,252 86 Nadkanija 49
5 Zalaeqerseq rayonu
Zalaegerszegi járás
1,044.70 102,798 98 Zalaeqerseq 84
6 Zalasentqrot rayonu
Zalaszentgróti járás
282.56 15,509 55 Zalasentqrot 20
Zala medyesi 3,784.11 287,043 77 Zalaeqerseq 258

Ərazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Zala medyesində 2 medye, 8 rayon, 2 böyük kənd və 246 kənd yerləşir.

Medyenin mərkəzi

(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)

Rayonları

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]