55°26′28″ şm. e. 37°29′39″ ş. u.HGYO

Znamenskaya kilsəsi (Dubrovitsı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Znamenskaya kilsəsi
rus. Церковь Знамения Пресвятой Богородицы в Дубровицах
Xəritə
55°26′28″ şm. e. 37°29′39″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Yerləşir Dubrovitsı, Podolsk dairəsini, Moskva vilayəti
Aidiyyatı Rus Pravoslav Kilsəsi
Layihə müəllifi naməlum
Sifarişçi Boris Qolıtsin
Tikilmə tarixi 1690-1704
Üslubu Qolıtsin barokko
Vəziyyəti qeyri-qənaətbəxş[1]
Rəsmi sayt dubrovitsy-hram.ru
İstinad nöm.5010359009
Mühafizə dərəcəsiFederal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dubrovitsıda Tanrı anasının işarəsi kilsəsi (rus. Церковь Знамения Пресвятой Богородицы в Дубровицах) — Tanrı anasının işarəsi ikonası (rus. Znamenie, Знамение) şərəfinə inşa edilmiş ortodoks kilsəsidir. Kilsə, Moskva vilayətinin Podolsk dairəsinin Dubrovitsı qəsəbəsində, Moskva şəhərinin mərkəzindən 36 km aralıda, Podolskun şəhərətrafında yerləşir. Kilsə, bir zamanlar Morozovlar, Qolıtsinlər və Dmitriev-Mamonovlar ailələrinə məxsus olmuş Dubrovitsı malikanəsinin memarlıq ansamblının mərkəzində yerləşir.

Kilsə, Rus Pravoslav Kilsəsinin Moskva yeparxiyasına tabedir. Abbot protoiyerey Andrey Qritışindir.

Knyaz Boris Qolıtsin, kilsənin qurucusu

Kilsə, Desna və Paxra çaylarının birləşdiyi yerdəki yüksəklikdə, ağ daşdan inşa edilmişdir. Kilsə, sirrli tarixi və Rusiya memarlığı üçün qeyri-adi olan memarlıq üslubu ilə diqqət çəkir.[2] Kilsənin əsası 22 iyul 1690-cı ildə qoyulmuşdur. İnşa işləri 1703-cü ilə kimi davam etdirilmişdir.[3] Ehtimal ki, inşaat işlərini knyaz Qolıtsin tərəfindən xüsusi olaraq bu iş üçün dəvət edilmiş xarici (ola bilsin ki, italiyalı) memarlar həyata keçirmişlər.[2] Belə ki, Avstriya səfiri İohann Korba (1698) yazdığı qeyddə Aleksey Qreç Moskvada “onun nəslinə layiq palata” inşa etdirmiş Qolıtsinin “xidmətində italyan memarlar saxla”dığını və onların Dubrovitsı və Vyazyomada “iki kifayət qədər gözəl məbəd” inşa etdiklərini qeyd edir. Qreç həm də bu məlumatları şübhə altına alaraq Vyzomadakı məbədin Boris Qodunovun dövründə inşa edildiyini, Dubrovitsı məbədinin isə “ağır və dəbdəbəli dekorativ formaları” ilə cənubi german barokkosuna yaxın olduğunu və buna görə də “italyan memarlarının iştirakının şübhəli” olduğunu deyir [4].

XVII əsrdə I Pyotrun tərbiyəçisi olmuş Boris Qolıtsinin hakim olduğu ərazidə geniş inşaat işləri aparılır. 1689-cu ildə Qolıtsin rüsvay olmuş və öz ərazisinə çəkilmişdir.

Bir məlumata görə, məhz həmin dövrdə Dubrovitsıda kilsənin inşasına başlanmışdır; digər bir məlumata görə isə kilsə, 1690-cı illərin əvvəllərində Boris Qolıtsinin boyar ləyaqətinə yüksəldilməsi şərəfinə inşa edilmişdir.

Məbədin açılış və ithaf mərasimi 11 fevral (22 fevral) 1704-cü ildə ba tutmuş, mərasimdə Ryazan və Muromsk mitropoliti Stefan Yavorski və I Pyotr iştirak etmişlər.[5]

1840-cı illərin sonlarında Fyodr Lixterin rəhbərliyi altında kilsədə restavrasiya işləri aparılmış, bundan sonra 27 avqust 1850-ci ildə Moskva mitopoliti Filaret Drozdov tərəfindən kilsənin ithaf mərasimi keçirilmişdir. [6]

Prixodun tarixi

[redaktə | mənbəni redaktə et]
Znamenskaya kilsəsi

XX əsrin əvvəllərində kilsə daxilində üç illik kilsə-prixod məktəbi, həmçinin doqquz nəfərlik xeyriyyə evi fəaliyyət göstərmişdir.

1917-ci ildə Dubrovitsı, tarix-etnoqrafiya muzeyinə çevrilmiş, 1925-ci ildən milli təhsil idarəsinin Moskva bölməsinin tabeliyinə verilmişdir; 1927-ci ilin fevralında Mossovet muzeyin bağlanmasına qərar vermiş, həmin ilin avqustunda muzey bağlanmış, eksponatları isə Donskoy monastırıÇarıtsinoda yaradılmış muzeylərə keçirilmişdir. 1929-cu ildə kilsə ibadətə bağanmışdır; 1931-ci ilin sentyabrında kilsənin zəng qülləsi və onun altında yerləşən Adrian və Natali kilsəsi partladılaraq dağıdılmışdır.

1989-cu ildə Yerli dini icma formalaşdırılmış və icma kilsənin qaytarılması üçün işlərə başlamışdır. 1 fevral 1990-cı ildə icmanın qeydiyyata alınması və kilsənin icmaya təhvil verilməsi qərara alınmşdır.[7] 22 iyul 1990-cı ildə kilsənin həyətində ilk ibadət keçirilmişdir. 14 oktyabr 1990-cı ildə Moskva yeparxiyasının vikarı, Mojay yepiskopu Qriqori Çirkov tərəfindən həyata keçirilmişdir. 2000-ci ildə prixod, kilsə ikonostasının saxlanmış ikonalarını qaytarmağa müvafiq olmuşdur.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Kilsənin içi

Planda kilsə, üç üzlü yumrulanmış ucluqlu bərabərtərəfli xaç formasına malikdir. Bu üzlərin qabırğaları müstəqil stilləşdirilmiş və klassik formaya malik olmayan korinf kapitelli sütunlarla həll edilmişdir. Hündür fundament parapet boyu incə oymalarla bəsədilmiş açıq eyvanla əhatə olunmuşdur. Kilsə, mərkəzi üzlərdəki qapılara aparan dörd pilləkənə malikdir. Qapıların çərçivəsi iri yonmalı daşlarla həll olunmuşdur, portallar da ornamental friz tərəfindən dəstəklənən korinf sütunları ilə flanklaşdırılmışdır.Birinci mərtəbə kronşteynli karniz və ioniklərlə bəzədilmiş heykəlvari frizlə əhatə olunmuşdur.[4]

Pəncərələr üzüm tənəkləri ilə bəzədilmiş sütunlar, lozalar, volyutalarla əhatə olunmuşdur. Bütün bu dekorasiya mələk fiqurları ilə tamamlanır. Məbədin mərkəzi hissəsinin üstündə təməlində tağlı pəncərələr olan səkkizguşəli qüllə yerləşir.[4] Digər hissələrlə müqayisədə onun birinci mərtəbəsi dekor baxımından daha ciddi görünür. [4]

Məbədin dekorunda çoxlu sayda heykəllərdən istifadə edilmişdir. Qərb pilləkəni tərəfdəki əsas giriş qapısının hər iki tərəfində ağ daşdan oyulmuş heykəllər ucalır. Sol tərəfdə yerləşən Qriqor Nazianzenin yuxarı qaldırılmış əlində kitab vardır, sağ tərəfdə yerləşən İohann Xrisostom isə kitabı mitranın aşağısına kimi qaldırmışdır. Girişin üstündə, qərb pritvorunun damında Basil Qeysəriyyəlinin heykəli yerləşir. On iki həvarinin fiquru səkkizguşəli qüllənin sərhədlərini müəyyənləşdirir: səkkiz heykəl onun künclərində, dörd fiqur isə pəncərələrin qabağında yerləşir. [4].

Məbədi dörd ləçəkli lekarnalar və tac formalı qızıl suyuna çəkilmiş kəsimlərlə bəzədilmiş tacla tamamlanır.[4] Tikilidə yuxarıya doğru gedən xəttlər və horizontal xəttləri qeyd edən elementlər birləşdirilmişdir.[4]


  1. 7 oktyabr 2009-cu ildə Beynəlxalq Abidələr Fondu kilsəni dağılmaq təhlükəsi altında olan abidələr sırasına daxil etmişdir Arxivləşdirilib 2010-05-15 at the Wayback Machine.
  2. 1 2 Тарунов, 1991
  3. Pankov, Dmitriĭ. Li︠u︡di svoego vremeni. Podolʹsk: Akademii︠a︡-XXI. 2011. səh. 227. ISBN 978-5-91428-042-7.
  4. 1 2 3 4 5 6 7 Греч, 1925
  5. "«Дубровицы» на реке Пахре". 2012-03-12 tarixində arxivləşdirilib.
  6. Филарет, 1885
  7. Храм Знамения в Дубровицах Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine.
  •  (rus.) Греч А. Дубровицы // Подмосковные музеи : Путеводители Вып. 4. / Под ред. Ив. Лазаревского и В. Згура. — 1925.
  •  (rus.) Колосова А. Г., Фёдорова Р. П. Дубровицы, «Воздвиг он храм сей величавый». / 4-е изд., перераб. и доп. — Дубровицы, Московская область. — Отпечатано в ОАО «Тульская типография». 2009. — С. 1—94.
  •  (rus.) Красилин М. Знаменская церковь в Дубровицах. (О превратностях судьбы неизученного памятника архитектуры XVIII в. в подмосковном имении Голицыных.) // Наше наследие : журнал. — 1991. — № 23.
  •  (rus.) Слово по обновлении храма Знамения Пресвятой Богородицы в селе Дубровицах // Сочинения Филарета Митрополита Московского и Коломенского. Слова и речи. — Т. V. — М., 1885.
  •  (rus.) Тарунов А. М. Дубровицы. — М.: Московский рабочий, 1991. — 112, [16] с. — (Памятники Подмосковья). — 45 000 экз. — ISBN 5-239-01177-X.